Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-414/2023 17.07.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X1 Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi ilə, Goranboy rayonu Kürəkçay bələdiyyəsinin sədri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 549.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Gəncə Regional Ədliyyə İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Gəncə Regional Ədliyyə İdarəsindən daxil olmuş MN seriyalı ******* nömrəli, 19 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Kürəkçay bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 06 saylı qərarı inzibati nəzarəti həyata keçirən orqana vaxtında təqdim edilməmişdir. Bununla da Goranboy rayonu Kürəkçay bələdiyyəsinin sədri Şəxs barəsində İXM-in 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayonu Kürəkçay bələdiyyəsinin 06 nömrəli, 27 aprel 2023-cü il tarixli iclas protokolundan görünür ki, gündəlik məsələlər üzrə müvafiq qərarlar qəbul edilmişdir; Goranboy rayon Kürəkçay bələdiyyəsinin sədri Şəxs izahatından görünür ki, o, 06 nömrəli, 27 aprel 2023-cü il tarixli iclas qərarının surətini inzibati nəzarəti həyata keçirən orqana göndərmədiyini etiraf etmişdir. Hüquqi əsaslandırma: İXM-in 549.2-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə - vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (bu halda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi) həyata keçirir; 5-ci maddəsinə əsasən inzibati nəzarət icraatının başlanması üçün əsaslar aşağıdakılardır: - bu Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş aktlar bu Qanunun 1-ci maddəsində göstərilən normativ hüquqi aktlara zidd olduqda (5.0.1); - hüquqlarına və ya qanuni mənafelərinə bələdiyyə tərəfindən zərər vurulduğunu iddia edən fiziki və ya hüquqi şəxsin, yaxud dövlət orqanının (qurumunun) müraciəti daxil olduqda (5.0.2). 6.1-ci maddəsinə əsasən bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş əsas üzrə inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktların bir surətini həmin aktların qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər; 12-ci maddəsinə əsasən bu Qanunun tələblərini pozan şəxslər qanuna uyğun olaraq məsuliyyət daşıyırlar. Göründüyü kimi, Qanunla bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktların bir surətininin həmin aktların qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməsi vəzifəsi müəyyən olunmuş və bu tələbin pozulmasına görə məsuliyyət nəzərdə tutulmuşdur. 27 aprel 2023-cü il tarixdə "xxxx" MMC-yə audit xidməti göstərilməsi üçün 150 manat bələdiyyənin hesabından vəsait ayrılması və Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasına üzvülük haqqının ödənişi üçün 45 manat vəsait bələdiyyənin hesabəndan ödəmilməsi ilə bağlı müvafiq qərar qəbul olunmasına və həmin qərarın icrasına nəzarətin adı çəkilən bələdiyyənin sədri Şəxs həvalə olunmasına baxmayaraq sözügedən sənəd “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinin tələblərinə zidd olaraq xx.xx.2023-cü il tarixdə inzibati nəzarəti həyata keçirən orqana təqdim olunmuşdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 549.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 31, 40, 43, 114-115 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-414/2023
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-414/2023
17.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver