Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-472/2024 08.07.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1970-ci il tarixdə Goranboy rayonu, Faxralı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Goranboy rayonu, Faxralı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy Rayon Polis Şöbəsindən Şəxs İXM-in 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı material baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. 21 iyun 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Goranboy rayonu Faxralı kəndində yerləşən çayxanada uduşu pulla nəticələnən qumar oyunu oynamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 525-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Goranboy rayon Faxralı kəndində yerləşən çayxanada həmkəndliləri X5 və X6 ilə hər oyun üçün 1 manat pul müqabilində dominoda “beş daş” deyilən oyun oynamışlar. Bundan təxminən 15 dəqiqə domino oynadıqdan sonra həmin yerə Goranboy RPŞ-nin əməkdaşları içəri daxil olaraq stolun üstündə olan pulu və dominonu götürərək onları Goranboy RPŞ-yə gətirmişlər. Etdiyi əməldən peşmandır. Yekunda məhkəmədən barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, nümayəndələrini göndərməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə protokol tərtib etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 07 iyun 2024-cü il tarixli qərardan görünür ki, X2, Şəxs, X1 və X3 əməllərində cinayət tərkibi olmadığı üçün onların barələrində cinayət işinin başlanması rədd edilmiş, X2, Şəxs, X1 və X3 barələrində İXM-in 525-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti RPŞnin İTB-yə göndərilmişdir; Goranboy Rayon Məhkəməsinin 3(045)-569/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, 16 (bir ədəd 5 manatlıq və on bir ədəd 1 manatlıq) manat qumara qoyulmuş pul vəsaiti müsadirə edilmişdir. CD diskdə olan görüntülərə baxış keçirilən zaman 4 nəfər şəxsin pulla (domino) qumar oynaması görünür; Hüquqi əsaslandırma: “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.27-ci maddəsinə əsasən idman mərc oyunları real vaxt rejimində keçirilən idman yarışlarının və ya müvafiq icra hakimiyyəti orqanının (bu halda Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi idman mərc oyunlarının təşkili və keçirilməsi qaydalarında müəyyən olunan real vaxt rejimində keçirilən digər yarışların (cıdır-şans oyunları, tazı yarışları və s.) nəticələrinin və ya həmin yarışlardakı hadisələrin əvvəlcədən proqnoz edilməsinə əsaslanmaqla oynanılan və iştirakçılar arasında doğru ehtimalı tapanlara əvvəlcədən bəyan edilən meyarlar əsasında pul mükafatı (uduş) qazandıran, idman mərc oyunlarının operatoru tərəfindən keçirilən oyunlardır. “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş lotereyalar idman mərc oyunları hesab olunmur; 4-cü maddəsinə əsasən idman yarışlarının manipulyasiyasına qarşı tədbirlərin görülməsi və belə halların qarşısının alınması, idman mərc oyunlarının təşkili və keçirilməsi sahəsində dövlət tənzimlənməsinin həyata keçirilməsi dədən tərbiyəsi və idman sahəsində dövlətin vəzifələrinə aiddir; 53-1-ci maddəsinə əsasən idman mərc oyunları bədən tərbiyəsi və idmanın inkişafına, habelə sosial əhəmiyyətli layihələrə maliyyə dəstəyinin göstərilməsi, bədən tərbiyəsi və idmanın təbliği və təşviqi məqsədi ilə keçirilir. İdman mərc oyunları müvafiq icra hakimiyyəti orqanının bu halda (Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqan (qurum), habelə 2021-ci il dekabrın 1-dək müvafiq icra hakimiyyəti orqanının (bu halda Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada akkreditasiya olunmuş hüquqi şəxs (idman mərc oyunları operatoru) tərəfindən həyata keçirilir. İdman mərc oyunlarının təşkili və keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı (bu halda Azərbaycan Respublikasının Nazirlər Kabineti ) tərəfindən müəyyən edilir. İdman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanının (bu halda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Bu maddənin tələbinin pozulmasına görə idman mərc oyunlarının satıcısı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 20 avqust tarixli, 153 nömrəli Qərarı ilə təsdiq edilmiş “İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması Qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində idman mərc oyunlarını yalnız Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən akkreditasiya olunmuş hüquqi şəxs (idman mərc oyunlarının operatoru) həyata keçirə bilər. İXM-in 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə-oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2024-cü il tarixdə Goranboy rayonu Faxralı kəndində yerləşən çayxanada qumar oynamaqla İXM-in 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Nəzərə alınmalıdır ki, İXM-in 525-ci maddəsinin sanksiyasında həmçinin, oyun ləvazimatının, habelə qumara qoyulmuş pul vəsaitlərinin və ya digər əmlakın, qazanılmış uduşun, mükafat və ya digər gəlirin müsadirə edilməsi nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi Goranboy Rayon Məhkəməsinin 3(045)-469/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən, 16 (bir ədəd 5 manatlıq və on bir ədəd 1 manatlıq) manat qumara qoyulmuş pul əskinası artıq müsadirə edilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs törətdiyi əməli etiraf edib peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən, İXM-in 31, 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 3000 (üç min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Goranboy Rayon Məhkəməsinin 3(045)-469/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən 16 (bir ədəd 5 manatlıq və on bir ədəd 1 manatlıq) manat qumara qoyulmuş pul əskinasının müsadirə edilməsi nəzərə alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-472/2024
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-472/2024
08.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver