Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-427/2023 11.07.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Goranboy rayonunun Rəhimli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Goranboy rayonunun Rəhimli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 206-cı və 208-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi X5 tərəfindən Şəxs barəsində İXM-in 206-cı və 208-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 10 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli, 10 iyul 2023-cü il tarixli inzibati xəta haqqında həmin protokolda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Goranboy rayonu Rəhimli kəndində yerləşən həyətyanı torpaq sahəsində aqrotexniki qaydada 1 (bir) ədəd 120 qram çəkisi olan narkotik tərkibli çətənə (kanabis) bitkisi əkib becərmişdir. Nəticədə Şəxs İXM-in 206-cı və 208-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X5 inzibati xəta haqqında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirdi ki, Goranboy RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Elgün Teymurzadənin raportu əsasında toplanmış HK-1- 1195 nömrəli material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Lakin həmin material üzrə Goranboy rayon Rəhimli kəndində yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı və 208-ci maddələrinin tərkibi olduğu üçün barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə göndərilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXMin 206-cı və 208-ci maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Goranboy rayon Rəhimli kəndində yaşadığı evin həyətində olan zaman polis əməkdaşları gələrək özlərini təqdim etmişlər, yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə kolları əkib becərdiyini, bununla bağlı həyətyanı sahəyə və evinə baxış keçirəcəklərini bildirmişdir. O, həyətində 1 ədəd çətənə bitkisi olan marixuana kolu əkdiyini deyərək həyətinə və fərdi yaşayış evinə baxış keçirilməsinə heç bir etiraz etməmiş, onun iştirakı ilə polis əməkdaşları həyətyanı torpaq sahəsinə baxış keçirmişdirlər. Baxış zamanı həyətyanı torpaq sahəsindən əkib becərdiyi, qulluq göstərdiyi, suvardığı 1 (bir) ədəd çətənə kolu onun iştirakı ilə torpaqdan çıxarılmış, tərəzidə çəkilmiş və ekspertiza tədqiqatına göndərilməsi üçün götürülmüşdür. Sonra həyətyanı torpaq sahəsinin digər yerlərinə və fərdi yaşayış evinə onun iştirakı ilə baxış keçirilmiş, baxış zamanı əlavə hər hansı çətənə kolu, narkotik vasitə, dövriyyəsi qadağan olunmuş əşya aşkar olunmamışdır. Hazırda etdiyi əməldən çox peşmandır, odur ki, məhkəmədən barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 24 iyun 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-in 206-cı və 208-ci maddələrinin tərkibi olduğu üçün onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti RPŞ-nin İTB-nə verilmiş və Şəxs Goranboy rayon Rəhimli kəndində yaşadığı fərdi yaşayış evinin həyətindən aşkar edlərək götürülmüş sintütik kisədəki, 1(bir) ədəd təmiz çəkisi 120 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə )kannabis) birkisi saxlanılması məqsədi ilə məsul saxlanca təhvil verilməsi üçün RPŞ-nin İTB-nə təhvil verilmişdir; 1453/2023 nömrəli xx.xx.2023-cü il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs marixuanadan istifadə etmə faktı aşkar edilmişdir; Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 17 iyun 2023-cü il tarixli, 16/632 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şəxs Goranboy rayonu Rəhimli kəndində yaşadığı fərdi yaşayış evinin həyətindən aşkar edilərək götürülmüş 1 ədəd çətənə kolu” yazılar və imzalar olan sintetik kisədəki, 1 (bir) ədəd təmiz çəkisi 120 qram bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Aqronom (mütəxəsis) X2 rəyinə əsasən təqdim edilmiş bitkiyə aqrotexniki qaydada qulluq edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhəri X1 məcburi-narkoloji tibbi yoxlama haqqında 10 iyul 2023-cü il tarixli, 1151 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olmuşdur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 206-ci və 208-ci maddələrində nəzərdə tutulan əmələri törətməsi özünün etirafı ilə yanaşı işdə olan ekspert rəyləri və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddələrdə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, İXM-in 206-cı maddəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. İXM-in 208-ci maddəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyasına (əkilməsinə, yetişdirilməsinə və ya onların (onların hissələrinin) toplanılmasına) görə məsuliyyət nəzərdə tutulmuşdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməsini və əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən etmədi. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 206-cı və 208-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 34.3-cü maddəsinin tələbini nəzərə alaraq daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhəri X1 məcburinarkoloji tibbi yoxlama haqqında 10 iyul 2023-cü il tarixli, 1151 nömrəli rəyini nəzərə alaraq Şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsasən, İXM-nin 206, 208,109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı və 208-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və barəsində 400 (dörd yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsininin İTB-də saxlanılan, 1 (bir) ədəd təmiz çəkisi 120 qram bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) narkotik vasitə məhv edilsin. Şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-427/2023
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-427/2023
11.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver