Məhkəmə qərarları › İş №3(045)-431/2023

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-431/2023

12.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-431/2023 12.07.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 12 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Goranboy rayonu, Kəpənəkçi kənd sakini Şəxs 12 iyul 2023-cü il tarixdə saat 00:30 radələrində Goranboy şəhəri, H. Əliyev prospektində polisin əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTQ-nin polis sahə rəisi X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən gecə 00:30 radələrində Goranboy rayon, H.Əliyev prospektində DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı Ülvi Əlizadə və Rəşad Cavadov xidmətdə olarkən **-LF-*** dövlət qeydiyyat nişanlı BMW markalı avtomaşının avtoxuliqanlıq etməsi aşkar olunmuşdur. Onlar, həmin maşına saxla işarəsi vermişlər, lakin sürücü onların saxla işarəsinə tabe olmayaraq hərəkətinə davam etmişdir. Həmin avtomaşını onlar Goranboy rayon, Kəpənəkçi kəndində saxlamişlar və yaxınlaşıb özlərini sürücüyə təqdim etmişlər. Daha sonra məlum oldu ki, həmin şəxs Goranboy rayon, Kəpənəkçi kənd sakini Şəxsdur və sonuncudan kəskin spirt qoxusu gəlir. Həmin şəxsi alkotester müayinəsindən keçməyə dəvət etmişlər, lakin həmin şəxs polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış və nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Onlar həmin şəxsi dəfələrlə nizam-intimzama dəvət etsələr də Şəxs öz hərəkətlərinə davam etmişdir. Bundan sonra hadisə yerinə Goranboy RPŞ-nin PPX-nin əməkdaşlarını dəvət etdikdən sonra həmin avtomaşını Goranboy RPŞ-nin duracağına və Şəxs NH-yə təhvil vermişlər. Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2023cü il tarixdə saat 11:30 radələrində özünə məxsus BMW minik markalı **-LF-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Goranboy şəhərində yerləşən mağazaya ərzaq almaq üçün getmişdir. Bundan sonra o, evə gedərkən Goranboy RPŞ-nin YPX-nın əməkdaşları tərəfindən ona saxla işarəsi verilmiş, lakin o, avtomobili saxlamayaraq evinə getmişdir. Təxminən 5-10 dəqiqə sonra YPX-nın inspektorları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və şəhər ərazisində avtoxuliqanlıq hərəkətləri etdiyi üçün ona saxla işarəsinin verilməsini bildirmişlər. O, polis əməkdaşlarına toy məclisindən çıxdığını və spirtli içki qəbul etdiyini bildirdi, lakin polis əməkdaşları alkoqolun miqdarını yoxlamaq məqsədi ilə onu alkotesterdən keçməsini tələb etmişlər və o, alkotesterdən keçməkdən imtina etmişdir. Bundan sonra polis əməkdaşları ilə mübahisə etməyə başlamışdır. Polis əməkdaşları onu dəfələrlə nizam-intizama dəvət etsələr də o, alkoqolun təsiri altında olduğu üçün öz hərəkətlərini dərk etməmiş və öz hərəkətlərinə davam etmişdir. Etdiyi əməldən peşmandır. Odur ki, məhkəmədən ona yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin DYPB-nın YPX-nın inspektoru X5 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən gecə 00:30 radələrində Goranboy rayon, H.Əliyev prospektində DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı Rəşad Cavadov ilə xidmətdə olarkən **-LF-*** dövlət qeydiyyat nişanlı BMW minik markalı avtomaşının avtoxuliqanlıq etməsi aşkar olunmuşdur. Onlar, həmin maşına saxla işarəsi vermişlər, lakin sürücü onların saxla işarəsinə tabe olmayaraq hərəkətinə davam etmişdir. Həmin avtomaşını onlar Goranboy rayon, Kəpənəkçi kəndində saxlamişlar və yaxınlaşıb özlərini sürücüyə təqdim etmişlər. Daha sonra məlum oldu ki, həmin şəxs Goranboy rayon, Kəpənəkçi kənd sakini Şəxsdur və sonuncudan kəskin spirt qoxusu gəlir. Həmin şəxsi alkotester müayinəsindən keçməyə dəvət etmişlər, lakin həmin şəxs polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış və nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Onlar həmin şəxsi dəfələrlə nizam-intimzama dəvət etsələr də Şəxs öz hərəkətlərinə davam etmişdir. Bundan sonra hadisə yerinə Goranboy RPŞ-nin PPX-nin əməkdaşlarını dəvət etdikdən sonra həmin avtomaşını Goranboy RPŞ-nin duracağına və Şəxs NH-yə təhvil vermişlər. Bundan sonra onlar RPŞ-nin rəhbərinə raportla müraciət edərək işin RPŞ-nin aidiyyəti əməkdaşlarına göstəriş verilməsini xahiş etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin DYPB-nın YPX-nın inspektoru X6 iş üzrə digər şahid X3 izahatına oxşar məzmunlu izahat verərək sonuncunun dediklərini təsdiq etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy RPŞ-nin DYPB-nın YPX-nın inspektoru X6 tərəfindən rəhbərliyə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportundan görünür ki, xx.xx.2023-cü il tarixdə saat təxminən gecə 00:30 radələrində Goranboy rayon, H.Əliyev prospektində DYPB-nin YPXnin inspektoru, polis baş serjantı Rəşad Cavadov ilə xidmətdə olarkən **-LF-*** dövlət qeydiyyat nişanlı BMW minik markalı avtomaşının avtoxuliqanlıq etməsi aşkar olunmuşdur. Onlar, həmin maşına saxla işarəsi vermişlər, lakin sürücü onların saxla işarəsinə tabe olmayaraq hərəkətinə davam etmişdir. Həmin avtomaşını onlar Goranboy rayon, Kəpənəkçi kəndində saxlamişlar və yaxınlaşıb özlərini sürücüyə təqdim etmişlər. Daha sonra məlum oldu ki, həmin şəxs Goranboy rayon, Kəpənəkçi kənd sakini Şəxsdur və sonuncudan kəskin spirt qoxusu gəlir. Həmin şəxsi alkotester müayinəsindən keçməyə dəvət etmişlər, lakin həmin şəxs polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış və nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Onlar həmin şəxsi dəfələrlə nizam-intimzama dəvət etsələr də Şəxs öz hərəkətlərinə davam etmişdir. Bundan sonra hadisə yerinə Goranboy RPŞ-nin PPX-nin əməkdaşlarını dəvət etdikdən sonra həmin avtomaşını Goranboy RPŞ-nin duracağına və Şəxs NH-yə təhvil vermişlər. Odur ki, raport üzrə şöbənin aidiyyəti əməkdaşlarına göstəriş verilməsini xahiş edilmişdir. “İnzibati qaydada tutma haqqında” 12 iyul 2023-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 06:45-də inzibati qaydada tutulmuşdur. xx.xx.2023-cü il tarixli, 217 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs orta dərəcəli sərxoş olduğu aşkar edilmişdir. (1,975%) Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi Rəhman Həsənov və NH-nin məsul növbətçisi Elşad İsmayılov tərəfindən tərtib edilmiş xx.xx.2023-ci il tarixli aktdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 06:45 radələrində Goranboy RPŞ-də olarkən orta dərəcəli sərxoş olduğu üçün onunla izahat işləri aparmaq mümkün olmamışdır. Şəxs saat 06:45-də ayıldıqdan sonra izahat işləri aparılmışdır; İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, özünün etirafedici izahatından başqa, araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması şahid izahatları və məhkəmə iclasında araşdırılan digər sübutlarla öz təsdiqini tapmışdır. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırkı halda Şəxs hərəkətlərində həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, Şəxs əsassız olaraq onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Yəni, Şəxs nalayiq ifadələr işlədərək onu sakitləşdirməyə çalışan polis əməkdaşlarının vəzifələrini yerinə yetirmələrinə mane olmuşdur. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməsini və əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 inzibati xətaları sərxoş halda törətməsini əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halların və ağırlaşdıran halların olmaını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən, İXM-in 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 12 iyul 2023-cü il tarixdən, saat 06:45-dən hesablansın. Qərarın icrası Goranboy Rayon Polis şöbəsinin MSY-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar