Məhkəmə qərarları › İş №3(045)-465/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-465/2024

18.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-465/2024 18.07.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X5 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, “Polat Yapı Sanayi və Ticaret Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialı”nın nümayəndəsi X2 iştirakı ilə, “Polat Yapı Sanayi və Ticaret Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialı” barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsindən daxil olmuş EP seriyalı, ******* nömrəli, 01 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, "X8 Sanayi Ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən təqdim olunan **********3912, **********2734, **********6211 və **********4239 nömrəli gömrük bəyannamələri üzrə bəyannaməçi tərəfindən 45-ci qrafada 2-ci üsul (eyni malların sövdələşmə qiyməti üsulu) qeyd edilməli olmasına baxmayaraq malların gömrük dəyəri düzgün olmayaraq 45-ci qrafada 1-ci üsul olaraq göstərilmiş və Tovuz Gömrük İdarəsi tərəfindən “Beton piltələr” mallarının gömrük dəyəri düzgün qəbul edilərək sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmişdir. X4 Komitəsi sədrinin xx.xx.2023-cü il tarixli 3-33/3-2-000212/2023 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gömrük dəyərinin müəyyən edilməsinin vahid Metodikası”nın 5.2-ci bəndinin tələbləri pozularaq dəyərləndirmələr düzgün aparılmamış, həmin bəyannamələr üzrə "X8 Sanayi Ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Filialının (VÖEN: **********) ödənilməmiş 16568.38 manat gömrük borcu yaranmışdır. Yaranmış gömrük borcunun ödənilməsinin təmin olunması məqsədilə "X8 Sanayi Ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Filialının ünvanına xx.xx.2024-cü il tarixli 3-33-2000/2-000426/2024 nömrəli bildiriş göndərilmiş, lakin şirkət tərəfindən xx.xx.2024-cü il tarixli 3-33-2000/2-000948/2024 nömrəli imtina məktubu daxil olmuşdur. Qeyd olunan faktla bağlı Tovuz Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə xx.xx.2024- cü il tarixdə, 00200-03057/24 saylı inzibati xəta haqqında iş üzrə inzibati araşdırma başlanmışdır. Araşdırma ərzində Azərbaycan Respublikası, Goranboy rayonunun Nadirkənd kəndində qeydiyyatda olan “X8 Sanayi ve Ticaret Anonim Şirketi” nin ünvanına xx.xx.2024-cü il tarixli 3-33-2000/2-000386/2024 saylı məktub göndərilərək səlahiyyətli nümayəndəsi dəvət edilmişdir. Lakin hüquqi şəxsin nümayəndəsi gəlməməsi barədə Tovuz Gömrük İdarəsinə yazılı heç bir sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası, Goranboy Rayonu Nadirkənd kəndində qeydiyyatda olan “X8 Sanayi ve Ticaret Anonim Şirketi” Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmışdır. Məhkəmə iclasında iştirak edən “Polat Yapı Sanayi və Ticaret Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialı”nın nümayəndəsi X3 izahatında göstərdi ki, yazılan protokolla razı deyillər. Gömrük borcu kimi göstərilən məbləğin yaranmasına səbəb valyuta dəyişməsi nəticəsində olmuşdur. Belə ki, təmsil etdiyi şirkət yolların salınması və yol bərpası ilə məşğuldur. Həmin işlərin görülməsi üçün isə xaricdən xammal alınır. Gömrük bəyannamələri üzrə mallar xarab olmuş və istifadəyə yararsız olan malların əvəzinə tərəflər arasında təsdiqlənmiş akta əsasən vurulmuş zərərin qarşılığı olaraq satıcı tərəfindən göndərilmişdir. Belə ki, şirkət "Qubadlı-Laçın avtomobil yolunun tikintisi layihəsi'ni həyata keçirir və Qarabağ bölgəsində olan mövcud relyefin yaratdığı çətinlik səbəbindən aşınmanın qarşısını kəsmək üçün "MİLTAŞ İNŞAAT TİCARET VE YİADENCİLİK A.Ş." şirkətindən istinad blokları idxal edilməyə başlanmışdır. Lakin qeyd olunan bloklar həssas materialdan hazırlandığı üçün daşınma zamanı müəyyən xəsarətlər almış və malların bir qismi son nəticədə istifadəyə yararsız olmuşdur. Şirkət nümayəndələrinin də iştirakı ilə xarab olmuş və yararsız bloklara baxış keçirildikdən sonra satıcı tərəfindən müəyyən sayda malların təmənnasız alıcıya təmin olunması aktla razılaşdırılmışdır. Yuxanda qeyd olunan gömrük bəyannamələri üzrə mallar da məhz bu tip sövdələşmənin qarşılığında tərəflərindən idxal edilmişdir. Hətta qeyd etmək istər ki, şirkətlərinə dəyən zərərdə onların məsuliyyətinin olmamasına baxmayaraq malların idxalı zamanı gömrük rüsumları şirkət tərəfindən ödənilmişdir ki, bu da əlavə xərclərə səbəb olmuşdur. Bundan əlavə olaraq, yuxanda qeyd olunan bəyannamələrin rəsmiləşdirilməsi zamanı Türkiyə Lirəsinin Azərbaycan manatına olan məzənnəsi aşkar şəkildə dəyişmişdir. Belə ki, eyni firmadan xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmiş **********178 nömrəli gömrük bəyannaməsində valyuta məzənnəsi 0.0907 olmuşdur lakin yuxarıda qeyd olunan bəyannamələrdə valyuta məzənnəsi 0.0565, 0.0587, 0.0612, 0.0576 aralığında dəyişmişdir ki, fərqin yaranmasında aşkar səbəbin məhz məzənnə fərqi olduğu aydın olmaqdadır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Dövlət Gömrük Komitəsinin 3-33/2-003848/2024 nömrəli xx.xx.2024cü il tarixli məktubuna əsasən aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, "X8 Sanayi Ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən təqdim olunan **********3912, **********2734, **********6211 və **********4239 nömrəli gömrük bəyannamələri üzrə bəyannaməçi tərəfindən 45-ci qrafada 2-ci üsul (eyni malların sövdələşmə qiyməti üsulu) qeyd edilməli olmasına baxmayaraq malların gömrük dəyəri düzgün olmayaraq 45-ci qrafada 1-ci üsul olaraq göstərilmiş və Tovuz Gömrük İdarəsi tərəfindən “Beton piltələr” mallarının gömrük dəyəri düzgün qəbul edilərək sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmişdir. X4 Komitəsi sədrinin xx.xx.2023-cü il tarixli 3-33/3-2-000212/2023 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gömrük dəyərinin müəyyən edilməsinin vahid Metodikası”-nın 5.2-ci bəndinin tələbləri pozularaq dəyərləndirmələr düzgün aparılmamış, həmin bəyannamələr üzrə "X8 Sanayi Ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Filialının (VÖEN: **********) ödənilməmiş 16568.38 manat gömrük borcu yaranmışdır. Yaranmış gömrük borcunun ödənilməsinin təmin olunması məqsədilə "X8 Sanayi Ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Filialının ünvanına xx.xx.2024-cü il tarixli 3-33-2000/2- 000426/2024 nömrəli bildiriş göndərilmiş, lakin şirkət tərəfindən xx.xx.2024-cü il tarixli 3- 33-2000/2-000948/2024 nömrəli imtina məktubu daxil olmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, **********3912, **********2734, **********6211 və **********4239 nömrəli gömrük bəyannamələri üzrə yaranmış gömrük borcunun "X8 Sanayi Ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən ödənilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi üçün göstəriş verilməsi xahiş edilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş **********3912, **********2734, **********6211 və **********4239 nömrəli gömrük bəyannamələrindən görünür ki, X1 şəhərinə, “Miltaş İnşaat Ticaret və Madencilik A.Ş” şirkətinə 9940,43 manat, 2472,95 manat, 2553,89 manat və 5016,18 manat dəyərində xammal idxal olunmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, "X8 Sanayi Ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən təqdim olunan **********3912, **********2734, **********6211 və **********4239 nömrəli gömrük bəyannamələri üzrə bəyannaməçi tərəfindən 45-ci qrafada 2-ci üsul (eyni malların sövdələşmə qiyməti üsulu) qeyd edilməli olmasına baxmayaraq malların gömrük dəyəri düzgün olmayaraq 45-ci qrafada 1-ci üsul olaraq göstərilmiş və Tovuz Gömrük İdarəsi tərəfindən “Beton piltələr” mallarının gömrük dəyəri düzgün qəbul edilərək sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmişdir. X4 Komitəsi sədrinin xx.xx.2023-cü il tarixli 3-33/3-2-000212/2023 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gömrük dəyərinin müəyyən edilməsinin vahid Metodikası”-nın 5.2-ci bəndinin tələbləri pozularaq dəyərləndirmələr düzgün aparılmamış, həmin bəyannamələr üzrə "X8 Sanayi Ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Filialının (VÖEN: **********) ödənilməmiş 16568.38 manat gömrük borcu yaranmışdır. Yaranmış gömrük borcunun ödənilməsinin təmin olunması məqsədilə "X8 Sanayi Ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Filialının ünvanına xx.xx.2024-cü il tarixli 3-33-2000/2- 000426/2024 nömrəli bildiriş göndərilmiş, lakin şirkət tərəfindən xx.xx.2024-cü il tarixli 3- 33-2000/2-000948/2024 nömrəli imtina məktubu daxil olmuşdur. Bununla da "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci mədəsində Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda - ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin qeyd hissəsinə əsasən “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında “Polat Yapı Sanayi və Ticaret Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialı”nın məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, ““Polat Yapı Sanayi və Ticaret Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialı” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Polat Yapı Sanayi və Ticaret Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialı” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti 16568.38 manat valyuta vəsaiti məbləğinin 70 (yetmiş) faizi miqdarında yəni, 11.597,866 (on bir min beş yüz doxsan yeddi manat səkkiz yüz altmış altı qəpik) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar