Məhkəmə qərarları › İş №3(045)-428/2023

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-428/2023

11.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-428/2023 11.07.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X5 Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin DYPB-nin yolpatrul xidməti baş inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Goranboy rayonu, İrəvanlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 333.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy RPŞ-nin DYPB-nin yol-patrul xidməti baş inspektoru X3 tərəfindən Şəxs barəsində İXM-in 333.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 06 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. Goranboy RPŞ-nin DYPB-nin yol-patrul xidməti baş inspektoru X3 tərəfindən tərtib olunmuş İXP seriyalı ******* nömrəli, 06 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokold göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 09:17 radələrində Şəxs Goranboy rayonu, Balakürd kəndi ərazisində idarə etdiyi VAZ 21061 markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobili alkoqoldan istifadə olunması aşkar edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin DYPB-nin yol-patrul xidməti baş inspektoru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 08:00 radələrində Goranboy RPŞ-nin DYPB-nın YPX-nın inspektoru X4 ilə dislokasiya üzrə Goranboy rayonu, Balakürd kəndi ərazisində xidmətdə olan zaman VAZ 2121 minik markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə hallarına yol vermiş, nəticədə əks istiqamətdə hərəkətdə olan VAZ 21061 markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə yerinə baxış keçirilərkən məlum olmuşdur ki, adını sonradan bildiyi Şəxs alkoqoldan istifadə olunması aşkar edilmişdir. Bundan sonra Şəxs İXM-nın 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə sonuncunun barəsində onun tərəfindən İXM-nın 333.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 333.2-cü maddəsi ilə özünü təqsirli bilərək izahatında göstərdi ki, o, 06 iyul 2023-cü il tarixdə saat 8 radələrində VAZ 21061 markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Goranboy rayonu Balakürd kəndi ərazisində hərəkətdə olan zaman əks istiqamətdə hərəkətdə olan VAZ 2121 minik markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil manevr etmə qaydalarını pozmuş və onun idarə etdiyi avtomobillə toqquşmuşdur. Həmin vaxt Goranboy RPŞ-nin YPX-nın polis əməkdaşları hadisə yerinə gələrək baxış keçirmişlər, nəticədə onun alkoqoldan istifadə edilməsi aşkar edilmişdir. Əlavə olaraq qeyd edir ki, o, 2-ci Qarabağ müharibəsinin iştirakçısıdır. Əməlindən peşmandır. Yekunda məhkəmədən onun barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin DYPB-nın YPX-nın inspektoru X4 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 08:00 radələrində Goranboy RPŞ-nin DYPB-nın YPX-nın baş inspektoru X3 ilə dislokasiya üzrə Goranboy rayonu, Balakürd kəndi ərazisində xidmətdə olan zaman VAZ 2121 minik markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə hallarına yol vermiş, nəticədə əks istiqamətdə hərəkətdə olan VAZ 21061 markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə yerinə baxış keçirilərkən məlum olmuşdur ki, adını sonradan bildiyi Şəxs alkoqoldan istifadə olunması aşkar edilmişdir. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 333.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: "İnzibati tənbeh vermə haqqında” xx.xx.2022-ci il tarixli TP seriyalı ******* nömrəli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələrinin tələblərini pozmuş və nəticədə barəsində inzibati tənbeh tədbiri olaraq 400 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir; Azərbaycan Respublikası DİN BDYPİ Gəncə RQİTBŞ tərəfindən verilmiş AE 130550 nömrəli, xx.xx.2019-cu il tarixli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs oğlu BC kateqoriyalı sürücüdür; Alkotesterin xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Şəxs qəbul etdiyi alkoqolun miqdarı 0,650 promil müəyyən edilmişdir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.ü 333.2-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə - nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, dörd yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək inzibati həbs tətbiq olunur; 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən Şəxs törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 332.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, özünün etirafedici izahatından başqa, inzibati xəta haqqında protokol, şahid izahatı, digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 332-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini (İXM 32.1.1) və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən İXM-in 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 02 (iki) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar