Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-383/2023 12.06.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, Goranboy rayon prokurorluğunun nümayəndəsi X4, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Goranboy rayonunun Borsunlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Goranboy rayonunun Borsunlu kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy rayon prokurorluğundan daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 12 iyun 2023-cü il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Goranboy rayon prokurorunun böyük köməkçisi X4 30 may 2023-cü il tarixli qərarından və rədd materialına əsasən qəbul edilmiş “İnzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında” qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Goranboy şəhər sakini X2 məxsus 01 (bir) baş quzu yanında çoban işləyən Şəxs tərəfindən mənimsənilmişdir. Məhkəmə iclasında Goranboy rayon prokurorluğunun nümayəndəsi X5 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Goranboy RPŞ-dən prokurorluğa Goranboy şəhər sakini X2 məxsus mal-qaranın onun yanında çoban işləyən Goranboy rayonunun Borsunlu kənd sakini Şəxs tərəfindən mənimsənilməsi barədə material daxil olmuşdur. Material əsasında araşdırma aparılmış və nəticədə cinayət işinin başlanmasının rədd olunması haqqında qərar qəbul edilmişdir. Lakin, baş vermiş əməldə inzibati xəta tərkibi olduğundan onu törətmiş şəxs müəyyən edilərək barəsində İXM-in 227-ci maddəsi inzibati xəta haqqında iş üzrə icraat başlamaq haqqında qərar qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 227-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmış və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Bu səbəbdən də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında göstərdi ki, ona vurulmuş ziyan tam ödənilmiş və o, Şəxs bağışlamışdır. Heç bir şikayət və tələbi yoxdur. İş üzrə başlanılmış icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 30 may 2023-cü il tarixli qərardan görünür ki, hər hansı şəxsin əməlində cinayət tərkibi əlamətlərinin olması müəyyən edilmədiyindən toplanmış maerial üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində İXM-in 227-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılması qərara alınmışdır; Zərərçəkmiş şəxs X1 məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, Şəxs tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmişdir və o, Şəxs ilə barışmışdır. Şəxs qarşı şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsinə etiraz etmir; Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, o, özünü İXM-in 227-ci maddəsi ilə təqsirli bilir. Zərərçəkmiş şəxs X2 vurulmuş ziyanı tamamilə ödəmişdir və zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxs X1 ona qarşı şikayət və tələbi yoxdur. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş edir. İXM-in: 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir; Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən zərərçəkmiş şəxsə dəyən ziyanın tamamilə ödənilməsi və onunla barışması səbəbindən Şəxs barəsində başlanmış İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 105, 109.2 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(045)-383/2023
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-383/2023
12.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver