Məhkəmə qərarları › İş №3(045)-387/2025

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-387/2025

19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-387/2025 19.02.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında iş üzrə) Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Goranboy rayonu, Qızılhacılı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 19 fevral 2025-ci il tarixdə daxil olmuş “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı X1 10 yanvar 2025-ci il tarixli qərarına əsasən tərtib edilmiş 19 fevral 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Goranboy rayonu Qızılhacılı qəsəbəsində şəxsi münasibətlərin pozulması zəmnində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Goranboy rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 bildirdi ki, xx.xx.2024-cü il tarixdə Goranboy rayonu Qızılhacılı qəsəbəsində yaşayan Şəxs və Allahverdiyev Ramil oğlu, Balakürd kəndində yaşayan Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 müraciəti əsasında toplanmış HK-1-2941, 2942, 2943 və 2945 nömrə ilə qeydə alınmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Lakin, həmin material üzrə Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi olduğu üçün onun barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə göndərilmişdir. Hazırda onun tərəfindən Şəxs barəsində 19 fevral 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Zərərçəkmiş şəxs1 özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 23 radələrində yaşadığı evdə olan zaman Şəbnəm, Tünzalə və onların yoldaşları Əli və Vüqar onun yaşadığı fərdi yaşayış evin həyətinə daxil olmuşlar. Daha sonra həmin şəxslər onu təhqir edərək üzərinə gəlmişlər, həmin vaxt Zərərçəkmiş şəxs1 onun saçından və paltarından tutaraq dartmağa başlayan zaman o sonuncuları əli ilə itələmişdir. Əməlindən peşmandır, hazırda Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə barışmışdır. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə o və bacısı Tünzalə Şəxs yaşadığı Goranboy rayon Qızılhacılı qəsəbəsində yerləşən yaşadığı evə getmişlər. Onlar Sədaqətin yaşadığı ünvanın qarşısında olan zaman Sədaqət çölə çıxmış və səs küy salmağa başlamışdır. Həmin vaxt aralarında mübahisə yaranmış və mübahizə zamanı Şəxs onu və bacısı Tünzaləni əli ilə vurmuşdur. Hazırda Şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə o və bacısı Şəbnəm Şəxs yaşadığı Goranboy rayon Qızılhacılı qəsəbəsində yerləşən yaşadığı evə getmişlər. Onlar Sədaqətin yaşadığı ünvanın qarşısında olan zaman Sədaqət çölə çıxmış və səs küy salmağa başlamışdır. Həmin vaxt aralarında mübahisə yaranmış və mübahizə zamanı Şəxs onu və bacısı Şəbnəmi əli ilə vurmuşdur. Hazırda Şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edərək bu barədə məhkəməyə ərizə təqdim etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı Həbib Hacıyevin 10 yanvar 2025-ci il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın icrası RPŞ-nin İTB-yə həvalə edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya birliyi publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 747 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ gicgah nahiyəsinin sıyrığı Kili əşyanın (ların) o cümlədən qata təsviri hissəsində göstərilmiş şərait və tarixdə yəni xx.xx.2024-cü il tarixdə əllə vurulma zamanı əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya birliyi publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 748 nömrəli ekspert rəyindən görünür ki, Şəxs məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol saidin qançırı, sol qulaq seyvarının və alın nahiyəsinin sıyrıqlı KÜT əşyanın (ların) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə yan xx.xx.2024-cü il tarixdə əllə və dişləmə zamanı əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğ üçün dərəcəsi təyin olunmur; Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, o, Şəxs ilə barışmışdır. Şəxs qarşı şikayət və tələbi yoxdur, ona görə iş üzrə icraata xitam verilməsini xahiş edir; Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, o, Şəxs ilə barışmışdır. Şəxs qarşı şikayət və tələbi yoxdur, ona görə iş üzrə icraata xitam verilməsini xahiş edir; İXM-in: 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur; 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır; 105.1-ci maddəsinə əsasən məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə zərərçəkmiş şəxsin barışması səbəbindən Şəxs barəsində İXM-in 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 105, 109.2 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar