Məhkəmə qərarları › İş №3(045)-457/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-457/2024

13.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-457/2024 13.06.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında iş üzrə) Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2003-cü ildə Goranboy rayonu, Dəliməmmədli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Goranboy rayonu, Dəliməmmədli şəhəri, T.Əkbəri küçəsi, ev 10 qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy Rayon Polis şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 13 iyun 2024-cü il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Goranboy Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı Orxan Həziyevin 11 iyun 2024-cü il tarixli qərarından və rədd materialına əsasən tərtib edilmiş 11 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 10 iyun 2024-cü il tarixdə sinif yoldaşı Zərərçəkmiş şəxs məxsus “Redmi Note 12” markalı mobil telefonu oğurlamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış, törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyat kitabında 1192 nömrə ilə qeydə alınmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Lakin həmin material üzrə xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Səfərov X2 rayonu Dəliməmmədli şəhəri Ə.Nəzmi küçəsi ev 47 ünvanında yaşayan Zərərçəkmiş şəxs aldadaraq onun 250 manat dəyərində “Redmi Note 12” markalı mobil telefonunu ələ keçirmişdir. Toplanmış material üzrə ünvan 3 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTBnəgöndərilmişdir. Həmin qərar əsasında aparılmış Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun sinif yoldaşı olmuşdur. xx.xx.2024-cü il tarixdə Dəliməmmədli şəhərində yaşayan sinif yoldaşı Zərərçəkmiş şəxs yaşadığı ünvana gedərək onu evdən küçəyə çağırmış və bir qədər onunla Dəliməmmədli şəhərində yerləşən çayxanada çay içərək söhbətləşmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs mobil telefonunu istifadə etmək üçün istəmiş və mobil telefonu ondan aldıqdan sonra çayxanadan çıxaraq Dəliməmmədli şəhəri ərazisində yerləşən avtobus dayanacağına yaxınlaşmış və oradan da Bakı şəhərinə getmişdir. Bakı şəhərinə çatdıqdan sonra Zərərçəkmiş şəxs məxsus olan “Redmi Note 12” markalı mobil telefonu “20 yanvar” metro stansiyasının yaxınlığında tanımadığı şəxsə 80 manata satmış və bir neçə saat sonra Gəncə şəhərinə qayıtmışdır. Əməlindən peşmandır. Yekunda məhkəmədən barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs ilə sinif yoldaşı olmuşdur. xx.xx.2024-cü il tarixdə Dəliməmmədli şəhəri ərazisində yerləşən çayçıda əvəllər tanıdığı bir neçə şəxs ilə əyləşmiş, bu zaman Elvinin onun yanına gələrək istifadəsində olan mobil telefonu ailəsinə zəng etmək üçün ondan istəmiş, bir neçə dəqiqə danışdıqdan sonra Elvin həmin yerdə olmadığını görmüşdür. Bundan sonra o, yaşadığı ünvana gedərək atası Rüfət Quliyevə bu barədə bildirmiş və atası ilə birlikdə Elvinin yaşadığı ünvana getmişlər. Elvin Səvərovun valideyninə bu barədə bildirən zaman onun atasının qarışmayacağını bildirmişdir. Bu zaman qardaşı Zaur DİN-nin 102 xidmətinə müraciət edərək hadisə barədə məlumat vermişdir. Hazırda Şəxs ilə barışmamış və ona dəymiş ziyan ödənilməmişdir. Odur ki, Şəxs barədə ağır tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 11 iyun 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs məxsus 250 (iki yüz əlli) manat dəyərində “Redmi Note 12” markalı mobil telefonunu ələ keçirmiş Goranboy rayon Dəliməmmədli şəhər sakini Şəxs əməli inzibati xəta pozuntusu olduğundan, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir; “İnzibati qaydada tutma haqqında” 11 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 19:05-də inzibati qaydada tutulmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs özgənin əmlakını oğurlayaraq İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tədqiq olunmuş digər materiallarla tam təsdiqini tapmışdır. Belə ki, İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf edib əməlindən peşman olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. İXM-in 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Həmçinin, iş materiallarında olan 11 iyun 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Şəxs Zərərçəkmiş şəxs 250 (iki yüz əlli) manat maddi ziyan vurmuşdur. Belə olan halda maddi ziyan - 250 (iki yüz əlli) manat mələğində pul vəsaiti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Qeyd olunanlara əsasən, İXM-in 40.0.1, 43, 48-51, 114-115 və 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1 (bir) ay müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 11 iyun 2024-cü il tarixdən, saat 19:05-dən hesablansın. Qərarın icrası Goranboy rayon Polis Şöbəsinin MSY-yə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 250 (iki yüz əlli) manat mələğində vurulmuş maddi ziyan tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Qərarın vurulmuş maddi ziyanın ödənilməsi hissəsində icrası Şəxs yaşayış yeri üzrə Goranboy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar