Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 3(045)-40/2024 02.02.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədli oğlu, Səmədzadə Səməd Dilqəm oğlunun katibliyi ilə, xx.xx.1992-ci il tarixdə Göygöl rayon, Çaykənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Goranboy rayon, Sarov kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy RPŞ tərəfindən Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə tərtib olunmuş material baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. Qeyd olunmalıdır ki, Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokolun tərtib olunması üçün əsas məhz sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli EQ 16126620 nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmə olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin qeyd edilən şəxslər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Buna görə də məhkəmə həin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, “AsanPay” ödəniş terminalından çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixli EQ 16126620 nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə inzibati xəta haqqında protokol mövcud deyildir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokolla bağlı təqdim edilmiş materiallar natamam olduğundan, işə baxılarkən onları tamamlamaq mümkün olmadığından həmin protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Goranboy RPŞ tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad qətidir, ondan şikayət verilə bilməz. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-40/2024
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №3(045)-40/2024
02.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver