Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-426/2024 29.05.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X1 Məhəmməd oğlunun sədrliyi Zeynalzadə Aysel İlham qızının katibliyi barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, İnzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Goranboy Rayon Polis Şöbəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3, 333-1.1 və 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs Şəxs xx.xx.2024-cü il tarixdə 20:06 radələrində idarə etdiyi X3 minik markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etdiyi zaman işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmuş, nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmiş, normativ tələblər pozulmaqla, avadanlıq quraşdırılmaqla idarə etmişdir. Məhkəmə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Goranboy Rayon Polis X2 Xidmətinin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmasına baxmayaraq məhkəməyə gəlməməsinə qiymət verərək Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs özünü Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3, 333-1.1 və 342.2.2-ci maddələri ilə təqsirli bilərək peşiman olduğunu, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarından göründüyü kimi inzibati xəta törətmiş şəxs Şəxs əməli tərtib olunmuş protokol, sərxoşluq vəziyyətininin tibbi müayinəsi haqqında protokolla və digər sənədlər ilə tam sübuta yetirilir. İş materiallarındakı xx.xx.2024-cü il tarixli 933 saylı sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, Şəxs sərxoşluq (marixuana) vəziyyəti müəyyən olunmuşdur. İş materiallarındakı avtonəqliyyat vasitəsinin saxlanca qəbul aktından görünür ki, X3 minik markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomaşın duracağa yerləşdirilmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3, 333-1.1 və 342.2.2-ci maddələrində nəzrədə tutulmuş inzibati xətanı törətməsi, Şəxs izahatı, inzibati xəta haqqında protokol və işdə olan digər materiallarla tam sübuta yetirilir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini,inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə- otuz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü madəsində göstərilir ki, bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin Məcəllənin 329.3, 333-1.1 və 342.2.2-ci maddələrindən görünür ki, bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulan xəta daha ciddidir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törədən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Bunlara əsasən məhkəmə hesab edir ki, Şəxs həmin inzibati xəta əməli Azərbaycan Respublikası İXM-nin 329.3, 333-1.1 və 342.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, 329.3, 333-1.1 və 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinin sanksiyası həddində, cərimə inzibati tənbeh tədbiri tətbiq edilməklə cəzalandırılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-131, 333.1-ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 333-1.1 və 342.2.2-ci maddələri ilə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1ci maddəsinə əsasən 600 (altı yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Saxlanca qəbul edilmiş X3 minik markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomaşın qanuni sahibinə qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Goranboy rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(045)-426/2024
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-426/2024
29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver