Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-438/2024 05.06.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy Rayon Məhkəməsinin hakimi X5 oğlunun sədrliyi, İbrahimov Anar Azər oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiallara Goranboy rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə MN seriyalı, ******* nömrəli, 04 iyun 2024-cü il tarixli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə isə MN seriyalı, ******* nömrəli 04 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında MN № ******* saylı, xx.xx.2024-cü il tarixli və MN № ******* saylı, xx.xx.2024-ci il tarixli protokollardan və onlara əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Goranboy rayonu Dəliməmmədli şəhərində mərkəzi küçədə uca səslə ünvanlı və ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən ona yaxınlaşıb onu nizam-intizama dəvət edən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, o, anası ilə birlikdə Goranboy rayonu, Dəliməmmədli şəhəri, T.Əkbəri küçəsi, ev 08-də yaşayır. xx.xx.2024-cü il tarixdə axşam saatlarında Goranboy rayonu Dəliməmmədli şəhərində mərkəzi küçədə olarkən bərk əsəbiləşdiyi üçün uca səslə ünvanlı və ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bu zaman ərazidə xidmət aparan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu nizam-intizama dəvət etmişlər. O, bərk əsbiləşdiyi üçün polis əməkdaşlarına əhəmiyyət verməmiş, nalayiq ifadələr işlətməyə davam etmişdir. Bundan sonra polis əməkdaşları onu Goranboy RPŞ-yə dəvət etmişlər. Hazırda etdiyi əməldən çox peşmandır. Odur ki, barəsində olan inzibati material üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞnin İTB-nin polis sahə rəisi, polis kapitanı X4 bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Goranboy rayonunun Dəliməmmədli şəhərində mərkəzi küçədə uca səslə nalayiq ifadə işlədərək ictimai qaydanı pozmuş və ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən ona yaxınlaşıb onu nizam-intizama dəvət edən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati qaydada tənbeh tədbirinin görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X2 bildirdi ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında Goranboy rayonunun Dəliməmmədli şəhərində xidmətdə olarkən adı sonradan onlara məlum olan Goranboy rayonu Dəliməmmədli şəhər sakini Şəxs ünvanlı və ünvansız nalayiq ifadələr işlətdiyini görmüşlər. Onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra həmin şəxsi dəfələrlə nizam-intizama dəvət etsələr də, Şəxs öz qərəzli hərəkətlərinə davam etmişdir. Daha sonra onlar Şəxs barəsində qanunla nəzərdə tutulan qaydada tədbir görülməsi üçün onu Goranboy RPŞ-nin NH-nə gətirib təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı X3 bildirdi ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında Goranboy rayonunun Dəliməmmədli şəhərində xidmətdə olarkən adı sonradan onlara məlum olan Goranboy rayonu Dəliməmmədli şəhər sakini Şəxs əsəbi şəkildə ünvanlı və ünvansız nalayiq ifadələr işlətdiyini görmüşlər. Onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra həmin şəxsi dəfələrlə nizam-intizama dəvət etsələr də, Şəxs öz qərəzli hərəkətlərinə davam etmişdir. Daha sonra onlar Şəxs barəsində qanunla nəzərdə tutulan qaydada tədbir görülməsi üçün onu Goranboy RPŞ-nin NH-nə gətirib təhvil vermişlər. İş materiallarında olan Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis leytenantı X3 tərəfindən Goranboy RPŞ-nin rəisinə ünvanlanmış 04 iyun 2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə Goranboy rayonu Dəliməmmədli şəhərində xidmətdə olan zaman mərkəzi küçədə uca səslə səs-küy salıb, ünvanlı və ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozan adının sonradan Şəxs olduğunu bildiyi şəxsə yaxınlaşıb özünü təqdim etdikdən sonra həmin şəxsi dəfələrlə nizam-intizama dəvət etsə də Şəxs öz qanunsuz hərəkətlərini davam etdirərək ictimai qaydanın mühafizə vəzifələrini icra edən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Daha sonra Şəxs barəsində qanuna uyğun qaydada tədbir görülməsi üçün onu gətirib Goranboy RPŞ-nin NH-yə təhvil vermişdir. İş materiallarında olan inzibati xəta haqqında MN seriyalı, ******* nömrəli, 04 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Goranboy rayonunun Dəliməmmədli şəhərində, mərkəzi küçədə ictimai yerdə uca səslə ünvanlı və ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. İş materiallarında olan inzibati xəta haqqında MN seriyalı ******* nömrəli 04 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Goranboy rayonunun Dəliməmmədli şəhərində, mərkəzi küçədə ictimai yerdə uca səslə nalayiq ifadə işlədərək ictimai qaydanı pozmuş və ona yaxınlaşaraq onu nizamintizama dəvət edən ictimai qaydanın mühafizə vəzifələrini icra edən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan 04 iyun 2024-cü il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs həmin tarixdə, saat 22:40-da inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, şahidləri dinləyib, inzibati xəta haqqında material üzrə toplanmış digər sübutları tədqiq edib, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozması və ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması faktı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibatı xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və ya bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin i qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında olan inzibati xətaya dair material onun qəsdən inzibati xətaları törətməsi, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - 50 (əlli) manatdan 100 (bir yüz) manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, 15 (on beş) günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər 200 (iki yüz) manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, şahidlərin ifadələrini dinləyib, inzibati xəta haqqında protokollara əlavə edilmiş sənədlərlə birlikdə araşdıraraq hesab edir ki, Şəxs xx.xx.2024cü il tarixdə Goranboy rayonu Dəliməmmədli şəhərində mərkəzi küçədə uca səslə ünvanlı və ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozması, ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən ona yaxınlaşıb onu nizam-intizama dəvət edən polisin qanuni tələblərinə qəsdən tabe olmaması, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə hüquqa zidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməlləri qəsdən törətməsi öz təsdiqini tapmışdır, buna görə də, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həmin maddələri ilə inzibati qaydada tənbeh olunmalıdır. Məhkəmə, inzibati xəta törədən şəxsə tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsi). Məhkəmə, Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən halların olmamasını nəzərə alır. Məhkəmə, Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsi) halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, belə hesab edir ki, törədilmiş inzibati xətalardan daha ciddi xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi olduğundan, Şəxs həmin maddə ilə tənbeh olunmalıdır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, şəxsiyyətini, törətmiş olduğu əməlin mahiyyətini, məhkəmə araşdırması zamanı davranışını nəzərə alaraq hesab edir ki, ona, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə aşağı həddə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40 ,43, 48-51, 55, 106-115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 04 iyun 2024-cü il tarixdən saat 22:40-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Goranboy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(045)-438/2024
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-438/2024
05.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver