Məhkəmə qərarları › İş №3(045)-450/2024

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №3(045)-450/2024

11.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 3(045)-450/2024 11.06.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Mən, Goranboy Rayon Məhkəməsinin hakimi X1, icraatımda olan Şəxs barəsində inzibati materiala baxaraq, MÜƏYYƏN ETDİM: Goranboy rayon Polis Şöbəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı 11 iyun 2024-cü il tarixli MN seriyalı ******* nömrəli, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı 11 iyun 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollara dair materiallar 11 iyun 2024-cü il tarixdə baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. Həmin materiala baxılması hakimin səlahiyyətinə aiddir. İşin hakim tərəfindən baxılmasını istisna edən hallar mövcud deyil. İnzibati xəta haqqında protokollar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin uyğun tərtib edilmişdir. İşin icraatını rədd edən və dayandıran hallar mövcud deyildir. İnzibati işin mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs eyni vaxtda törətdiyi inzibati xətalar ilə bağlı ayrı-ayrı inzibati xəta haqqında protokollar bir materialda 11 iyun 2024-cü il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan inzibati xəta haqqında protokolların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, Goranboy rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokolların bir icraatda birləşdirilərək baxılması məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutub, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati material icraata götürülsün. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş 11 iyun 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol dair 3(045)- 450/2024 aylı inzibati xətalara dair iş və 11 iyun 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol dair 3(045)-447/2024 saylı inzibati xətalara dair işlər bir icraatda birləşdirilsin və həmin işə 3(045)-447/2024 saylı nömrə ilə baxılsın. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar