Məhkəmə qərarları › İş №3(045)-435/2023

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-435/2023

13.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-435/2023 13.07.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Goranboy rayonunun Xanqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, kənd uşaq bağçasında müəllimə işləyən, Goranboy rayonunun Xanqərvənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X7 tərəfindən Şəxs barəsində İXM-in 510cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 13 iyul 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. 13 iyul 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Goranboy Rayon Məhkəməsinin həyətində ictimai yerdə uca səslə səs-küy salaraq ictimai qaydanı pozmuşdur. Nəticədə Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTQ-nin polis sahə rəisi X7 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, Goranboy rayon mühafizə şöbəsinin mühafizəçisi Ruslan Quliyev müvafiq raportla Goranboy RPŞ-yə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə səhər saatlarında Goranboy Rayon Məhkəməsinin inzibati binasının stasionar postunda xidmətdə olduğu zaman Goranboy Rayon Məhkəməsinin həyətində və inzibati binasında Şəxs uca səslə səs küy salaraq nalayiq ifadələr işlətmişdir. İş vaxtı olduğundan ətrafda bir çox vətəndaş olmuşdur. Şəxs hərəkətləri nəticəsində məhkəmənin normal iş fəaliyyəti pozulmuşdur. Şəxs nizam-intizama dəvət edilsə də, o, buna məhəl qoymamış və öz hərəkətlərini davam etdirmişdir. Bundan başqa Goranboy rayon İcra və Probasiya şöbəsindən də həmin məzmunlu akt xx.xx.2023-cü il tarixdə Goranboy RPŞ-yə daxil olmuşdur. Məsələ ilə bağlı Goranboy RPŞ-də araşdırma aparılmış və məlum olmuşdur ki, Şəxs xx.xx.2023-cü il tarixdə ictimai yerdə, yəni Goranboy Rayon Məhkəməsinin inzibati binasında və həyətində uca səslə nalayiq ifadələr işlətmiş və məhkəmənin normal iş ahəngini pozmuşdur. Yekunda Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 510-cu maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, Goranboy Rayon Məhkəməsinin icraatında onun X9 və X14 qarşı “şərəf və ləyaqət” tələbinə dair mülki iş vardır. Həmçinin, həmin məhkəmənin icraatında X8 da ona qarşı “şərəf və ləyaqət” tələbinə dair mülki iş vardır. O, həmin işlərə baxan məhkəmə hakiminə etiraz etmişdir. Lakin, onun etirazı təmin edilməmişdir. xx.xx.2023-cü il tarixdə həmin işlər üzrə növbəti məhkəmə iclası ilə bağlı Goranboy Rayon Məhkəməsinə gəlmişdir. Goranboy Rayon Məhkəməsində olan zaman X15 onu təhqir etmiş və o, Şəhlanın hərəkətlərindən əsəbiləşmişdir. O, səs tonunu qaldırmışdır. Daha sonra o, məhkəmənin inzibati binasından çölə çıxmış və X15 yenidən onu təhqir etmişdir. Lakin, o, xırda xuliqanlıq törətməmişdir. Lakin, o, X9 qarşılıq vermişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin MMX üzrə mühafizəçisi X11 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə səhər saatlarında Goranboy Rayon Məhkəməsinin inzibati binasının stasionar postunda xidmətdə olduğu zaman Goranboy Rayon Məhkəməsinin həyətində və inzibati binasında Şəxs uca səslə səs küy salaraq nalayiq ifadələr işlətmişdir. İş vaxtı olduğundan ətrafda bir çox vətəndaş olmuşdur. Şəxs hərəkətləri nəticəsində məhkəmənin normal iş fəaliyyəti pozulmuşdur. Tərəfindən Şəxs nizam-intizama dəvət edilsə də, o, buna məhəl qoymamış və öz hərəkətlərini davam etdirmişlər. Bu barədə Goranboy rayon Polis Şöbəsinin növbətçi hissəsinə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Goranboy rayonlararası mühafizə bölməsinin polis nəfəri X12 iş üzrə digər şahid X5 izahatına oxşar məzmunlu izahat verərək sonuncunun dediklərini təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin post-patrul xidməti bölüyünün polis nəfəri X4 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində Goranboy RPŞ-nin NH-dən daxil olmuş məlumat əsasında Goranboy Rayon Məhkəməsinin inzibati binasına yaxınlaşmışlar. Onlar orada adları sonradan məlum olan Goranboy rayonu Xanqərvənd kənd sakinləri X18, Şəxs və X6 məhkəmənin həyətində ictimai yerdə uca səslə bir-birilərinə ünvanlı və ünvansız nalayiq küçə söyüşləri söydüklərinin şahidi olmuşlar. Onlar həmin şəxsləri nizam intizama dəvət etmiş və RPŞ-yə gətirib NH-yə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin post-patrul xidməti bölüyünün polis nəfəri X16 iş üzrə digər şahid X1 izahatına oxşar məzmunlu izahat verərək sonuncunun dediklərini təsdiq etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin MMX üzrə mühafizəçisi X11 tərəfindən Goranboy RPŞ-nin rəhbərliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə səhər saatlarında Goranboy Rayon Məhkəməsinin inzibati binasının stasionar postunda xidmətdə olduğu zaman Goranboy Rayon Məhkəməsinin həyətində və inzibati binasında X18, Şəxs və X15 uca səslə səs küy salaraq nalayiq ifadələr işlətmişdir. İş vaxtı olduğundan ətrafda bir çox vətəndaş olmuşdur. X18, Şəxs və X8 hərəkətləri nəticəsində məhkəmənin normal iş fəaliyyəti pozulmuşdur. X2, Şəxs və X15 nizam-intizama dəvət edilsə də, onlar buna məhəl qoymamış və öz hərəkətlərini davam etdirmişlər. Bu barədə Goranboy rayon Polis Şöbəsinin növbətçi hissəsinə məlumat vermişdir. Odur ki, həmin şəxslər barəsində tədbir görülməsi xahiş olunmuşdur; Goranboy rayon İcra və Probasiya Şöbəsinin və Goranboy Rayon Məhkəməsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Goranboy Rayon Məhkəməsinin inzibati binasında X18, Şəxs və X15 bir-birilərinə nalayiq ifadələr işlədərək, bərkdən qışqıraraq səs-küy salaraq məhkəmənin iş rejimini pozmuşdur. Onları nizam-intizama dəvət etsələr də həmin şəxslər hərəkətlərini davam etdirmişlər; Goranboy RPŞ-nin PPXB-nin polis sahə nəfərləri Nicat Nəbiyev və Elmin Allahverdiyev tərəfindən Goranboy RPŞ-nin rəhbərliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində Goranboy RPŞnin NH-dən daxil olmuş məlumat əsasında Goranboy Rayon Məhkəməsinin inzibati binasına yaxınlaşmışlar. Onlar orada adları sonradan məlum olan Goranboy rayonu Xanqərvənd kənd sakinləri X18, Şəxs və X6 məhkəmənin həyətində ictimai yerdə uca səslə bir-birilərinə ünvanlı və ünvansız nalayiq küçə söyüşləri söydüklərinin şahidi olmuşlar. Onlar həmin şəxsləri nizam intizama dəvət etmiş və RPŞ-yə gətirib NH-yə təhvil vermişlər. X18, Şəxs və X15 barəsində aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuşdur. Məhkəmə, proses iştirakçılarının və şahidlərin izahatlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsini özü etiraf etməsə də, araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs 13 iyul 2023-cü tarixdə ictimai yerdə, yəni Goranboy Rayon Məhkəməsinin inzibati binasında və həyətində uca səslə nalayiq ifadələr işlətməsi, bununla da müəssisənin normal iş ahəngini pozması xırda xuliqanlıq etməsi məhkəmə iclasında araşdırılan sübutlarla təsdiqini tapmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 13 iyul 2023-cü tarixdə ictimai yerdə, yəni Goranboy Rayon Məhkəməsinin inzibati binasında və həyətində uca səslə nalayiq ifadələr işlətmiş, bununla da müəssisənin normal iş ahəngini pozmuş cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməməsi barədə izahatına tənqidi yanaşır və həmin izahatın inzibati məsuliyyətdən yaxa qurtarmaq məqsədilə verilməsi qənaətinə gəlir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri və işdə olan digər sübutlarla tam təkzib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdiyi xüsusatlar məhkəmədə araşdırılan sübutlarla tam təkzib olunur. Belə ki: - İXM-in 76.1-ci maddəsinin tələblərinə əsasən sübut hesab olunan inzibati xəta haqqında protokolda Şəxs xx.xx.2023-cü il tarixdə Goranboy Rayon Məhkəməsinin həyətində ictimai yerdə uca səslə səs-küy salaraq ictimai qaydanı pozması göstərilmişdir; - Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Goranboy rayonlararası mühafizə bölməsinin polis nəfəri X12 izahatında Şəxs xx.xx.2023-cü il tarixdə Goranboy Rayon Məhkəməsinin həyətində və inzibati binasında uca səslə səs küy salaraq nalayiq ifadələr işlətməsini göstərmişdir; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin MMX üzrə mühafizəçisi X11 tərəfindən Goranboy RPŞ-nin rəhbərliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli Şəxs xx.xx.2023-cü il tarixdə Goranboy Rayon Məhkəməsinin həyətində və inzibati binasında uca səslə səs küy salaraq nalayiq ifadələr işlətməsi bildirilmişdir; Goranboy rayon İcra və Probasiya Şöbəsinin və Goranboy Rayon Məhkəməsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktda Goranboy Rayon Məhkəməsinin inzibati binasında Şəxs nalayiq ifadələr işlətməsi, bərkdən qışqıraraq, səsküy salaraq məhkəmənin iş rejimini pozması göstərilmişdir; Goranboy RPŞ-nin PPXB-nin polis sahə nəfərləri Nicat Nəbiyev və Elmin Allahverdiyev tərəfindən Goranboy RPŞ-nin rəhbərliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportda Şəxs xx.xx.2023-cü il tarixdə Goranboy Rayon Məhkəməsinin həyətində və inzibati binasında uca səslə səs küy salaraq nalayiq ifadələr işlətməsi göstərilmişdir; Nəzərə alınmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi xuliqanlığın sosial mahiyyətini əks etdirir. “Açıqca hörmətsizlik ifadə etmə” anlayışı xuliqanlığın ictimai yerlərdə, yəni küçədə, ictimai müəssisə və idarələrdə, kafedə, restoranda, ictimai nəqliyyatda və s. törədilməsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətləri ictimai qaydanı pozmuş, cəmiyyətə qarşı açıq hörmətsizlik olunmuş, məhkəmənin iş fəaliyyəti pozulmuşdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qadın və himayəsində azyaşlı uşağının olmasını (əsas: elektron məhkəmə informasiya sistemindən çıxarış) onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 30.2-ci maddəsinə əsasən himayəsində on dörd yaşınadək uşağı olan qadınlar barəsində inzibati həbs tətbiq edilə bilməz; Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, həmçinin işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-8651-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 100 (yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar