Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 3(045)-396/2025 07.03.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında qərardan verilmiş şikayət üzrə) Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, Şikayət vermiş şəxs X3, İnzibati xəta haqqında protokolu tərtib etmiş X5 iştirakı ilə, X3 Goranboy RPŞ-nin YPX-nın inspektoru X8 tərəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy RPŞ-nin YPX-nın inspektoru X8 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X6 izahatında göstərdi ki, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın baxılmadan geri qaytarılmasını xahiş etdi və bu barədə olan ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş X8 şikayət ərizəsinin geri qaytarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə, inzibati xəta haqqında qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, X1 şikayət ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 RPŞ-nin YPX-nın inspektoru X8 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-396/2025
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №3(045)-396/2025
07.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver