Məhkəmə qərarları › İş №3(045)-393/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-393/2024

20.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-393/2024 20.05.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, X1 nümayəndəsi Vəkil iştirakı ilə, X8 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin 05 aprel 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X15 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin vəzifəli şəxsi (rəis müavini) Fərid Bağırovun qəbul etdiyi, X8 İXM-nin 192.4-cü maddəsi ilə 1000 (bir min) manat cərimə edilməsi haqqında 05 aprel 2024-cü il tarixli MN seriyalı ******* saylı qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, ƏƏSMN yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin vəzifəli şəxsi (rəis müavini) Fərid Bağırovun qəbul etdiyi 05 aprel 2024-cü il tarixli MN seriyalı ******* saylı qərara görə, X15 qızı Əmək Məcəlləsinin 172-ci maddəsinin tələbini pozmaqda (son haqq-hesabın ödənilməməsi) təqsirli bilinərək, İXMnin 192.4-cü maddəsilə məsuliyyətə cəlb edilərək 1000 (bir min) manat cərimə etmişdir. Qərarı 2024-cü il aprelin 15-də almışdır. Qeydiyyat ünvanı ünvan 1əllə, ev 14, mənzil 35 ünvanında yaşayır. Bu barədə arayış əlavə ədilməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Konstitusiya Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli qərarına əsasən, (səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər) müvafiq vəsatət verməklə, aprelin 24-də Abşeron Rayon Məhkəməsinə qərardan şikayət versə də, Abşeron Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli qərardadı ilə, şikayəti Goranboy rayon Məhkəməsinə təqdim etməyi üçün geri qaytarılmışdır. Qərardadı 2024-cü il mayın 06-da almışdır. Həmçinin həmin qərardadda yalnış olaraq şikayət vermə müddətimin axımı qərarı aldığı tarixdən deyil, qərarın çıxması tarixindən hesablanmışdır ki, bu da əsassızdır. Bir daha vurğulayır ki, qərarı poçt vasitəsilə 2024-cü il aprelin 15-də alaraq, 9 gün sonra Abşeron Rayon Məhkəməsinə şikayət vermişdir. Aşağıdakılara əsasən qərar əsassız və qanunsuzdur, ləğv edilərək işin icraatına xaitam verilməlidir. Belə ki, son haqq-hesabı almadıqlarını iddia edən işçilər, işəgötürənə maddi zərər vurmuşlar və onların vurduğu maddi zərərin məbləği onlara çatmalı son haqq-hesabdan xeyli çoxdur. Bu səbəbdən, onlara çatmalı son haqq-hesab onların işəgötürənə vurduğu zərərin bir hissəsi ilə əvəzləşdirilmişdir. Bu barədə sübutlar məhkəmə iclasında təqdim ediləcəkdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, qərarından şikayət verilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsi (nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi Vəkil verilmiş şikayətin dəlillərinə uyğun çıxış edərək bildirdi ki, qərar əsassız və qanunsuzdur, ləğv edilərək işin icraatına xaitam verilməlidir. Belə ki, son haqq-hesabı almadıqlarını iddia edən işçilər, işəgötürənə maddi zərər vurmuşlar və onların vurduğu maddi zərərin məbləği onlara çatmalı son haqqhesabdan xeyli çoxdur. Bu səbəbdən, onlara çatmalı son haqq-hesab onların işəgötürənə vurduğu zərərin bir hissəsi ilə əvəzləşdirilmişdir. Odur ki, ƏƏSMN yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin vəzifəli şəxsi (rəis müavini) Fərid Bağırovun qəbul etdiyi 05 aprel 2024-cü il tarixli MN seriyalı ******* saylı qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdırıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə ünvanlanmış X11 ərizəsindən, həmçinin izahatından görünür ki, X6 və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə müraciət edərək bildirmişdir ki, o, 2019-cu ilin 20 fevralına qədər “Rübai” restoranında işləmişdir. Onunla əmək müqaviləsi bağlanmamış və ona əmək haqqı ödənilməmişdir; 05 aprel 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında Qərar”ın surətindən görünür ki, "xxxx" MMC-nin direktoru X15 ilə X7 və X16 arasında bağlanmış əmək müqaviləsinə xitam verərəkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin tələbini pozmuşdur. Bununla da, X15 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və X15 1000 (bir min) manat məbləğində cərimə olunmuşdur; "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli aktından görünür ki, işəgötürənə vurulmuş zərərə dair aparılmış araşdırmanın nəticəsi olaraq 76215,1 manat dəyərində mal çatışmamazlığı aşkar edilmişdir; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən verilmiş 06 aprel 2024-cü il tarixli, 3-17-5/2- 19626/2024 nömrəli məktubundan görünür ki, vətəndaşlar X4 və X9 təqdim etdikləri əmək haqqı bank hesabından çıxarışlara əsasən işçilər ilə bağlanmış xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixində bağlanmış əmək müqavilələrinə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobudşəkildə pozduqda) bəndinə əsasən xitam verilərkən həmin Məcəllənin 172-ci maddəsinin 4-cü hissəsinin (işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir) tələbləri pozularaq son haqq-hesablarının ödənilmədiyi müəyyən edilmişdir. Əmək qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar barənizdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola uyğun olaraq həmin Məcəllənin 192.4-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh verma haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, "xxxx" MMC-nin direktoru X15 ilə “İşçilər” X7 və X16 arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. X7 və X3 Əmək Müfəttişliyinə ərizə ilə müraciət edərək, əmək müqaviləsinə xitam verilərkən onların əmək hüquqları pozulmuş və son haqq-hesablarının ödənilmədiyi müəyyən olunmuşdur. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanının törədildiyi faktına görə X14 Xidmətinin əməkdaşları tərəfindən 05 aprel 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və ƏƏSMN yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin vəzifəli şəxsi (rəis müavini) Fərid Bağırov "xxxx" MMC-nin direktoru X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1000 manat məbləğində cərimə edilməsini qərara almışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 172-ci maddəsinin 4-cü bəndinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir; 83-cü maddəsinin 2-ci bəndinə görə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in): 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddəyə edilmiş qeydə əsasən Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərini göstərən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır; 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. 192.4-cü maddəsinə görə işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir; Məhkəmə qeyd edir ki, işəgötürən vəzifəli şəxs "xxxx" MMC-nin direktoru X5 qanunvericiliyinin tələblərini pozaraq əmək və məzuniyyət haqlarının hesablanmasında qanun pozuntularına yol vermişdir. Belə ki, inzibati araşdırma aparmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin əməkdaşları X8 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş X15 barəsində haqlı olaraq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən hesab edir ki təqdim edilmiş sənədlər əsasında mübahisələndirilən qərarın əsassız olması müəyyən edilmədiyindən, X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsinin 05 aprel 2024-cü il tarixli MN seriyalı ******* nömrəli qərarından verdiyi şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsinin 05 aprel 2024-cü il tarixli MN seriyalı ******* nömrəli qərarından verdiyi şikayət təmin olunmasın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar