Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 3(045)-47/2023 09.01.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Mən, Goranboy Rayon Məhkəməsinin hakimi Mustafayev Taleh Məhəmmədəli oğlu icraatıma daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 15 fevral 2021-ci il tarixdə Goranboy rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərəfindən Şəxs barəsində tərtib olunmuş MN seriyalı ******* nömrəli, 09 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokolda qeyd olunur ki, borclu Abbasov X2 Rayon Məhkəməsinin 2(040)-567/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən qalıq 5256,54 manat borcunu ödəməkdən qərəzli olaraq yayınmışdır. Nəticədə Şəxs İXM-in 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göründüyü kimi, MN seriyalı ******* nömrəli, 09 yanvar 2023-cü il tarixli protokola əlavə edilmiş sənədlərdə Şəxs şəxsi elektron kartoçkasında "xxxx" MMC-də işləməsi göstərilsə də, o, izahatında “Elstore” marketdə satıcı işləməsini qeyd etmişdir. Məhkəmə hesab edir ki, göstərilən ziddiyyətin və natamamlığın işə baxılarkən aradan qaldırılması mümkün deyildir. İXM-in 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyəti nəzərdə tutur. Hazırkı protokoldan isə, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini, o cümlədən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə əsas olan halların onun hansı hərəkətlərində ifadə olunmasını və digər zəruri halları müəyyən etmək mümkün olmur. İXM-in: 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol əlavə olunmuş sənədlər natamam şəkildə tərtib olunduğundan, borclu Şəxs İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli, 09 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-in 43, 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli, 09 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılsın. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-47/2023
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №3(045)-47/2023
09.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver