Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-404/2025 04.03.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında iş üzrə) Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X3, Zərərçəkmiş şəxs Ağalı qızının, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Goranboy rayonu, Nərimanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Goranboy rayonu, Nərimanlı kəndində, qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı X6 12 fevral 2025-ci il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın icrasının Goranboy RPŞ-nin İTB-yə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X9 tərəfindən MN seriyalı ******* nömrəli, 03 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Goranboy rayonu Nərimanlı kəndində X2 döymüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Goranboy RPŞnin İTB-nin polis sahə rəisi X9 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə Bərdə rayonu Sənayi küçəsində yaşayan Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış HK-1- 243 nömrə ilə qeydə alınmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Lakin, həmin material üzrə Goranboy rayonu Nərimanlı kəndində yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi olduğu üçün barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə göndərilmişdir. Hazırda onun tərəfindən X4 barəsində 03 mart 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə gətirilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 157-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2025ci il tarixdə gecə radələrində Rəmziyyə anası X1 istifadəsində olan kafeni bağlayıb evə gəlmiş və gün ərzində kafedə olan alverin haqq-hesabını, anası Mətanətə verib evdən çıxaraq Bərdə rayonuna yola düşmüşdür. Bundan bir neçə dəqiqə keçdikdən sonra anası Mətanə Əhmədova, Rəmziyyəyə zəng edərək, kafenin haqq-hesabı üçün verdiyi pulun az olduğunu demiş və qayıtmasını istəmişdir. Daha sonra Rəmziyyə evə daxil olaraq uca səslə səs küy salmağa başlamışdır. Həmin vaxt o Zərərçəkmiş şəxs evdə körpə uşaqlarının olmasını və sakitləşməsini bildirmişdir. Lakin, buna baxmayaraq Rəmziyyə onun sözlərinə məhəl qoymayaraq öz hərəkətlərinə davam etmişdir. O, da buna dözməyərək Rəmziyyənin üzərinə getmiş və bir neçə dəfə yumruqla onun üz nahiyyəsinə zərbələr endirmişdir. Hazırda etdiyi əməldən peşmandır. Odur ki, barəsində olan inzibati xəta haqqında iş üzrə yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs Ağalı qızı izahatında göstərdi ki, Goranboy rayonu Nərimanlı kəndində yerləşən X1 istifadəsində olan yeməkxana kimi fəaliyyət göstərilən kafedə fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvası təşkil edilmiş və o həmin kafedə günü 15-20 manat müqabilində fahişəliklə məşğul olmuşdur. xx.xx.2025-ci il tarixdə gecə radələrində Mətanət Şəxs evinə getmiş və gün ərzində işlədiyi pulu Mətanət Əhmədovaya vermişdir. Həmin vaxt Mətanət ona çatan pulun az olduğunu bildirmişdir və onu aldatdığını bildirmişdir. Bu zaman Şəxs heç bir səbəb olmadan onu nalayiq ifadələrlə təhqir edərək bir neçə dəfə yumruqla sol göz nahiyəsinə və üzünün müxtəlif nahiyyələrinə vurmuşdur. Hazırda Şəxs ilə barışmamışdır və ondan şikayətçidir. Odur ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin seçilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy RPŞ-nin TB-nin baş təhqiqatçısı X6 xx.xx.2025-ci il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın icrası RPŞ-nin İTB-yə həvalə edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X5 publik hüquqi şəxsin məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 52 nömrəli rəyindən görnür ki, Zərərçəkmiş şəxs Ağalı qızının məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol qaş altı nahiyənin, alt çənəninin, sol yazaq nahiyəsinin sağ və sol göz altı nahiyəinin sağ ayağın V barmağının qançırları KÜT əşyanın (ların) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə yəni xx.xx.2025-ci il tarixdə kənar şəxs tətəfindən yumruqla təpiklə vurulma zamanı əmələ gələ bilər və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, iş üzrə toplanmış sübutlara, o cümlədən məhkəmə-tibbi ekspertizasının rəyinə, işin hallarına hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymət verərək hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapdığından o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə, İXM-in 32-ci maddəsinə əsasən Şəxs törətdiyi əməli etiraf etməsini onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, İXM-in 33-cü maddəsinə əsasən Şəxs inzibati məsuliyyəti ağırlaşdıran hal müəyyən etmədi. İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini və xəta törədən şəxsin şəxsiyyətini, iş üzrə məsuliyyəti yüngülləşdirən halların olmasını və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 114-115, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 04 mart 2025-cü il tarixdən, saat 13:00-dan hesablansın. Qərarın icrası Goranboy Rayon Polis şöbəsinin MSY-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-404/2025
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-404/2025
04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver