Məhkəmə qərarları › İş №3(045)-372/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-372/2024

14.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-372/2024 14.05.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Şikayət vemiş şəxs X2 iştirakı ilə, X5 tərəfindən Azərbaycan Respublikası Goranboy rayon X10 X11 xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 20375644 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Goranboy rayon X10 X11 xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 20375644 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Goranboy rayon X10 X11 xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 20375644 nömrəli inzibati tənbeh vermə haqqında qərarını xx.xx.2024cü il tarixdə internet vasitəsilə əldə etmişdir. O, Goranboy rayonunun Qızılhacılı qəsəbəsində qeydiyyatdadır və həmin qəsəbədə də yaşayır. Onun adına qeydiyyatda olan “VAZ 2106” markalı, ** GB *** dövlət qeydiyyat nişanlı minik markalı avtomobili onun istifadəsində deyildir və o, 05.04.024-cü il tarixdə həmin avtomobili idarə etməmişdir. Həmin “VAZ 2106” markalı, ** GB *** dövlət qeydiyyat nişanlı minik markalı avtomobili etibarnamə əsasında X3 istifadəsindədir. Sözügedən avtomobil onun istifadəsində olmamasına baxmayaraq yol polisi tərəfindən cərimə və bal onun adına gəlmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə yazılmış protokol və qərar tam əsassız və qanunsuzdur. Belə ki, “VAZ 2106” markalı, ** GB *** dövlət qeydiyyat nişanlı minik markalı avtomobilin manevr etdiyi hissədə qoşa xəttə kəsik-kəsikdir və həmin yerdən kəndə yol dönür. Eyni zamanda avtomobil idarə etməsi üçün onun sürücülük hüququ da yoxdur. Qeyd olunanlara əsasən Goranboy RPŞ-nin DYPB-nin EQ 20375644 nömrəli, 05.2024-cü il tarixli qərarın ləğv edilməsi və yazılmış 80 manat cərimə və balın silinməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X5 şikayətin dəlillərinə uyğun izahat verərək Goranboy RPŞ-nin DYPB-nin EQ 20375644 nömrəli, 05.2024-cü il tarixli qərarın ləğv edilməsi və yazılmış 80 manat cərimə və balın silinməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərdi ki, X5 onun atasıdır. “VAZ 2106” markalı, ** GB *** dövlət qeydiyyat nişanlı minik markalı avtomobil atasının mülkiyyətində olsa da onun istifadəsindədir. Sözügedən avtomobili idarə etmək üçün atası ona etibarnamə vermişdir. O, “VAZ 2106” markalı, ** GB *** dövlət qeydiyyat nişanlı minik markalı avtomobili idarə edərkən guya inzibati xətanın törəndiyi yerdə qoşa xətti dönmüşdür. Halbuki manevr etdiyi hissədə qoşa xəttə kəsik-kəsikdir və həmin yerdən kəndə yol dönür. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Goranboy rayon X10 X11 nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Goranboy rayon X10 X11 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının və şahidin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 20375644 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “VAZ 2106” markalı, ** GB *** dövlət qeydiyyat nişanlı minik markalı avtomobillə xx.xx.2024-cü il tarixdə, saat 10:33-də Goranboy rayonunun Qızılhacılı qəsəbəsində manevr etmə qaydaları pozulmuşdur. X1 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 80 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir; BD251684 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, istehsal tarixi 1997-ci il olan, ağ rəngli, ** GB *** dövlət qeydiyyat nişanlı “VAZ 2106” minik markalı avtomobil X2 mülkiyyətindədir; ƏN-N № 557530 nömrəli, xx.xx.2021-ci il tarixli etibarnamədən görünür ki, X5 tərəfindən “VAZ 2106” markalı, ** GB *** dövlət qeydiyyat nişanlı minik markalı avtomobil xx.xx.2031-ci il tarixədək X4 idarə etmək üçün verilmişdir. Hüquqi əsaslandırma: İXM-in: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 6-cı maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir (Qanunçuluq prinsipi); 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir; 135.1 və 135.1.5-ci maddələrinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31- 34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 327.2-ci maddəsinə əsasən yolda svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə səksən manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsi hazırkı halda X5 barəsində xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 20375644 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul etməklə inzibati məsuliyyətin əsaslarını pozmuşdur. Belə ki, ilk növbədə inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Lakin, iş üzrə müəyyən olunduğu kimi X2 hərəkətlərində İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyil. Həmçinin, X5 həmin inzibati xətanın subyekti olmamışdır. Məhkəmə qeyd edir ki, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmalı olduğundan Azərbaycan Respublikası Goranboy rayon X10 X11 xx.xx.2024cü il tarixli, EQ seriyalı 20375644 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməklə iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. İXM-in: 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.5-2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 137.3-cü maddəsinə əsasən bu Məcəllənin 134.1.4-cü və 134.1.5-ci maddələrinə əsasən qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edildikdə, inzibati xəta haqqında işə bu Məcəllə ilə müəyyən edilmiş müddətlərdə yenidən baxılır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Goranboy rayon X10 X11 xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 20375644 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar