Məhkəmə qərarları › İş №3(045)-378/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-378/2024

14.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-378/2024 14.05.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, İbrahimov Anar Azər oğlunun katibliyi ilə, xx.xx.1977-ci il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Goranboy rayonunun Qazaxlar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 529.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2023-cü il tarixli, EQ 16454321 nömrəli inzibati tənbeh vermə haqqında qərarla İXMin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 50 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Həmin qərarı icra etmədiyi üçün Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli protokol tərtib edilmişdir ki, o, əvvəllər barəsində qəbul edilmiş yuxarıda göstərilən inzibati tənbeh vermə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bu barədə Goranboy rayon PŞ-nin əməkdaşı X1 tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 529.3–cü maddəsi ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Goranboy rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və inzibati protokolu tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildiriş göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında İXP ******* nömrəli protokolu və protokola əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsinin tərkibi olmadığından inzibati xətalar haqqında başlanmış icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş DİN–in DYP Web Portalından çıxarışdan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 469.3–cü maddəsinin tələblərini pozmuş, yəni “Vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara” aid olan xətanı törətmişdir. Onun barəsində xx.xx.2023–cü il tarixdə EQ 16454321 nömrəli protokol tərtib edilmiş və 50 manat məbləğində cərimə olunmuşdur. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi Azərbaycan Respublikası İXM–in 529.3–cü maddəsinin tərkibini yaradır. “Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar” Azərbaycan Respublikası İXM-in 29–cu fəslində öz əksini tapmışdır. Məhkəmənin qənaətinə görə yalnız həmin fəslə daxil olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi Azərbaycan Respublikası İXM-in 529.3–cü maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası İXM-in 469.3–cü maddəsi “Vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara” aid olduğundan Şəxs əməli Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsinin tərkibini yaratmır. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Ona görə də hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin tərkibi olmadığından başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114-115, 128- 130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından başlanmış icraata xitam verilsin. Qərardan 10 (on) gün muddətinə Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və və protesti verilə bilər. Hakim: Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar