Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-418/2024 06.06.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında iş üzrə) Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 428.7.3-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsi Şəxs barəsində İXM-in 428.7.3-cü maddəsi ilə MN seriyalı ******* nömrəli, 20 may 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Goranboy rayonunun, Bakı-Qazax avtomobil yolunun 313 km-də, Goran qəsəbəsində xx.xx.2024-cü il tarixdə, saat 11:00-da açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişləri vaxtında və tam yerinə yetirməmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnternet Vergi İdarəsinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi haqqında çıxarışından görünür ki, Şəxs (VÖEN **********) vergi orqanında uçota alınmışdır; Fotoşəkillərdən görünür ki, Şəxs “GOLD MEBEL” mağazasında açıq məkanda reklam yerləşdirmişdir; 27 mart 2024-cü il tarixli 701 nömrəli “açıq məkanda qanunvericilik aktının tələbləri pozulmaqla yayımlanan reklamların təsvir olunması barədə” aktdan görünür ki, Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan (VÖEN **********) Şəxs məxsus Goranboy rayonunun, Bakı-Qazax avtomobil yolunun, Goran qəsəbəsində yerləşən obyektlərin fasadında 37m2 və 38m2 ölçüdə reklamlarının yayılması aşkar edilmişdir; 28 mart 2024-cü il tarixli “açıq məkanda reklam yayımının həyata keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldlrılması barədə” yazılı göstərişdən görünür ki, Goranboy rayonu, Bakı-Qazax avtomobil yolu üzərində yerləşən “GOLD MEBEL” adlı obyekdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icazə sənədlərinin alınması və icazə müqaviləsinin bağlanması üçün idarəyə müraciət etməsi tələb olunmuş, əks təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndəriləcəyi bildirilmişdir; “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, xx.xx.2024-cü il tarixli icrası məcburi olan yazılı göstəriş 05 aprel 2024-cü il tarixdə qonşusu “Tanırverdiyev” tərəfindən qəbul edilmişdir. İş materiallarından görünür ki, sahibkar Şəxs qanunla müəyyən olunmuş qaydada icazə almadan Goranboy rayonu, Bakı-Qazax avtomobil yolu üzərində yerləşən “GOLD MEBEL” adlı mağazada - açıq məkanda malların reklamını həyata keçirmiş, bu barədə ona aşkar edilmiş pozuntu hallarının 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan xx.xx.2024-cü il tarixli yazılı göstəriş göndərilsə də, həmin göstəriş Şəxs qonşusu tərəfindən götürülmüş və Şəxs bu göstərişdən xəbəri olmamışdır. Nəticədə sonuncu barəsində X3 İdarəsinin əməkdaşı tərəfindən 20 may 2024-cü il tarixdə İXM-in 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İXM-in 428.7.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Qanununun qeyd olunan normasına əsasən həmin maddədə nəzərdə tutulmuş inzibati xəta (hazırkı işə münasibətdə) yazılı göstərişin vaxtında və tam yerinə yetirilməməsi anından törədilmiş hesab olunur. "Reklam haqqında" Azərbaycan Respublikasinin Qanununun 2.0.1-ci maddəsində qeyd edilmişdir ki, reklam-reklam istehlakçısının (hamınızın bildiyi kimi, istehlakçı dedikdə, iqtisadi əmtəə və xidmətləri satın alaraq stifadə edən şəxs nəzərdə tutulur - konkret halda bu alıcıdır) diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışım stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumatdır. "Reklam haqqında" Azərbaycan Respublikasinin Qanununun 26.8-ci maddəsinə əsasən, birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), reklam hesab edilmir. “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi qaydası”nın 3.2-ci maddəsinə əsasən müvafiq qurum açıq məkanda icazə əsasında və bu Qaydanın 1.5-ci bəndinə uyğun olaraq yayımlanan reklamın bu Qaydanın 1.6-cı bəndinin tələblərinə uyğunluğunu yoxlayır. Müvafiq qurum yoxlama zamanı pozuntu halları aşkar etdikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla, müvafiq akt tərtib edir və onların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş təqdim edir. Həmin qanunun dispozisiyasından da görünür ki, yoxlama zamanı aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün müvafiq qurum reklam yayıcısına icrası məcburi olan göstərişi verdikdən 5 gün sonra qanunda nəzərdə tutulmuş digər tədbirləri görə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsinin nümayəndələri yoxlama zamanı aşkar edilmiş pozuntu halları 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstərişi göndərilməsi iş materiallarından görünsə də, lakin göstəriş Şəxs tərəfindən deyil, qonşusu tərəfindən götürülmüş və Şəxs bundan xəbəri olmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qanunla müəyyən edilmiş qaydada Şəxs xəbardar edilməmiş və onun barəsində Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib olunarkən qanunvericiliyin tələbləri pozulmuşdur. İXM-in: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda sadalanan hallara qiymət verərək məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-nin 428.7.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-418/2024
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-418/2024
06.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver