Məhkəmə qərarları › İş №3(045)-417/2023

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-417/2023

07.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-417/2023 07.07.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Goranboy, Xanqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Samux rayonu, Ağasıbəyli kəndində qeydiyyatda olmaqla, Naftalan şəhərində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X6 tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 07 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 06 iyul 2023-cü il tarixdə saat Goranboy rayonu, Səfikürd kəndində, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTQ-nin polis sahə rəisi X6 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 12:50 radələrində RPŞ-nin PPXB-nün polis əməkdaşları X3 və X1 rayonu, Səfikürd kəndində xidmətdə olan zaman yolun əsas hərəkət hissəsində dayanmış VAZ 2106 markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomaşını görmüşlər və yaxınlaşaraq özlərini təqdim etmişlər və adı nəməlum olan sürücüyə hər an qəza şərati yarana bilən yerdə avtomaşını saxladığını bildirmişlər və həmin yerdən avtomobili icazə olan yerdə saxlamasını xahiş etmişlər, lakin sürücü onların tələbinə məhəl qoymayaraq ünvanlı-ünvansız nəlayıq ifadələr işlədərək avtomaşını çıxartmayacağını bildirdi və “gedin işinizlə məşğul olun sözlərini işlətmişdir. Bu zaman avtomobildən bir kişi və qadın cinsli vətəndaşlar düşərək xəstə olduğlarını və “bizi evə düşürüb daha sonra şöbəyə gələr” sözlərini demişlər. Bundan sonra sürücü RPŞ-nə yaxınlaşan zaman sürücü avtomobili saxlamayaraq ziq-zaqvari hərəkətlər edərək və qəza şəraiti yaradaraq şöbədən uzaqlaşmışdır. Polis əməkdaşları raportla müraciət edərək, şöbənin aidiyyəti əməkdaşlarına göstəriş verilməsini xahiş etmişlər. Həmin gün, yəni xx.xx.2023-cü il tarixdə DYPB-nin YPX inispektoru, polis baş serjantı Ülvi Əlizadə və X9 rayonu Goranboy-Ağcakənd yolunda xidmətdə olan zaman təxminən saat 12:50 radələrində RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı X3 əl efiri vasitəsi ilə məlumat verərək VAZ 2106 markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsünün Goranboy rayonu Səfikürd-Naftalan yolunda onlara tabe olmayaraq ziq-zaqvari hərəkətlər edib digər sürücülərə və piyadalara təhlükə yaradıb yüksək sürətlə hərəkət edib getdiyini bildirdi. Həmin avtomaşın Goranboy-Ağcakənd yolunun Şəfəq kəndindən keçən hissəsində polis əməkdaşlarının qarşısına çıxmış və onlar həmin avtomaşını dərhal saxlamışlar, avtomaşının sürücünü və yanında əyləşən sərnişini ilə birlikdə RPŞ-yə gətirib təhvil vermişlər. Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2023cü il tarixdə Naftalan şəhərindən Goranboy rayon Ağcakənd qəsəbəsinə gedərkən təxminən saat 11:30 radələrində avtomobilini su almaq üçün Goranboy rayonu, Səfikürd kəndində yerləşən “AL” marketin qarşısında saxlamışdır. Bu zaman bir nəfər polis əməkdaşı yaxınlaşaraq avtomobili qadağan olan yerdə saxladığını və avtomobili həmin yerdən çəkməsini bildirmiş, o isə əli ilə işarə edərək, yəni bir dəqiqəyə çıxacağını bildirmişdir. Bu zaman polis əməkdaşı ilə aralarında mübahisə yaranmış və o, əsəbləşərək aqressiv hərəkətlər edərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Etdiyi əməldən peşmandır. Odur ki, məhkəmədən ona yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin PPXB-ın polis nəfəri X3 bildirdi ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 12:50 radələrində o və RPŞ-nin PPXB-nün polis əməkdaşı X1 rayonu, Səfikürd kəndində xidmətdə olan zaman yolun əsas hərəkət hissəsində dayanmış VAZ 2106 markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomaşını görmüşlər və yaxınlaşaraq özlərini təqdim etmişlər və adı nəməlum olan sürücüyə hər an qəza şərati yarana bilən yerdə avtomaşını saxladığını bildirmişlər və həmin yerdən avtomobili icazə olan yerdə saxlamasını xahiş etmişlər, lakin sürücü onların tələbinə məhəl qoymayaraq ünvanlı-ünvansız nəlayıq ifadələr işlədərək avtomaşını çıxartmayacağını bildirdi və “gedin işinizlə məşğul olun sözlərini işlətmişdir. Bu zaman avtomobildən bir kişi və qadın cinsli vətəndaşlar düşərək xəstə olduğlarını və “bizi evə düşürüb daha sonra şöbəyə gələr” sözlərini demişlər. Bundan sonra sürücü RPŞ-nə yaxınlaşan zaman sürücü avtomobili saxlamayaraq ziq-zaqvari hərəkətlər edərək və qəza şəraiti yaradaraq şöbədən uzaqlaşmışdır. Bundan sonra onlar RPŞ-nin rəhbərinə raportla müraciət edərək işin RPŞ-nin aidiyyəti əməkdaşlarına göstəriş verilməsini xahiş etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin PPXB-ın polis nəfəri X8 iş üzrə digər şahid X2 izahatına oxşar məzmunlu izahat verərək sonuncunun dediklərini təsdiq etdilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy RPŞ-nin PPXB-nün polis əməkdaşı X3 tərəfindən rəhbərliyə ünvanlanmış raportundan görünür ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 12:50 radələrində RPŞ-nin PPXB-nün polis əməkdaşları X3 və X1 rayonu, Səfikürd kəndində xidmətdə olan zaman yolun əsas hərəkət hissəsində dayanmış VAZ 2106 markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomaşını görmüşlər və yaxınlaşaraq özlərini təqdim etmişlər və adı nəməlum olan sürücüyə hər an qəza şərati yarana bilən yerdə avtomaşını saxladığını bildirmişlər və həmin yerdən avtomobili icazə olan yerdə saxlamasını xahiş etmişlər, lakin sürücü onların tələbinə məhəl qoymayaraq ünvanlı-ünvansız nəlayıq ifadələr işlədərək avtomaşını çıxartmayacağını bildirdi və “gedin işinizlə məşğul olun sözlərini işlətmişdir. Bu zaman avtomobildən bir kişi və qadın cinsli vətəndaşlar düşərək xəstə olduğlarını və “bizi evə düşürüb daha sonra şöbəyə gələr” sözlərini demişlər. Bundan sonra sürücü RPŞ-nə yaxınlaşan zaman sürücü avtomobili saxlamayaraq ziq-zaqvari hərəkətlər edərək və qəza şəraiti yaradaraq şöbədən uzaqlaşmışdır. Odur ki, raport üzrə şöbənin aidiyyəti əməkdaşlarına göstəriş verilməsini xahiş edilmişdir. Goranboy RPŞ-nin DYPB-nin YPX inispektoru Rəşad Cavadov tərəfindən rəhbərliyə ünvanlanmış raportundan görünür ki, o və Goranboy RPŞ-nin DYPB-nin YPX inispektoru X10 rayonu Goranboy-Ağcakənd yolunda xidmətdə olan zaman təxminən saat 12:50 radələrində RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı X3 əl efiri vasitəsi ilə məlumat verərək VAZ 2106 markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsünün Goranboy rayonu Səfikürd-Naftalan yolunda onlara tabe olmayaraq ziqzaqvari hərəkətlər edib digər sürücülərə və piyadalara təhlükə yaradıb yüksək sürətlə hərəkət edib getdiyini bildirdi. Həmin avtomaşın Goranboy-Ağcakənd yolunun Şəfəq kəndindən keçən hissəsində polis əməkdaşlarının qarşısına çıxmış və onlar həmin avtomaşını dərhal saxlamışlar, avtomaşının sürücünü və yanında əyləşən sərnişini ilə birlikdə RPŞ-yə gətirib təhvil vermişlər. “İnzibati qaydada tutma haqqında” 06 iyul 2023-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 23:51-də inzibati qaydada tutulmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, özünün etirafedici izahatından başqa, araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması şahid izahatları və məhkəmə iclasında araşdırılan digər sübutlarla öz təsdiqini tapmışdır. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırkı halda Şəxs hərəkətlərində həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, Şəxs əsassız olaraq onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Yəni, Şəxs nalayiq ifadələr işlədərək onu sakitləşdirməyə çalışan polis əməkdaşlarının vəzifələrini yerinə yetirmələrinə mane olmuşdur. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməsini və əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən, İXM-in 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 06 iyul 2023-cü il tarixdən, saat 23:51-dən hesablansın. Qərarın icrası Goranboy rayon Polis şöbəsinin MSY-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar