Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 3(045)-410/2023 04.07.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Goranboy rayonunun Xoylu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Goranboy rayonunun Xoylu kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy RPŞ-nin TB-nin baş təhqiqatçısı Fərid Mehdiyevin 26 may 2023-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməli İXMin 157-ci maddəsi ilə qiymətləndirilmiş, barəsində həmin maddə ilə inzibati tənbeh görülməsi üçün qərarın surətinin RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X2 tərəfindən MN seriyalı ******* nömrəli, 04 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs ilə xx.xx.2023-cü il tarixdə, saat 12:10 radələrində Goranboy rayonunun Xoylu kəndində həmkəndlisi və qohumu Zərərçəkmiş şəxs döyərək ona xəsarət yetirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X2 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs DİN-in “102” Xidməti-Zəng mərkəzinə müraciət edərək Amil adlı şəxsin onu döyməsini bildirmişdir. Daxil olmuş məlumata əsasən araşdırma aparılmış, nəticədə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir. Həmin qərar əsasında Şəxs barəsində onun tərəfindən MN seriyalı, ******* nömrəli, 04 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 157-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, Zərərçəkmiş şəxs döyməmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərarla razı deyildir və həmin qərardan məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət verəcəkdir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 12:10 radələrində Goranboy rayonunun Xoylu kəndində həmkəndlisi Şəxs onu döymüşdür. Şəxs şikayətçidir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb hesab edir ki, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol onu tərtib etmiş şəxsə geri qaytarılmalıdır. Belə ki, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol Goranboy RPŞ-nin TB-nin baş təhqiqatçısı Fərid Mehdiyevin 26 may 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarı əsasında tərtib edilmişdir və sözügedən qərardan şikayət verilməsi həmin qərarın qüvvədə qalıb-qalmaması məsələsini qeyri-müəyyən edir. Məhkəmə, hazırki inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olmuş qərarın mübahisələndirilməsi ehtimalını nəzərə alır və hesab edir ki, hazırda Şəxs həmin protokol əsasında inzibati məsuliyyətə cəlb olunması və İXM-in 157-ci maddəsində nəzərdə tutulan əməlin onun tərəfindən törədilməsinin müəyyən edilməsi mümkün deyil. Qeyd edilənlər əsasında məhkəmə təqdim edilmiş materialların natamam olması, işə baxılarkən tamamlanmasının mümkün olmaması və bu səbəbdən inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin onu tərtib etmiş vəzifəli şəxsə qaytarılması qənaətinə gəlir. Nəzərə alınmalıdır ki, qanunvericilikdə cinayət işinin başlanmasının rədd edilməsi ilə bağlı qərardan şikayət vermə müddəti nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 212.3-cü maddəsinə əsasən təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İXM-nin 109.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 109.1.6-cı maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy RPŞ-dən daxil olmuş MN seriyalı ******* nömrəli, 04 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş vəzifəli şəxsə geri qaytarılsın. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(045)-410/2023
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №3(045)-410/2023
04.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver