Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-373/2023 06.06.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X6 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Goranboy rayon Polis Şöbəsinin İTB-nin inspektoru, polis leytenantı X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Goranboy rayonunun Məşədiqaralar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Goranboy rayonunun Məşədiqaralar kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy RPŞ-nin TB-nin baş təhqiqatçısı X3 25 may 2023-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın icrasının Goranboy RPŞ-nin İTB-yə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Goranboy RPŞ-nin İTB-nin inspektoru X5 tərəfindən MN seriyalı ******* nömrəli, 06 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində, Goranboy rayonunun Məşədiqaralar kəndində, birgə yaşadıqları evdə anası Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş vəzifəli şəxs Goranboy rayon Polis Şöbəsinin İTB-nin inspektoru X5 bildirdi ki, xx.xx.2023-cü il tarixdə Goranboy rayonunun Məşədiqaralar kəndində yaşayan Zərərçəkmiş şəxs Goranboy RPŞ-yə ərizə ilə müraciət etmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə oğlu Şəxs onu döydüyünü bildirmişdir. Daxil olmuş məlumata əsasən araşdırma aparılmış, nəticədə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir. Həmin qərar əsasında Şəxs barəsində onun tərəfindən MN seriyalı ******* nömrəli, 06 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, rəsmi olaraq heç yerdə işləmir, buna görə də günəmuzd işlərlə məşğul olur. Anası Lyudmila ilə münasibəti əvvəllər yaxşı olmuş, lakin 10 il olarki o, ikinci dəfə Gülnar adlı xanımla ailə həyatı qurandan sonra anasının münasibəti onlarla pisləşməyə başlamışdır. Anası Lyudmila onları bezdirib evdən çıxarmaq istəyir ki, Rusiya Federasiyasında yaşayan bacısı Firuzəni gətirib evdə saxlasın. Lakin o, anasını vaxt döyməmişdir. Anansı ona şər atmaqla məşğuldur. xx.xx.2023-cü il tarixdə atası Sədrəddinin rəhmətə getməsindən 6 il keçdiyi üçün evlərində ehsan vermişlər. Bacısı Ülkər də onlara gəlmiş, lakin anası Lyudmila buna imkan verməmişdir. Buna görə bacısı Ülkər saat 15 radələrində narazı qalıb getmişdir. O, evdə öz qaldığı otaqda uzananda anası gəlib sobanın qabını soruşmuş, onunla qışqıra-qışqıra danışmış, o, “sənin sobanın qabı kimdə olacaq özündə olacaq” demiş və otaqdan çıxmış, bundan sonra Gülnar sobanın qabını sobanın içərisindən çıxarıb anası Lyudmilaya vermiş, anası da sobanın qabı ilə Gülnarın başına vurub və qollarına da əli ilə vurmuş, o, səs-küyə otağa daxil olanda anası Lyudmila ilə Gülnar aralaşmış, o, anasına “niyə belə edirsən” demişdir. Anası Lyudmila ona “yaxşı edirəm” demişdir. Anası Lyudmila evin ikinci mərtəbəsində yaşayır, onlar isə, təmirsiz olan birinci mərtəbədə yaşayırlar. O, həmin vaxt anasını təhqir etməmiş, yumruqla vurub döyməmiş, anasının sol bilək nahiyəsinə bıçaqla xəsarət yetirməmişdir. Anasının onun barəsində göstərdikləri yalan, şər və böhtandır. Barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, barəsində şikayət etdiyi Şəxs onun doğma oğludur. Səbuhi ilə əvvəllər münbasibəti yaxşı olmuş, lakin həyat yoldaşı Sədrəddin 2017-ci ildə rəhmətə gedəndən sonra Səbuhi ilə münasibəti pisləşməyə başlamışdır. Səbuhinin arvadı Gülnar evdən tez-tez səbəbsiz küsülü getmiş, Səbuhi də buna görə də onunla münaqişə etmiş, onu günahkar bilmişdir. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində yaşadığı evdə olanda arxa otaqdan banka götürüb içinə yarpaq yığmaq istəmiş, elektrik sobasının içərisindəki qabın birinin olmadığını görmüş, Gülnara “götürüb işlətmisən qabı qaytar yerinə qoy” demişdir. Çünki bir il olar ki, onlarla bir evdə ayrı ailə kimi yaşayırlar, yeməkləri içməkləri, hər biri ayrıdır. O, Gülnara irad bildirəndə Səbuhi otağa girib nə olduğunu soruşmuşdur. Gülnar “qabın üstündə anan mənimlə mübahisə edir” demiş, Səbuhi də onu nalayiq ifadələrlə təhqir edərək üzərinə hücum çəkmiş, yumruqla sağ qol nahiyəsinə və sağ çiyin nahiyəsinə vuraraq onu döyməyə başlamışdır. Sonra Səbuhi cibində olan tiyəsi qara rəngli bıçaqla onun sol bilək nahiyəsinə bir yerdən kəsmişdir. O, qışqırıb ağlamış, Səbuhi ondan əl çəkməmiş, o, Səbuhiyə polisə şikayət edəcəyini deyəndə, Gülnar araya girib Səbuhini ondan aralamışdır. O, Səbuhinin əlindən çıxıb həyətə qaçmış, Səbuhi də heyvanları otarmağa getmişdir. Həmin vaxt yanlarında başqa şəxs olmamış, o, utandığı üçün ilk əvvəl şikayət etmək istəməmiş, ayıb bilmiş, lakin məcburiyyət qarşısında qaldığı üçün xx.xx.2023-cü il tarixdə şikayət etmək qərarına gəlmişdir. Hazırda aralarında barışıq yoxdur. Barəsində inzibati icraat aparılan şəxs Şəxs onun oğlu olsa da onu hər gün döyüb təhqir etdiyindən, onun barəsində ciddi cəza verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X4 publik hüquqi şəxsin məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 212 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarət(lər) – sol saidin kəsilmiş yarası, kəsici alətin (lərin), bıçaqla yetirilmə zamanı əmələ gələ bilərdi, sağ bazunun qançırları isə KÜT əşyanın (ların) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən yumruqla vurulma zamanı əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcələri təyin edilmir; Goranboy RPŞ-nin TB-nin baş təhqiqatçısı X3 25 may 2023-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın icrası RPŞ-nin İTB-yə həvalə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, Şəxs özünü təqsirli bilməməsi barədə izahatını inandırıcı hesab etmir və bunu inzibati məsuliyyətdən yayınmaq üçün verilən izahat kimi qiymətləndirir. Məhkəmə, iş üzrə toplanmış sübutlara o cümlədən məhkəmə-tibbi ekspertizasının rəyinə, işin hallarına hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapdığından o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə tərəfindən Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə tərəfindən Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur; Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı öz doğma anasına qarşı törətməsini, həmçinin bu əməlindən peşimançılıq hissi keçirməməsini onun şəxsiyyətini xarakterizə edən hallar kimi nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və xəta törədən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 06 iyun 2023-cü il tarixdən saat 15:00-dan hesablansın. Qərarın icrası Goranboy Şəhər-Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(045)-373/2023
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-373/2023
06.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver