Məhkəmə qərarları › İş №3(045)-379/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-379/2024

30.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-379/2024 30.04.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X7 Məhəmməd oğlunun sədrliyi, Zeynalzadə Aysel İlham qızının katibliyi, Goranboy rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Goranboy rayonu, Nərimanlı kəndində doğulmuş, orta təhsilli, evli, Goranboy rayonu, Nərimanlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı X1 27 mart 2024-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın icrasının Goranboy RPŞ-nin İTB-yə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X4 tərəfindən MN seriyalı ******* nömrəli, 30 aprel 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Goranboy rayonunun Nərimanlı kəndində yaşadığı evdə bacısı Zərərçəkmiş şəxs ilə aralarında mübahisə zəminində ona qəsdən vuraraq dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Məhkəmə iclasında Goranboy rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 bildirdi ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Goranboy rayon polis şöbəsinə etdiyi müraciət əsasında, toplanmış materiai üzrə Şəxs xx.xx.2024-cü il tarixdə saat 23:30 radələrində Goranboy rayonu Nərimanlı kəndində yaşadıqları fərdi yaşayış evində bacısı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zəminində qəsdən vuraraq ona dərəcəsi təyin olunmayan xəsarət yetirməsi xüsusatı qanunvericiliyə əsasən, cinayət əməli sayılmadığından həmin xususat üzrə cinayət işi başlanması rədd edilmişdir. Lakin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən Şəxs Zərərçəkmiş şəxs vuraraq döyməsi inzibati hüquqpozma sayıldığından Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə rayon polis şöbəsinin İTB-nə verilmişdir. Bunun əsasında da onun tərəfindən MN seriyalı ******* nömrəli, 30 aprel 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, 1995-ci ildən 2021-ci ilə qədər Rusiya Federasiyasında yaşamışdır. 2021-ci ildən isə ailə üzvüləri ilə birlikdə Goranboy rayonu Nərimanlı kəndində yerləşən ata yurduna gəlmişdir. Onlar Nərimanlı kəndinə gəldikdən sonra bacısı Zərərçəkmiş şəxs ilə aralarında mülk üstündə mübahisə baş vermiş və bu şəbədəndə məhkəməyə müraciət etmişlər. xx.xx.2024-cü il tarixdə, gecə saat 23:30 radələrində Gəncə şəhərində yaşayan bacısı qızı Ramilə çöl darvazanı zərbə ilə vuraraq içəri daxil olmuşdur. Həmin vaxtı o, Ramiləyə etirazını bildirərək qapını asta vurmasını demiş və bu səbəbdən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı bacısı Mehriban onun üzərinə gələrək ona əl atmaq istəyərkən, o əsəbi halda Mehribanı itələmiş və nəticədə Mehriban yerə yıxılmışdır. Daha sonra Ramilə DİN-nin 102 xidmətinə müraciət etmişdir. Özünü təqsirli bilmir, o bacısına əl vurmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs onun qardaşıdır və onların münasibətləri yaxşı olmamışdır. Şəhrab təxminən 33 il Rusiya Federasiyasında yaşamış və 2021-ci il tarixdə Nərimanlı kəndinə gəlmişdir. O, kəndə gələndən sora mütəmadi olaraq aralarında narazılıq və dava-dalaş olmuş, Goranboy rayon polis şöbəsindədə araşdırma aparılmışdır. Bu səbəbdən də ev bölgüsünə görə Goranboy rayon məhkəməsinə müraciət etmişlər və hal- hazırda məhkəmədə mülki işə baxılır. xx.xx.2024cü il tarixdə qızı Ramilə Gəncə şəhərindən onlara gələn vaxt çöl qapını açaraq içəri qaçaqaça gəlib ac olduğunu bildirib yemək istəmişdir. Həmin vaxt Şəhrab Ramiləyə narazılığını bildirərək qapını möhkəm açmasını demişdir. Bundan sonra onların arasında narazılıq olmuş və Şəhrab onu söyüb-təhqir edərək əli ilə vurub yerə yıxmışdır. Daha sonra Şəhrabın arvadı Fatimə gəlib onları aralamışdır. Hal-hazırda aralarında barışıq yoxdur və barışmaq fikrində də deyildir. Yekunda məhkəmədən onun barəsində tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərdi ki, Şəxs onun doğma dayısıdır. Dayısı Şəhrab daimi olaraq onu təhqir edir, ona və anasına qarşı nalayiq ifadələr işlədir. xx.xx.2024-cü il tarixdə o Gəncə şəhərindən anası yaşayn evə gələn vaxt çöl qapını açaraq içəri qaça-qaça gəlib ac olduğunu bildirib yemək istəmişdir. Həmin vaxt Şəhrab ona narazılığını bildirərək qapını möhkəm açmasını demişdir. Bundan sonra anası ilə dayısı arasında narazılıq olmuş və Şəhrab anası Mehribanı söyüb-təhqir edərək əli ilə vurub yerə yıxmışdır. Daha sonra Şəhrabın arvadı Fatimə gəlib onları aralamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya birliyi publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 244 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər: - sol körpücük və diz nahiyəsinin qançırları küt əşyanın (larin) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, Şəxs özünü təqsirli bilməməsi barədə izahatını inandırıcı hesab etmir və bunu inzibati məsuliyyətdən yayınmaq üçün verilən izahat kimi qiymətləndirir. Məhkəmə, iş üzrə toplanmış sübutlara, şahidin izahatına, o cümlədən məhkəmə-tibbi ekspertizasının rəyinə, işin hallarına hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapdığından o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur; Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və xəta törədən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar