Məhkəmə qərarları › İş №3(045)-404/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-404/2024

16.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-404/2024 16.05.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X7 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Goranboy rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Goranboy rayonunun Mixaylovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Goranboy rayon Dəyirmanlar kənd tam orta məktəbində müəllim işləyən, Goranboy rayonunun Dəyirmanlar kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy rayon Polis Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy RPŞ-nin TB-nin baş təhqiqatçısı X2 19 aprel 2024-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın icrasının Goranboy RPŞ-nin İTB-yə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X6 tərəfindən MN seriyalı ******* nömrəli, 16 may 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, Goranboy rayonunun Dəyirmanlar kəndində, məktəbdə Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında Goranboy rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X6 bildirdi ki, xx.xx.2024-cü il tarixdə Goranboy rayonunun Dəyirmanlar kəndində yaşayan X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “102” çağrı mərkəzinə, daha sonra isə Goranboy RPŞ-yə eyni məzmunlu ərizə ilə müraciət etmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə Şəxs oğlu Zərərçəkmiş şəxs döydüyünü bildirmişdir. Daxil olmuş məlumata əsasən araşdırma aparılmış, nəticədə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti RPŞnin İTB-yə göndərilmişdir. Həmin qərar əsasında Şəxs barəsində onun tərəfindən MN seriyalı ******* nömrəli, 16 may 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs 19 aprel 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan şikayət vermiş, lakin sözügedən qərardan verilmiş şikayət təmin edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Goranboy rayon Dəyirmanlılar kənd orta məktəbində tarix fənni üzrə müəllim vəzifəsində çalışır. xx.xx.2024-cü il tarixdə məktəbin 11-ci sinifində olarkən dərs prossesi zamanı Summativ qiymətləndirmə aparmaq məqsədi ilə sinif şagirdlərinə test kitabçalarını paylayaraq 45 dəqiqə ərzində testdə qeyd olunan sualları cavablandırmalı olduqlarını onların nəzərinə çatdırmış və 45 dəqiqədən sonra dərsin yekununda şagirdlərdən test kitabçalarını qəbul edən zaman Zərərçəkmiş şəxs test kitabçasında ad və soyad bölməsinin boş olmasını görərək həmin şagirddən ad və soyadını test kitabçasında qeyd etməsini və vərəqin sonunda imza atmasını ondan tələb etmişdir. Bu zaman Zərərçəkmiş şəxs ad və soyadını qeyd etməkdən imtina etdiyini bildirib ayağa qalxmış, o, yenidən Zərərçəkmiş şəxs boş qalmış hissəyə ad və soyadını qeyd etməsini və imza etməsini tələb etdikdə Rəhman sinif otağından çıxaraq getmək istəmişdir. Bu zaman o Rəhmanın qolundan tutaraq partaya otuzdurmuşdur. O, Zərərçəkmiş şəxs hər hansı xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs atası Samir Allahverdiyevin şikayəti əsasında Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı Orxan Həziyev tərəfindən faktla bağlı araşdırma aparılmış və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X4 X9 verdiyi saxta rəyə əsaslanaraq xx.xx.2024-cü il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. O, həmin qərardan narazı qalmışdır. Bundan başqa o, ekspertin qəbul etdiyi rəydən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə şikayət etmişdir və buna dair sübutunu məhkəməyə təqdim etmişdir. Belə ki, Zərərçəkmiş şəxs fiziki ağrı yetirməsi ilə bağlı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbir görülməsi göstərilmişdi ki, mübahisə vaxtı orada olmuş şagirdlərin şahid qismində dindirilmədiyindən sözügedən qərardan Goranboy rayon prokurorluğuna şikayət vermiş və həmin qərar ləğv edilərək yenidən araşdırılması üçün Goranboy RPŞ-yə göndərilmişdir. Daha sonra araşdırma Goranboy RPŞ-nin TB-nin baş təhqiqatçısı Ruslan Abbasov tərəfindən araşdırma aparılmış və yenidən 19 aprel 2024-cü il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. O, qəbul edilmiş 19 aprel 2024-cü il tarixli qərardan da Goranboy rayon prokurorluğuna şikayət vermişdir. Həmçinin məhkəmə iclası gedişində iş materialları ilə tanış olarkən “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda şagirdlərin izahatları qeyd edilsə də əlyazma izahatlarını görməmişdir. Onun Zərərçəkmiş şəxs vurmasını təsdiq edəcək mötəbər sübutlar mövcud deyildir. Odur ki, barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə izahatında göstərdi ki, o, Dəyirmanlılar kənd tam orta məktəbinin 11-ci sinif şagirdidir. Şəxs həmin məktəbin müəllimi kimi və həmkəndlisi olaraq tanıyır. Şəxs ilə əvəllər münasibəti normal olmamışdır. Münasibətlərinin normal olmamasına səbəb isə Azər adlı müəllim ilə atasının arasında yaranmış narazılıq olmuşdur. Belə ki, həmin narazılıqdan sonra Azər, onunla və bacısı ilə ədavət apararaq tədris dövrü ərzində onlara mütəmadi “2” qiyməti yazmışdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 09:20 radələrində tarix fənnini tədris edən Azər adlı müəllim sinifə daxil olmuş və test nəticəsi əsasənda qiymətləndirmə aparacağını bildirərək şagirdlərə test kitabçalarını paylamış və dərsin sonunda təhvil alacağını bildirmişdir. Dərsin sonunda Azər müəllim onun test kitabçasını təhvil alan zaman ondan test kitabçasını imzalamasını tələb etdikdə o, Azərin tələbinə etiraz edərək test kitabçasına imza etməyəcəyini və yalnız direktorun göstərişi olarsa və bütün şagirdlər imza edəcəyi təqdirdə onun da imza edəcəyini bildirmişdir. Bundan sonra Azər müəllim 1 nəfər şagirdə imza etdirib yenidən ondan test kitabçasına imza etməsini tələb etdikdə o, test kitabçasını ona verməkdən imtina etmişdir. Bu zaman Azər müəllim onun ünvanına “küçük, düdük, it balası” kimi sözləri istifadə etmişdir. Bunda sonra isə Azər onun üz nahiyyəsinə şillə ilə vuraraq gödəkçəsinin sinə nahiyyəsindən tutaraq sinifdə olan oturacaqların üzərinə itələmişdir. Hazırda aralarında barışıq yoxdur. Barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində cəza verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X4 X9 məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 212 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarət(lər) – sasol gicgah nahiyyəsinin və döş qəfəsinin ön səthinin qançırları KÜT əşyanın (ların) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən yumruqla yetirilmə zamanı əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcələri təyin edilmir; İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Goranboy RPŞ-nin TBnin baş təhqiqatçısı X2 19 aprel 2024-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın icrası RPŞ-nin İTByə həvalə edilmişdir; İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Goranboy Rayon Məhkəməsinin şifahi sorğusu əsasında Goranboy rayon prokurorluğundan daxil olmuş №91çıx-24 nömrəli məktub və ona əlavə edilmiş rəydən görünür ki, Şəxs müraciəti əsasında Goranboy RPŞ-nin TB-də toplanmış HK-1/452, HK-1453 nömrəli material üzrə təhqiqatçı R.Abbasov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qanuni və əsaslı hesab edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, Şəxs özünü təqsirli bilməməsi barədə izahatını inandırıcı hesab etmir və bunu inzibati məsuliyyətdən yayınmaq üçün verilən izahat kimi qiymətləndirir. Məhkəmə, iş üzrə toplanmış sübutlara o cümlədən məhkəmə-tibbi ekspertizasının rəyinə, işin hallarına hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapdığından o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə tərəfindən Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə tərəfindən Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur; Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və xəta törədən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar