Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-399/2025 03.03.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy Rayon Məhkəməsinin hakimi X7 oğlunun sədrliyi, Zeynalzadə Aysel İlham qızının katibliyi, Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Xocalı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, orta təhsilli, Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yaşayan Şəxs barəsində Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiallara inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə MN seriyalı, ******* №-li, 01 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 maddəsi ilə təqsirli bilərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə o, X13 bölməsinin yol patrul xidmətinin inspektoru Süleyman Piriyeva zəng edib narazılığını bildirmişdir ki, onun qardaşı Abışov İlkinə niyə protokol tərtib etmişdir, başqaları kimi onu da yola verə bilərdi. Süleyman Piriyev də ona kabinetə gəlməsini demişdir. O, yaxınlaşdıqda bildirmişlər ki, Piriyev Süleyman yoxdur. Daha sonra o, evə gedib Süleymana yenidən zəng etmiş, aralarında biraz narazılıqları olmuşdur. O, əsəbi halda Süleymana niyə onu çağırıb yerində olmadığını demiş, buna görə də mübahisə etmiş, telefonda yol patrul xidmətiunin əməkdaşına qarşı söyüş söymüşdür. Söyüş söyməsinin səbəbi onun içki qəbul etməsi olmuşdur. xx.xx.2025-ci il tarixdə onu Goranboy Rayon Polis şöbəsinə dəvət etmişlər. Gəldiyində ona bildirmişlər ki, o, inspektor Piriyev Süleymanı söyüb təhqir edib və Goranboy Rayon Polis şöbəsinin qarşısında tabesizlik göstərib. Lakin o polisə tabesizlik etməmişdir. Hazırda, o, etdiyi əməldən peşmandır. Odur ki, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X4 bildirmişdir ki, Goranboy RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı X3 RPŞ-nin rəhbərliyə ünvanladığı raport əsasında tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilərək məhkəməy təqdim edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı X5 izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə Goranboy RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı X2 ilə birlikdə xidmətdə olarkən VAZ 21061 markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön nömrə nişanı X9 tərəfindən palçıq vasitəsi ilə örtülərək idarə edildiyi aşkar edilmişdir. Abışov İlkin barəsində protokol tərtib edilərək Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixdə təxminən saat 21:30 radələrində onun mobil telefonuna Abışov İlkinin qardaşı Şəxs tərəfindən zəng gəlmiş və o, ünvanlı-ünvansız nalayiq ifadələr işlətmişdir. Onu intizama dəvət etsə də o söyüşlərini davam etdirmişdir. xx.xx.2025-ci il tarixdə xidmətdə olan zaman RPŞ-nin qarşısında bir nəfər tanımadıqları şəxs əlini onlara uzadaraq ünvanlıünvansız nalayiq ifadələr işlətdiyini görmüşdür. Onun protkol yazdığı X6 qardaşı Şəxs olduğunu görmüşdür. Onlar həmin şəxsi nizam-intizama dəvət etsələr də, o, bildirmişdir ki, onun qardaşına protokol yazılmış, ona görə belə edir. Onları daim kameraya çəkərəq rüsvay edəcəkdir. Onu intizama dəvət etmişlər, lakin o taveszilik göstərək ünvanlı və ünvansız söyüşlər süymüş, öz hərəkətlərini davam etdirmişdir. Bundan sonra Şəxs barəsində qanuni tədbir görülməsi üçün Goranboy RPŞ-yə gətirib növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı X2 izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə xidmətdə olan zaman RPŞ-nin qarşısında bir nəfər tanımadıqları şəxs əlini onlara uzadaraq ünvanlıünvansız nalayiq ifadələr işlətmişdir, onlar həmin şəxsi nizam-intizama dəvət etsələr də, o, bildirmişdir ki, onun qardaşına protokol yazılıb, ona görə belə edir. Onu intizama dəvət etmişlər, lakin o taveszilik göstərək ünvanlı və ünvansız söyüşlər süymüş, öz hərəkətlərini davam etdirmişdir. Bundan sonra Şəxs barəsində qanuni tədbir görülməsi üçün Goranboy RPŞ-yə gətirib növbətçi hissəyə təhvil vermişlər. İş materiallarında olan Goranboy RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı Süleyman Piriyev tərəfindən rəhbərliyə ünvanlanmış 01 mart 2025-ci il tarixli raportdan görünür ki, Goranboy RPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı X2 ilə xx.xx.2025-ci il tarixdə xidmətdə olan zaman RPŞ-nin qarşısında bir nəfər tanımadıqları şəxs əlini onlara uzadaraq ünvanlı-ünvansız nalayiq ifadələr işlətmişdir, onlar həmin şəxsi nizam-intizama dəvət etsələr də, o, bildirmişdir ki, onun qardaşına protokol yazılıb ona görə də belə edir. Bundan sonra Şəxs barəsində qanuni tədbir görülməsi üçün Goranboy RPŞ-yə gətirib növbətçi hissəyə təhvil vermişlər. İş materiallarında olan inzibati xəta haqqında MN seriyalı, ******* №-li, 01 mart 2025ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Goranboy şəhər S.Civəzadə küçəsində ictimai qaydanı pozmaqla yanaşı, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 01 mart 2025-ci il tarixdə, saat 17:40-da inzibati qaydada tutulmuşdur; Məhkəmə MN seriyalı, ******* №-li, 01 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində iş üzrə icraat aparılan Şəxs izahatını, şahid ifadələrini dinləyib, işin faktiki hallarını nəzərdən keçirib belə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclası zamanı tam sübuta yetirilmişdir. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh tədbiri ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayış üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alınır. Məhkəmə tərəfindən Şəxs etdiyi əməli etiraf edib peşman olmasını İXM-in 32-ci maddəsinə əsasən inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Şəxs əməlində İXM-in 33-cü maddəsinə əsasən inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tədbiri tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alır. Eyni zamanda, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə onun əməlini etiraf etməsini və əməlindən peşman olmasını inzibati xəta törətməsini məsuliyyətini yüngülləşdirici hal kimi, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alıb, barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh növünun aşağı həddə tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109-115, 128-130-cu maddələrini rəhbər tutub, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 01 mart 2025-ci il tarixdən saat 17:40-dan hesablansın. Qərarın icrası Goranboy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(045)-399/2025
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-399/2025
03.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver