Məhkəmə qərarları › İş №3(045)-48/2023

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-48/2023

19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-48/2023 19.01.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X7 Məhəmməd oğlunun sədrliyi, Behbudzadə Rauf Elman oğlunun katibliyi, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Tərtər rayonunun Bəyimsarov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Goranboy rayonunun Boluslu kəndində qeydiyyatda olan və Goranboy rayonunun İrəvanlı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Goranboy rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy rayon Polis Şöbəsindən daxil olmuş “Cinayət işi başlanmasının rədd edilməsi barədə” Goranboy RPŞ-nin TB-nin baş təhqiqatçısı X3 05 dekabr 2022-ci il tarixli qərarından və 04 yanvar 2023-cü il tarixli AP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Goran-Həmənli avtomobil yolunun Goranboy rayonu Goran qəsəbəsindən keçən 1-ci kilometrliyində Şəxs idarə etdiyi “VAZ 2106” minik markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobillə, X1 idarə etdiyi “Hyundai” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı traktorun toqquşması nəticəsində “Hyundai” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı traktorun sürücüsü Gündüz İsgəndərov yüngül dərəcəli bədən xəsarəti almışdır. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə Goran-Həmənli avtomobil yolunun Goranboy rayonu Goran qəsəbəsindən keçən 1-ci kilometrliyində onun idarə etdiyi “VAZ 2106” minik markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobillə, X1 idarə etdiyi “Hyundai” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə X2 yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Hazırda onun inzibati xəta üzrə 14 balı mövcuddur. Törətdiyi əməldən peşmandır, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 izahatında göstərdi ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ona yüngül dərəcəli bədən xəsarəti dəymişdir. Ona vurulmuş ziyanı Şəxs ödəməmişdir. Ona vurulmuş ziyan sığorta tərəfindən ödənilmişdir. Lakin hazırda ondan şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlanmasının rədd edilməsi barədə” Goranboy RPŞ-nin TB-nin baş təhqiqatçısı X3 05 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri mövcud olduğuna görə barəsində həmin maddə ilə inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti RPŞ-nin DYPB-yə göndərilmişdir; Azərbaycan Respublikası DİN BDYPİ Gəncə RQİTBŞ tərəfindən verilmiş AE 122598 nömrəli, xx.xx.2017-ci il tarixli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs oğlu BC kateqoriyalı sürücüdür; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X5 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının 12 noyabr 2022-ci il tarixli, 830 nömrəli rəyindən görünür ki, X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – ənsə nahiyəsinin və döş qəfəsinin hemotomaları, nəfəsalmanının çətinləşməsi bərk küt əşyanın(ların), o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixə yəni xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya edilir; Goranboy RPŞ-nin DYPB-nin xx.xx.2023-cü il tarixli portaldan çıxarışından görünür ki, Goranboy RPŞ-nin DYPB-nin “mərkəzi məlumat sistemin”də yoxlanılan zaman xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Şəxs məxsus BC dərəcəli AE 122598 nömrəli sürücülük vəsiqəsində 9 ədəd yol hərəkət qayda pozuntusu vardır. Həmin qayda pozuntularının 5-ci kobud qayda pozuntusu olduğu üçün Şəxs məxsus BC dərəcəli AE 122598 nömrəli sürücülük vəsiqəsində 14 bal qeydiyyata götürülmüşdür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs oğlu tərəfindən törədilməsi özünün etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatları, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törətdiyi inzibati xətanı etiraf edib əməlindən peşman olmasını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 27.4-cü maddəsinə əsasən Bu Məcəllənin 327.7-ci maddəsində göstərilən balla qiymətləndirilən xətaların yol verilməsinə görə sürücülər bir il ərzində 20 və daha çox bal topladıqda, inzibati cərimə tətbiq edilmədən onların nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, Şəxs son bir il ərzində bir neçə dəfə inzibati xəta törətməsini, balla qiymətləndirilən xətaların yol verilməsinə görə il ərzində 14 bal toplamasını onun şəxsiyyətini xarakterizə edən hallar kimi nəzərə alır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında müəyyən edilmiş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hallar nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar