Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-444/2024 10.06.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy Rayon Məhkəməsinin hakimi X5 oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Rusiya Federasiyasının Kislovodski şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və Goranboy rayonunun Sarov kəndində yaşayan Şəxs barəsində Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiallara inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə MN seriyalı, ******* №-li, 08 iyun 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli 08 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə, axşam radələrində tanımadığı kafedə spirtli içki qəbul etmiş və sərxoş olmuşdur. Bundan sonra kafeni tərk etmiş və Goranboy şəhərinin küçələrindən birində hərəkətə olarkən telefonla danışmış və əsəbləşdiyi üçün nalayiq ifadələr işlətmişdir. O, nalayiq ifadələr işlətdiyi üçün ona polis əməkdaşları yaxınlaşmış və ictimai yer olduğunu nalayiq ifadələr işlətməməsini tələb etmişlər. Lakin o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Etdiyi əməldən peşmandır. O, polis əməkdaşlarından üzr istəmiş və hazırda da üzr istəyir. Odur ki, məhkəmədən ona yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X3 bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 21:32 radələrində Goranboy RPŞ-nin qarşısında uca səslə ünvanlı ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin PPXB-nın polis nəfəri, polis baş serjantı X4 bildirdi ki, o 2016-cı il tarixdən DİO-da, 2022-ci ildən isə Goranboy RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində xidmət edir. O, xx.xx.2024-cü il tarixdə post yoldaşı RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Nəsimi Namazovla birlikdə Goranboy rayon polis şöbəsinin nəzarət buraxılış məntəqəsində xidmətdə olan zaman, saat təxminən 21:32 radələrində adı onlara sonradan məlum olan bir nəfər şəxsin yüksək səslə ünvanlı və ünvansız nəlayiq ifadələr işlədərək rayon polis şöbəsinin qarşısında hərəkət etməsini görmüşlər. Bu zaman rayon polis şöbəsinin qarşısında xeyli sayda vətəndaş olmuşdur. Buna görə də rayon polis şöbəsinin inzibati binasının qarşısında yüksək səslə ünvanlı və ünvansız nəlayiq ifadələr işlədərək hərəkət edən şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Bundan sonra özlərini həmin şəxsə təqdim etdikdən sonra həmin şəxsin Gəncə şəhər sakini xx.xx.1987-ci il təvəllüdlü Şəxs olmasını müəyyən etmişlər. Onlar həmin şəxsə xəbərdarlıq edərək sakitləşməsini, ictimai qaydanı pozmamasını və şöbənin inzibati binasının qarşısından uzaqlaşmasını bildirmişlər. Lakin həmin şəxs onların qanuni tələblərinə məhəl qoymayaraq ünvanlı və ünvansız nəlayiq ifadələr işlətməyə davam etmişdir. Dəfələrlə xəbərdarlıq etmələrinə baxmayaraq həmin şəxs sakitləşməmiş və onların qanuni göstərişlərinə tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin PPXB-nın polis nəfəri, polis serjantı X4 bildirdi ki, o, 2017-ci il tarixdən DİO-da, 2019-cu ildən isə Goranboy RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində xidmət edir. O, xx.xx.2024-cü il tarixdə post yoldaşı RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Mahir Məmmədovla birlikdə Goranboy rayon polis şöbəsinin nəzarət buraxılış məntəqəsində xidmətdə olan zaman, saat təxminən 21:32 radələrində adı onlara sonradan məlum olan bir nəfər şəxsin yüksək səslə ünvanlı və ünvansız nəlayiq ifadələr işlədərək rayon polis şöbəsinin qarşısında hərəkət etməsini görmüşlər. Bu zaman rayon polis şöbəsinin qarşısında xeyli sayda vətəndaş olmuşdur. Buna görə də rayon polis şöbəsinin inzibati binasının qarşısında yüksək səslə ünvanlı və ünvansız nəlayiq ifadələr işlədərək hərəkət edən şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Bundan sonra özlərini həmin şəxsə təqdim etdikdən sonra həmin şəxsin Gəncə şəhər sakini xx.xx.1987-ci il təvəllüdlü Şəxs olmasını müəyyən etmişlər. Onlar həmin şəxsə xəbərdarlıq edərək sakitləşməsini, ictimai qaydanı pozmamasını və şöbənin inzibati binasının qarşısından uzaqlaşmasını bildirmişlər. Lakin həmin şəxs onların qanuni tələblərinə məhəl qoymayaraq ünvanlı və ünvansız nəlayiq ifadələr işlətməyə davam etmişdir. Dəfələrlə xəbərdarlıq etmələrinə baxmayaraq həmin şəxs sakitləşməmiş və onların qanuni göstərişlərinə tabe olmamışdır. İş materiallarında olan Goranboy RPŞ-nin PPXB-nın polis nəfəri, polis serjantı Nəsimi Məmmədov tərəfindən rəhbərliyə ünvanlanmış 07 iyun 2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 21:32 radələrində Goranboy RPŞ-nin PPXB-nın polis nəfəri polis serjantı X2 RPŞ-də stosionar mühafizə postunda xidmətdə olarkən bir nəfər şəxsin RPŞ-nin qarşısından keçərkən ünvansız nalayiq ifadələr işlətdiyini ətrafda olan insanların narahat olduğunu görüb həmin şəxsə yaxınlaşaraq özlərini ona təqdim etmişlər. Həmin vaxt adı bizə sonradan məlum olan Goranboy rayon Sarov kənd sakini Şəxs vizual olaraq sərxoş olduğunu hiss etmişlər və onu nizam-intizama dəvət etmişlər. Lakin Şəxs onlara məhəl qoymayaraq öz hərəkətlərinə qərəzli şəkildə davam edib polisin qanuni tələbinə qəsdən tabe olmamışlar. Daha sonra onlar Şəxs RPŞ-yə gətirərək növbətçi hissəyə təhvil vermişlər. İş materiallarında olan inzibati xəta haqqında MN seriyalı, ******* №-li, 08 iyun 2024cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 21:32 radələrində Goranboy RPŞ-nin qarşısında uca səslə ünvanlı ünvansız nalayiq ifadələr işlətmişdir. İş materiallarında olan inzibati xəta haqqında MN seriyalı ******* nömrəli 08 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 21:32 radələrində Goranboy RPŞ-nin qarşısında uca səslə ünvanlı ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan 08 iyun 2024-cü il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 08 iyun 2024-cü il tarixdə, saat 04:03-də inzibati qaydada tutulmuş, həmin tarixdə, saat 15:03-dəqiqədə azad olunmuşdur. İş materiallarında olan 07 iyun 2024-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, həmin tarixdə, saat 23:08-də, Şəxs orta dərəcəli sərxoş olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayış üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməsini və əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta törədərkən sərxoş olması onun məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Eyni zamanda, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə onun törətdiyi əməli etiraf etməsini və əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirici hallar kimi nəzərə alıb, inzibati xətanın törədərkən isə sərxoş olmasını onun məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirib, barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh növünun aşağı həddə tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə eyni zamanda hesab edir ki, Şəxs xx.xx.2024-cü il tarixdən, xx.xx.2024-cü il tarixədək 01 (bir) gün müddətinə inzibati qaydada tutulduğu müddət, ona təyin edilmiş inzibati həbs müddətindən çıxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 109-115, 128-130-cu maddələrini rəhbər tutub, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Şəxs xx.xx.2024-cü il tarixdən, xx.xx.2024-cü il tarixədək 01 (bir) gün müddətinə inzibati qaydada tutulduğu müddət, ona təyin edilmiş 08 (səkkiz) gün müddətə inzibati həbs müddətindən çıxılmaqla üzərində 07 (yeddi) gün müddətində inzibati həbs saxlanılsın. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 10 iyun 2024-cü il tarixdən, saat 17:30-dan hesablansın. Qərarın icrası Goranboy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(045)-444/2024
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-444/2024
10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver