Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-388/2025 19.02.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X12 Məhəmməd oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X9, Zərərçəkmiş şəxs və X1 qanuni nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Goranboy rayonu Qızılhacılı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Goranboy rayonu, Balakürd kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 19 fevral 2025-ci il tarixdə daxil olmuş “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı X5 10 yanvar 2025-ci il tarixli qərarına əsasən tərtib edilmiş 19 fevral 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Goranboy rayonu Qızılhacılı qəsəbəsində şəxsi münasibətlərin pozulması zəmnində Zərərçəkmiş şəxs və X3 dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Goranboy rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X11 bildirdi ki, xx.xx.2024-cü il tarixdə Goranboy rayonu Qızılhacılı qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs və Allahverdiyev Ramil oğlu, Balakürd kəndində yaşayan X6, Şəxs müraciəti əsasında toplanmış HK-1-2941, 2942, 2943 və 2945 nömrə ilə qeydə alınmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Lakin, həmin material üzrə Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi olduğu üçün onun barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə göndərilmişdir. Hazırda onun tərəfindən Şəxs barəsində 19 fevral 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə o və bacısı Tünzalə Zərərçəkmiş şəxs yaşadığı Goranboy rayon Qızılhacılı qəsəbəsində yerləşən yaşadığı evə getmişlər. Onlar Sədaqətin yaşadığı ünvanın qarşısında olan zaman Sədaqət çölə çıxmış və səs küy salmağa başlamışdır. Həmin vaxt aralarında mübahisə yaranmış və mübahizə zamanı o Zərərçəkmiş şəxs və qızı İlkanə Allahverdiyevanı əli ilə sinə nahiyyəsindən itələmişdir. Əməlindən peşmandır, hazırda Zərərçəkmiş şəxs və X1 qanuni nümayəndəsi X4 ilə barışmışdır. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 23 radələrində yaşadığı evdə olan zaman Şəbnəm, Tünzalə və onların yoldaşları Əli və Vüqar onun yaşadığı fərdi yaşayış evin həyətinə daxil olmuşlar. Daha sonra həmin şəxslər onu təhqir edərək üzərinə gəlmişlər, həmin vaxt Şəxs onun saçından və paltarından tutaraq dartmağa başlamışdır. Bundan sonra qızı İlkanə onları aralayan zaman Şəxs İlkanənin əlindən alaraq şillə ilə İlkanənin üz nahiyəsindən vurmuşdur. Hazırda Şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X1 qanuni nümayəndəsi X4 izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun keçmiş həyat yoldaşı İlkanə Allahverdiyeva isə qızıdır. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Şəxs ona məxsus Goranboy rayonu Qızılhacılı qəsəbəsində yerləşən fərdi yaşayış evinə gələrək qızı İlkanə Allahverdiyevanı şillə ilə üz nahiyyəsindən bir dəfə vurmuşdur. Hazırda Şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edərək bu barədə məhkəməyə ərizə təqdim etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı Həbib Hacıyevin 10 yanvar 2025-ci il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın icrası RPŞ-nin İTB-yə həvalə edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya birliyi publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 745 nömrəli ekspert rəyindən görünür ki, X1 məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər – qarının ön divarının, sağ baldırın qançırları KÜT əşyanın (ların) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə yəni xx.xx.2024cü il tarixda əllə təpiklə döyülmə zamanı əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayın xəsarət olduğu işün dərəcəsi təyin olunmur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya birliyi publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 746 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər – burun yəhərinin qançırı KÜT əşyanın (ların) o cümlədə qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə yəni xx.xx.2024-cü il tarixdə yumruqla vurul ne zamanı əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur; Zərərçəkmiş şəxs X1 qanuni nümayəndəsi X2 məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, o, Şəxs ilə barışmışdır. Şəxs qarşı şikayət və tələbi yoxdur, ona görə iş üzrə icraata xitam verilməsini xahiş edir; Zərərçəkmiş şəxs məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, o, Şəxs ilə barışmışdır. Şəxs qarşı şikayət və tələbi yoxdur, ona görə iş üzrə icraata xitam verilməsini xahiş edir. İXM-in: 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur; 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır; 105.1-ci maddəsinə əsasən məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə zərərçəkmiş şəxsin barışması səbəbindən Şəxs barəsində İXM-in 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 105, 109.2 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X13
Məhkəmə qərarları › İş №3(045)-388/2025
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-388/2025
19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver