Məhkəmə qərarları › İş №3(045)-480/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-480/2024

24.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-480/2024 24.06.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X9 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi X2 iştirakları ilə, xx.xx.1978-ci ildə Goranboy rayonunun Todan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Goranboy rayonunun Todan kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 23 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, xx.xx.2024cü il tarixdə Nəbiyev X4 rayonunun Erkəc kəndi ilə Todan kəndinin kəsişmə ərazisində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X8 izahatında göstərdi ki, polis əməkdaşları 23 iyun 2024-cü il tarixdə şöbənin rəhbərliyinə raportla müraciət edərək Şəxs həmin tarixdə Nəbiyev X4 rayonunun Erkəc kəndi ilə Todan kəndinin kəsişmə ərazisində Post Patrul Xidməti əməkdaşlarının tələblərinə qəsdən tabe olmadığını bildirmişlər. Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, Goranboy rayonunun Erkəc kəndində yerləşən meşədə meşəbəyi vəzifəsində çalışır. xx.xx.2024-cü il tarixdə əmisi oğlu Adil Nəbiyev özünə məxsus “QAZ 53” markalı, dövlət nömrə nişanı və rəsmi sənədləri olmayan avtomobili ilə meşəyə gəlmiş və qanunla kəsilmiş ağaclardan aparmalı olduğunu bildirmişdir. Daha sonra Adil Nəbiyevlə odunları avtomobilə yükləmişlər və kömək məqsədilə o da Adillə birlikdə Goranboy rayonunun Todan kəndi istiqamətində yola düşmüşlər. Bu zaman polis əməkdaşları Adili saxlatmışlar. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra avtomobilin duracağa getməli olduğunu bildirmişlər. O, avtomobilin duracağa aparılmasına maneəçilik törətmişdir. Daha sonra isə onun özünü də polis şöbəsinə dəvət etsələrdə, polis şöbəsinə getməkdən yayınmışdır. Əməlindən peşmandır, polis əməkdaşlarından da hərəkətlərinə görə üzr istəmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmədən barəsində yüngül tənbeh tədbiri seçilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Goranboy RPŞ-nin PPXB-nın polis nəfəri, polis serjantı X3 izahatında göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə post yoldaşı, polis serjantı Fərid Həsənovla birlikdə Goranboy rayon Todan kəndi ərazisində xidmətdə olan zaman Goranboy rayonunun Erkəc kəndi ilə Todan kəndinin kəsişməsində adı sonradan onlara məlum olan Şəxs “Qaz 53” markalı dövlət nömrə nişanı olmayan avtomobilinin yük hissəsində yaşıl ağacların olduğunu görmüşlər. Onlar həmin avtomobilə yaxınlaşaraq sürücüyə avtomobildən düşməsini bildirdikdə Adil Nəbiyev və onun yanında əyləşən meşəbəyi Şəxs qanuni tələblərinə qəsdlə tabe olmamışdır. X10 avtomobildən düşüb sənədlərini təqdim etməyi təklif etdikdə Adil Nəbiyev onlara heç bir sənəd göstərməmişdir. Buna görə də Adil Nəbiyevi və Şəxs barəsində tədbir görülməsi üçün onları RPŞ-nin NHnə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində izahat vermiş Goranboy RPŞ-nin PPXB-nın polis nəfəri, polis serjantı, X6 şahid X1 izahatına oxşar, eyni məzmunlu izahat vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Goranboy RPŞ-nin PPXB-nın polis nəfəri, polis serjantı Fərid Həsənov tərəfindən RPŞ-nin rəhbərliyinə ünvanlanmış 12 aprel 2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə post yoldaşı, polis serjantı Fərid Həsənovla birlikdə Goranboy rayon Todan kəndi ərazisində xidmətdə olan zaman Goranboy rayonunun Erkəc kəndi ilə Todan kəndinin kəsişməsində adı sonradan onlara məlum olan Şəxs “Qaz 53” markalı dövlət nömrə nişanı olmayan avtomobilinin yük hissəsində yaşıl ağacların olduğunu görmüşlər. Onlar həmin avtomobilə yaxınlaşaraq sürücüyə avtomobildən düşməsini bildirdikdə Adil Nəbiyev və onun yanında əyləşən meşəbəyi Şəxs qanuni tələblərinə qəsdlə tabe olmamışdır. X10 avtomobildən düşüb sənədlərini təqdim etməyi təklif etdikdə Adil Nəbiyev onlara heç bir sənəd göstərməmişdir. Buna görə də Adil Nəbiyevi və Şəxs barəsində tədbir görülməsi üçün onları RPŞ-nin NH-nə təhvil vermişlər; İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “İnzibati qaydada tutma haqqında” 23 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 19:35də inzibati qaydada tutulmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, özünün etirafedici izahatı, şahidlərin izahatları, araşdırılmış digər sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması şahidin izahatı və məhkəmə iclasında araşdırılan digər sübutlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının öz vəzifələrini icra etməsinə maneçilik törətmiş, onu sakitləşdirməyə çalışan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Yəni, Şəxs bu hərəkətləri ilə polis əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirmələrinə mane olmuşdur. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməsini və əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xətanı sərxoş halda törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsi insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinin tələblərini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 200 (iki yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən Şəxs tutulduğu müddət nəzərə alınmaqla ona təyin edilmiş 200 (iki yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri yüngülləşdirilməklə Şəxs 150 (yüz əlli) manat miqdarında inzibati cərimə edilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar