Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-376/2023 22.06.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X5 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin dövlət yol polisi bölməsinin yolpatrul xidməti inspektoru X1 iştirakları ilə, xx.xx.2000-ci ildə Goranboy rayonunda Tatarlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Goranboy Tatarlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 332.2 və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Goranboy rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 06 iyun 2023-cü il tarixdə Goranboy rayon Polis Şöbəsindən Şəxs barəsində tərtib olunmuş 10 iyun 2023-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə “VAZ” 21214 markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Goranboy-Tərtər avtomobil yolunun 2-ci km-də yolun sağ çiynində dayanıb Tərtər rayonu istiqamətinə, geriyə dönmə əməliyyatı apardığı zaman Tərtər rayonundan Goranboy şəhərinə doğru hərəkət edən Goranboy rayonunun Aşağı Ballıqaya kənd sakini X2 idarə etdiyi VAZ 21060 markal, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol vermədiyi üçün nəzərdə tutulmuş zolaqda avtomobillər toqquşmuşlar. Nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı avtomobillərə maddi ziyan dəymiş və Zərərçəkmiş şəxs müxtəlif bədən xəsarətləri alaraq Goranboy RMX-ya müraciət etmişdir. Müəyyən olunmuşdur ki, Şəxs sürücülük hüququ yoxdur. Nəticədə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 332.2 və 332.4-cü maddələri ilə 06 iyun 2023-cü il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞnin dövlət yol polisi bölməsinin yol-patrul xidməti inspektoru X3 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə “VAZ” 21214 markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Goranboy-Tərtər avtomobil yolunun 2-ci km-də yolun sağ çiynində dayanıb Tərtər rayonu istiqamətinə, geriyə dönmə əməliyyatı apardığı zaman Tərtər rayonundan Goranboy şəhərinə doğru hərəkət edən Goranboy rayonunun Aşağı Ballıqaya kənd sakini X2 idarə etdiyi VAZ 21060 markal, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol vermədiyi üçün nəzərdə tutulmuş zolaqda avtomobillər toqquşmuşlar. Nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı avtomobillərə maddi ziyan dəymiş və Zərərçəkmiş şəxs müxtəlif bədən xəsarətləri alaraq Goranboy RMX-ya müraciət etmişdir. Müəyyən olunmuşdur ki, Şəxs sürücülük hüququ yoxdur. Yekunda Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, mühafizə xidmətinə məxsus VAZ 21214 markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Həmin avtomobili idarə etmək üçün sürücülk vəsiqəsi və ya yol vərəqəsi yoxdur. İşi ilə əlaqədar olaraq o ara-sıra həmin avtomaşını götürüb idarə etmişdir. “Mərd” mühafizə xidmətinin müdir müvini Elsevər Aslanovdur. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Goranboy rayon Qızılhacılı qəsəbəsindən Goranboy şəhərinə sənədin götürülməsi üçün getməli olmuş. Esevər Aslanova bu barədə demiş və həmin vaxt VAZ 21214 markalı, ** AA *** dövlət nömrə nişanlı avtomobilin yanına gedib maşına əyləşmişdir. Həmin vaxt maşının açarları üzərində olmuşdur. O, Goranboy rayon Nərimanlı kəndində çatan zaman pul qabını iş yerində unutduğunu bilmişdir. Buna görə də Nərimanlı kəndində yolun kənarında avtomobili saxlamış, o sağ və sol güzgü ilə arxadan avtomobil gəlib gəlmədiyini yoxladığı zaman VAZ 21074 markalı avtomobil gəldiyini görmüş, o həmin avtomobilə yol vermiş və VAZ 2107 markalı avtomobil keçib getmişdir, daha sonra arxa tərəfdən təxminən 150 metr məsafədə VAZ 2106 markalı avtomobil gəldiyini görmüşdür. O VAZ 2106 markalı avtomobil gələnə kimi sol hərəkət zolağına çıxıb geriyə dönmək istədiyi zaman VAZ 2106 markalı avtomobil sol yolun ehtiyyat hissəsində idarə etdiyi avtromobilin sol qabaq yan hissəsindən dəymişdir. Bir neçə dəqiqədən sonra isə hadisə yerinə polis əməkdaşları gəlmişlər və hadisə yerinə baxış keçirmişlər. Onun hərəkəti üçün təhlükənin olacağını bilməmiş, ona görə də hadisənin qarşısını almaq üçün heç bir tədbir görə bilməmişdir. Hadisə zamanı spritli içki qəbul etməmişdir. Hadisə zamanı onun idarə etdiyi avtomobildə ondan başqa heç kim olmamışdır. Onun avtomobili idarə etməsini həmin MMC-də müavin vəzifəsində işləyən Elsevər Aslanov bilmişdir və Elsevərdən icazə alıb sürmüşdür, o heç zaman icazəsiz maşın sürməmişdir. O, həmin maşını icazəsiz götürməmiş, nədəki qaçırmamışdır. O maşını götürməyi barədə Elsevər Aslanova demişdir, Elsevər Aslanov da ona razılıq verəndən sonra o maşını idarə edib getmişdir. Törətdiyi əməldən peşmandır. Bunu nəzərə alaraq məhkəmədən ona yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə 22 may 2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində AR İXM-in 327.1, 332.1, 332.2 və 332.4-cü maddələrinin, X2 əməlində AR İXMin 327.2, 332.2 və 332.4-cü tərkibi var və həmin maddələrlə barələrində inzibati qaydada tədbir görülməsi üçün qərarın sürəti RPŞ-in DYPB-nə göndərilmişdir. Məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sürücülük hüququ olmadan xx.xx.2023-cü il tarixdə “VAZ” 21214 minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə edərkən yol nəqliyyat hadisəsi törətməsi və yol nəqliyyat hadisəsinin iştirakçısı olan avtomobilə (X2 mülkiyyətində olan “Vaz” 21060 minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilə) maddi ziyan vurması, bununla da İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 332.2 və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf edib peşman olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi müəyyən edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə- qırx manat məbləğində cərimə edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - yüz manat məbləğində cərimə edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə almaqla hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 332.2 və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsin sanksiyasında nəzərdə tutulmuş həmin Məcəllənin 34.3-cü maddəsini tətbiq etməklə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 332.2 və 332.4-cü maddələri ilə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(045)-376/2023
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-376/2023
22.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver