Məhkəmə qərarları › İş №3(045)-4/2023

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-4/2023

05.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-4/2023 05.01.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X9 Məhəmmədəli oğlunun sədrliyi, Behbudzadə Rauf Elman oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin DYPB-nin yolpatrul xidməti inspektoru X5, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X4 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Goranboy rayonunun Dəliməmmədli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.1, 333.3 və 535.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy Rayon Polis Şöbəsindən Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı MN seriyalı ******* nömrəli, 01 yanvar 2023-cü il tarixli, İXM-in 327.1 və 333.3-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı İXP seriyalı ******* nömrəli, 01 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokollara dair materiallar 05 yanvar 2023-cü il tarixdə baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X7 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 01 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə Goranboy rayon Dəliməmmədli şəhər sakini Şəxs saat təxminən 01:30 radələrində Dəliməmmədli şəhər ərazisində içkililik müayinəsindən yayınaraq polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Goranboy RPŞ-nin DYPB-nin yol-patrul xidməti inspektoru X11 tərəfindən tərtib olunmuş İXP seriyalı ******* nömrəli, 01 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 01 yanvar 2023-cü il tarixdə saat 01 radələrində VAZ 21154 minik markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmuş və zərər çəkmiş şəxsə maddi zərər vurmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətalarla bağlı ayrı-ayrı inzibati xəta haqqında protokollar bir materialda 05 yanvar 2023-cü il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan inzibati xəta haqqında protokolların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə İXM-in 34.2-ci maddəsini rəhbər tutaraq, Goranboy rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokolların bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında MN seriyalı ******* nömrəli, 01 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X7 protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, RPŞ-nin PPXB-nün polis nəfərləri Sahir Nəbiyev və Hüseyn Rzayev 01 yanvar 2023-cü il tarixdə şöbənin rəhbərliyinə raportla müraciət edərək həmin Goranboy rayon Dəliməmmədli şəhər sakini Şəxs saat təxminən 01:30 radələrində Dəliməmmədli şəhər ərazisində içkililik müayinəsindən yayınaraq polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamasını bildirmişdir. Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında İXP seriyalı ******* nömrəli, 01 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin DYPB-nin yol-patrul xidməti inspektoru X11 protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, Şəxs 01 yanvar 2023cü il tarixdə saat 01 radələrində VAZ 21154 minik markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmuş və zərər çəkmiş şəxsə maddi zərər vurmuşdur. Şəxs barəsində tərəfindən İXM-in 327.1 və 333.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 333.3-cü maddəsi təqsirli bilərək izahatında göstərdi ki, o, 01 yanvar 2023-cü il tarixdə saat 01 radələrində “VAZ 21154” minik markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmuş və həmin küçədə yerləşən elektrik işıq dirəyinə çırpılmışdır. Onun tərəfindənxx.xx.2023-cü il tarixdə həmin dirəyi yerinə bərpa etmişdir. Lakin o, polis əməkdaşlarına hər hansı müqavimət göstərməmişdir, sadəcə hadisənin təsirindən qorxaraq hadisə yerindən təxminən 300-400 metr uzaqlaşmış, lakin sonradan hadisə yerinə gəlmişdir. Əlavə olaraq bildirir ki, o, şəhid ailəsidir, atası İ Qarabağ müharibəsində şəhid olmuşdur. Əməlindən peşmandır. Yekunda məhkəmədən onun barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin PPXB-nin polis nəfəri X2 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 00:06 radələrində Goranboy rayon Dəliməmmədli şəhərində xidmətdə olarkən şəhər ərazisində VAZ-21015 markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin işıq dirəklərinə çırpıldığını aşkar etmişlər. Bu barədə zəyliyə məruzə edərək və YPX-nin əməkdaşlarının hadisə yerinə gəlməsini istəmişlər. Onlar daha sonra sürücüyə yaxınlaşaraq özlərini təqdim etmişlər. Məlum olmuşdur ki, sürücü Goranboy rayon Dəliməmmədli şəhər sakini Şəxsdur. Onlar Şəxs xəsarət alıbalmaması barədə soruşmuş, Qasm Kərimov isə onlara bildirmişdir ki, siz gedin, mən avtomobili sürüb gedəcəm. Onlar isə sürücüyə izah etmişlər ki YPX-nin əməkdaşları hadisə yerinə gəlib baxış keçirməlidir. Sürücü onların qanuni tələblərinə tabe olmayaraq avtomobildən düşərək ictimai yerdə uca səslə ünvanlı-ünvansız nalayiq ifadələr işlədərək hadisə yerindən yayınmağa cəhd göstərmişdir. O hadisə yerindən təxminən 400 metr uzaqlıqda həmin şəxsi saxlamış və YPX-nın əməkdaşlarına təhvil vermişlər. Lakin, sürücü YPX-nin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq öz qərəzli hərəkətlərini davam etdirib ictimai yerdə uca səslə ünvanlı-ünvansız nalayiq ifadələr işlətməyə davam etmişdir. Daha sonra onlar həmin vətəndaşları RPŞ-yə gətirərək NH-yə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin PPXB-nün polis nəfəri X8 iş üzrə digər şahid X1 izahatına oxşar məzmunlu izahat verərək sonuncunun dediklərini təsdiq etdi. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 333.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy RPŞ-nin PPXB-nün polis nəfərləri Sahir Nəbiyev və Hüseyn Rzayev tərəfindən RPŞ-nin rəhbərliyinə ünvanlanmış 01 yanvar 2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 00:06 radələrində Goranboy rayon Dəliməmmədli şəhərində xidmətdə olarkən şəhər ərazisində VAZ-21015 markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin işıq dirəklərinə çırpıldığını aşkar etmişlər. Bu barədə zəyliyə məruzə edərək və YPX-nin əməkdaşlarının hadisə yerinə gəlməsini istəmişlər. Onlar daha sonra sürücüyə yaxınlaşaraq özlərini təqdim etmişlər. Məlum olmuşdur ki, sürücü Goranboy rayon Dəliməmmədli şəhər sakini Şəxsdur. Onlar Şəxs xəsarət alıb-almaması barədə soruşmuş, Qasm Kərimov isə onlara bildirmişdir ki, siz gedin, mən avtomobili sürüb gedəcəm. Onlar isə sürücüyə izah etmişlər ki YPX-nin əməkdaşları hadisə yerinə gəlib baxış keçirməlidir. Sürücü onların qanuni tələblərinə tabe olmayaraq avtomobildən düşərək ictimai yerdə uca səslə ünvanlı-ünvansız nalayiq ifadələr işlədərək hadisə yerindən yayınmağa cəhd göstərmişdir. O hadisə yerindən təxminən 400 metr uzaqlıqda həmin şəxsi saxlamış və YPX-nın əməkdaşlarına təhvil vermişlər. Lakin, sürücü YPX-nin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq öz qərəzli hərəkətlərini davam etdirib ictimai yerdə uca səslə ünvanlı-ünvansız nalayiq ifadələr işlətməyə davam etmişdir. Daha sonra onlar həmin vətəndaşları RPŞ-yə gətirərək NH-yə təhvil vermişlər. Odur ki, həmin şəxs barəsində tədbir görülməsi üçün aidiyyəti göstəriş verilməsi xahiş olunmuşdur; “İnzibati qaydada tutma haqqında” 01 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 06:00-də inzibati qaydada tutulmuş, 03 yanvar 2023-cü il tarixdə saat 05:00-da azad edilmişdir; Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Goranboy Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 01 nömrəli məktubundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Goranboy RMX-nın TTTY şğbəsində sərxoşluq müayinəsindən keçməkdən imtina etmişdir; ADEseriyalı 942246 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Vaz 21154” minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 mülkiyyətindədir; ƏN-V seriyalı 288019 nömrəli etibarnamənin surətindən görünür ki, X6mülkiyyətində olan “Vaz 21154” minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnu xx.xx.2030-cu il tarixədək Şəxs etibar etmişdir; Azərbaycan Respublikası DİN BDYPİ Gəncə RQİTBŞ tərəfindən verilmiş AE 137274 nömrəli, xx.xx.2020-ci il tarixli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs oğlu BC kateqoriyalı sürücüdür; Azərbaycan Respublikası Goranboy Rayon İHB-nın Dəliməmmədli şəhə İƏDÜ nümayəndəliyinin 01 nömrəli, 05 yanvar 2023-cü il tarixli arayışından görünür ki, Şəxs idarə etdiyi VAZ-21015 markalı avtomobili ilə xx.xx.2022-ci il tarixdə həmin küçədə yerləşən elektrik işıq dirəyinə çırpılmışdır. Nəticədə elektrik dirəyi yerindən qopmuşdur. Vətəndaş Şəxs xx.xx.2023-cü il tarixdə həmin dirəyi yerinə bərpa etmişdir. İXM-in: 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 333.1-cimaddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur; 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, Şəxs törətdiyi əməli etiraf edib peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, həmçinin İXM-in 31.4-1-ci maddəsinin tələblərini nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququ müəyyən müddətə məhdudlaşdırılmaqla inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən Şəxs barəsində başlanmış İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Belə ki, İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırkı halda Şəxs hərəkətlərində həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, işin hallarından və işdə iştirak edən şəxslərin izahatlarından aydın olur ki, xx.xx.2023-cü il tarixdə Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində Şəxs polis əməkdaşı ilə arasında olan anlaşılmazlıq polis əməkdaşının qanuni tələbinə tabe olmamaq kimi hesab edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, İXM-in 535.1-ci maddəsinin tərkib hissəsinin yaranması üçün polis işçisinin ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmaması mövcud olmalıdır. Məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş şəxslərin izahatından görünür ki, sürücü avtomobilindən düşərək hadisə yerindən yayınmağa cəhd göstərmişdir. Sürücü avtomobilindən düşərək hadisə yerindən yayınmağa cəhd göstərməsi polis əməkdaşlarının qanuni tələbinə tabe olmamaq kimi hesab edilə bilməz. Odur ki, aradan qaldırıla bilməyən şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunduğundan, bu hallar Şəxs əməlində İXM-in 535.1-ci maddəsinin tərkib əlamətlərinin olmasını istisna edir. Beləliklə, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək məhkəmə belə bir nəticəyə gəlir ki, Şəxs xx.xx.2023-cü il tarixdə polis əməkdaşları ilə aralarında olan anlaşılmazlıq İXM-in 535.1-ci maddəsinin tərkibini yaradan polis işçisinin ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama kimi qiymətləndirilə bilməz. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olmaması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə həmçinin qeyd edir ki, İXM-in: 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələrinin baxdığı işlərin dairəsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 2 və 2.2-ci bəndlərinə əsasən İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə (inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən Məcəllənin 124.3-cü maddəsinə uyğun olaraq bilavasitə aşkar edildikdə) – Baş X18 İdarəsinin rəisi, onun müavinləri, Baş X18 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin X18 İdarəsinin rəisi, ərazi polis orqanlarının X18 idarələrinin, şöbələrinin rəisləri, onların müavinləri, ərazi polis orqanlarının X18 bölmələrinin rəisləri, ərazi polis orqanlarının X18 qruplarının rəhbərləri baxırlar. Qanunvericiliyin tələblərindən göründüyü kimi şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə, ona daha ciddi inzibati tənbeh tətbiq edilə bilər. Göründüyü kimi İXM-in 327.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aiddir. Qeyd olunanlara əsasən İXM-in 40.0.1, 43, 48-51, 114-115 və 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il 6 (altı) ay müddətinə məhdudlaşdırılmaqla 525 (beş yüz iyirmi beş) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Əməlində İXM-in 535.1-ci maddəsinin inzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələri ilə tərtib olunmuş MN seriyalı ******* nömrəli, 01 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokola xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Goranboy rayon X12 X16 göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar