Məhkəmə qərarları › İş №3(045)-420/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-420/2024

27.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-420/2024 27.05.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy Rayon Məhkəməsinin hakimi X3 oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1974-cü il tarixdə Gədəbəy rayonunun Arıqıran kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, orta təhsilli, Gədəbəy rayonunun Arıqıran kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiallara inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə MN seriyalı, ******* №-li, 25 may 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli 25 may 2024-cü il tarixli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə Gəncə şəhərində qohumunun ad günündə olmuş və həmin ad günündə yarım litr həcmdə spirtli içki olan araq içmişlər. Daha sonra isə qohumları ilə birlikdə Goranboy rayonunun Tapqaraqoyunlu kəndinə getmək üçün yola düşmüşlər. Goranboy rayonunun Tapqaraqoyunlu kəndində buraxılış məntəqəsində polis əməkdaşları onların sənədlərini yoxlayan zaman, o tez-tez həm kəndə keçdiklərini bildirmişdir. Bundan sonra isə sənədlərin yoxlanmasında polis əməkdaşlarına maneəçilik törətmişdir. O, nə ünvanlı nə də ünvansız nalayiq ifadə işlətməmişdir. Etdiyi əməldən peşmandır. Odur ki, məhkəmədən ona yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X4 bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 16:30 radələrində Goranboy rayonunun Tapqaraqoyunlu kəndində uca səslə nalayiq ifadə işlədərək ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin PPXB-nın polis nəfəri, polis serjantı X2 bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 16:30 radələrində Goranboy rayonunun Tapqaraqoyunlu kəndində stasionar postda PPXB-nın polis nəfəri, polis serjantı Tunar Əliyev ilə birlikdə xidmətdə olan zaman **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobil postda yaxınlaşmışdır. Onlar həmin maşına yaxınlaşaraq özlərini təqdim etmişlər. Avtomobildə sərnişin qismində olan adı sonradan onlara məlum olan Gədəbəy rayonunun Anqıran kənd sakini Şəxs sərxoş vəziyyətdə digər sərnişinlərin qeydiyyatının yoxlanılmasına maneçilik törətmişdir. Onlar həmin şəxsi dəfələrlə nizam-intizama dəvət etsələr də Şəxs öz qərəzli hərəkətlərinə davam etmişdir. Daha sonra onlar vət.Şəxs barəsində tədbir görülməsi üçün Goranboy RPŞ-nin NH-nə gətirib təhvil vermişlər. Verilmiş suala cavab olaraq bildirdi ki, Şəxs avtomobilin içərisində olmuş və yalnız uca səslə danışmış, hər hansı nalayiq ifadə işlətməmişdir. İş materiallarında olan Goranboy RPŞ-nin PPXB-nın polis nəfəri, polis serjantı Tunar Əliyev tərəfindən rəhbərliyə ünvanlanmış 25 may 2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 16:30 radələrində Goranboy rayon, Tapqaraqoyunlu kəndində stasionar postda PPXB-nın polis nəfəri, polis serjantı Kamran Əsədov ilə birlikdə xidmətdə olan zaman **-NB-*** dövlət qeydiyyat nişanlı avtomaşın postda yaxınlaşmışdır. Onlar həmin maşına yaxınlaşıb özlərini təqdim etmişlər. Maşında sərnişin qismində olan adı sonradan məlum olan Gədəbəy rayoı Arıqıran kənd sakini Şəxs sərxoş vəziyyətdə digər sərnişinlərin qeydiyyatının yoxlanılmasına maneçilik törədərək, uca səsələ nalayiq ifadələr işlətmiş, özünü nizam intizamsız aparmış, onlar həmin şəxsi dəfələrlə nizam-intizama dəvət etsələr də Şəxs öz qərəzli hərəkətlərinə davam etdirmişdir. Daha sonra Şəxs barəsində tədbir görülməsi üçün Goranboy RPŞ-nin NH-yə gətirib təhvil vermişlər. İş materiallarında olan inzibati xəta haqqında MN seriyalı, ******* №-li, 25 may 2024cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 16:30 radələrində Goranboy rayonunun Tapqaraqoyunlu kəndində, ictimai yerdə uca səslə nalayiq ifadə işlədərək ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan inzibati xəta haqqında MN seriyalı ******* nömrəli 25 may 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 16:30 radələrində Goranboy rayonunun Tapqaraqoyunlu kəndində, ictimai yerdə uca səslə nalayiq ifadə işlədərək ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan 25 may 2024-cü il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs həmin tarixdə, saat 16:57-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 25 may 2024-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, həmin tarixdə, saat 20:24-də, Şəxs alkoqol qəbulu faktı müəyyən olunmuşdur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsi, şahidi dinləyib və inzibati xəta haqqında material üzrə toplanmış digər sübutları tədqiq edib, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında material olan Şəxs xx.xx.2024-cü il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması faktı öz təsdiqini tapsa da, xırda xuliqanlıq etməsi faktı öz təsdiqini kifayət qədər sübutlarla tapmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə olan şübhələr onun xeyrinə həll olunur. Belə olan halda, məhkəmə hesab edir ki, Şəxs göstərilən vaxtda polisin qanuni tələblərinə qəsdən tabe olmaması öz təsdiqini tapsa da, xırda xuliqanlıq etməsi şübhəsi hüquqpozanın xeyrinə həll olunmalıdır. Eyni zamanda Şəxs yalnız polisin qanuni tələblərinə qəsdən tabe olmamasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb oluna bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədənin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi əməli etiraf edib peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs inzibati xətanı törədən zaman sərxoş olmasını onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınır. Beləliklə, məhkəmə Şəxs məhz hansı tənbeh növünün tətbiq edilməsini müzakirə edərkən, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıb barəsində həbs növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109-115, 128-130-cu maddələrini rəhbər tutub, QƏRARA ALDİM: Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 25 may 2024-cü il tarixdən saat 16:57-dən hesablansın. Qərarın icrası Goranboy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar