Məhkəmə qərarları › İş №3(045)-393/2025

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-393/2025

25.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-393/2025 25.02.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy Rayon Məhkəməsinin hakimi X3 oğlunun sədrliyi, Zeynalzadə Aysel İlham qızının katibliyi, Goranboy rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tələbkar Zərərçəkmiş şəxs1 iştirakı ilə, xx.xx.1990-cı il tarixdə, Goranboy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Goranboy rayonu Səfikürd kəndində yaşayan Şəxs barəsində Goranboy Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə ismin müvafiq halında İXM) 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 25 fevral 2025-ci il tarixli, MN ******* saylı protokolda göstərilmişdir ki, Şəxs məhkəmə qətnaməsini qismən icra edir və icra məmurunun qanuni tələblərinə tabe olmur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, onun Zərərçəkmiş şəxs1 aliment və ABC Telecom MMC-yə borcu vardır. O sonuncu dəfə 20 fevral 2025-ci il tarixdə aliment borcundan ödəniş etmişdir. Borcu ödəyə bilməməsi isə maddi imkanı ilə bağlıdır. O hazırda işləməsinə baxmayaraq borc onun əmək haqqına yönəldilmir. İcra məmurunun isə qanuni tələbinə tabe olmuşdur. Tutmanın onun əmək haqqına yönəldilməsini xahiş edir. Məhkəmə iclasında Goranboy rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi icra məmuru X2 izhatında bildirdi ki, protokol tərtib etmiş vəzifəli şəxs məhkəmə iclasında işitrak edə bilmir. Goranboy Rayon Məhkəməsinin 2(045)-620/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs iki uşağın saxlanması üçün hər ay 300 manat, bir uşaq 3 yaşına çatandək saxlanması üçün 50 manat alınaraq Zərərçəkmiş şəxs1 ödənilməlidir. Həmçinin Goranboy Rayon Məhkəməsinin 2(045)-1004/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 491,42 manat borc pul və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq ABC Telecom MMC-yə ödənilməlidir. Lakin Şəxs icra sənədlərini qərəzli olaraq icra etmir. Verilmiş suala cavab olaraq bildirdi ki, Şəxs iş yerinin olması elektron icra sistemində çıxmır. Tələbkar Zərərçəkmiş şəxs1 izahatında bildirdi ki, Şəxs sonuncu dəfə 20 fevral 2025-ci ildə 200 manat ödəniş etmişdir. Lakin aliment borcu qalır. Tələbkar ABC Telecom MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş Goranboy Rayon Məhkəməsinin 2(045)-620/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, Şəxs iki uşağın saxlanması üçün hər ay 300 manat, bir uşaq 3 yaşına çatandək saxlanması üçün 50 manat alınaraq Zərərçəkmiş şəxs1 ödənilməlidir. İş materiallarına əlavə olunmuş Goranboy Rayon Məhkəməsinin 2(045)-1004/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, Şəxs 491,42 manat borc pul və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq ABC Telecom MMC-yə ödənilməlidir. Elektron məhkəmə informasiya sistemində Şəxs gəlirləri barədə məlumatdan müəyyən olunur ki, Şəxs Kür-Araz Şirkəti MMC-də rəngsaz-suvaqçı işləyir, əmək haqqı 450 manat təşki edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, Goranboy Rayon Məhkəməsinin 2(045)-620/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs iki uşağın saxlanması üçün hər ay 300 manat, bir uşaq 3 yaşına çatandək saxlanması üçün 50 manat alınaraq Zərərçəkmiş şəxs1 ödənilməlidir. Həmçinin Goranboy Rayon Məhkəməsinin 2(045)-1004/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 491,42 manat borc pul və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq ABC Telecom MMC-yə ödənilməlidir. Lakin icraçı tərəfindən məcburi icra tədbirləri görülməmiş, Şəxs qərəzli olaraq icra sənədini icra etmədiyini qənaətinə gələrək barəsində protokol tərtib edilmişdir. Halbuki elektron məhkəmə informasiya sistemində Şəxs gəlirləri barədə məlumatdan müəyyən olunur ki, Şəxs Kür-Araz Şirkəti MMC-də rəngsaz-suvaqçı işləyir, əmək haqqı 450 manat təşki edir. Göründüyü kimi, Şəxs icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırmamışdır. Əksinə tutmanın onun əmək haqqına yönəldilməsini xahiş etmişdir. Məhkəmə iclasında borclu Şəxs tərəfindən “məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi sübutlarla təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə “məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi” – bu maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Göründüyü kimi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibinin yaranması üçün onun dispozisiyasında nəzərdə tutulan – icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin məhz üzürsüz səbəbdən icra edilməməsi kimi əlamətlərin mövcud olması zəruridir. Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqından materiallardan isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində belə bir əlamətlərin mövcud olması təsdiqini tapmamışdır. Belə ki, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi dedikdə borclunun icra sənədini qanunvericiliklə qadağan olunmayan vasitələrlə icra edə bilməsi imkanına malik olması, lakin onun icra sənədini qəsdən icra etməməsi və ya ümumiyyətlə buna cəhd göstərməməsi başa düşülür. Hazırki halda isə icra məmuru tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədi üzrə ödəniş edə bilməsi üçün faktiki imkanlarının olması barədə məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Borclu Şəxs izahatından görünür ki, Şəxs icra sənədi üzrə tutmanın onun əmək haqqına yönəldilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin normaların tələbləri baxımdan məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında protokolda göstərilən hal üzrə Şəxs əməlində inzibati xəta tərkibi mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırki inzibati xəta haqqında protokolun tərtib edildiyi hal üzrə Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 105, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində 25 fevral 2025-ci il tarixli, MN ******* saylı protokol üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar