Məhkəmə qərarları › İş №3(045)-484/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-484/2024

24.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-484/2024 24.06.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy Rayon Məhkəməsinin hakimi X5 oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1969-cu il tarixdə Özbəkistan Respublikasının Çiman rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiallara inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə MN seriyalı, ******* №-li, 22 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə yaşadığı Goranboy rayonunun Xoylu kəndində yerləşən “OBA” marketin qarşısında həmkəndliləri X2 və X3 ilə həmsöhbət olmuşdur. Söhbət əsnasında X7 Quluyevin sözləri düz gəlmədiyindən mübahisə etməyə başlamışlar. Daha sonra isə mübahisə zamanı Nicatla Bayram dava-dalaş etmişlər. O, bir qədər keçəndən sonra yaşadığı fərdi yaşayış evinə getmək üçün yola düzəlmişdir. O, yolda olan zaman polis əməkdaşları onu yoldan götürüb Goranboy RPŞ-nin inzibati binasına gətirmişlər. Goranboy RPŞ-nin inzibati binasında olan zaman o nə xırda xuliqanlıq hərəkətləri etmiş, nə də polisin qanuni tələblərinə qəsdən tabe olmamaq kimi hərəkətlərə yol vermişdir. Hadisə olan vaxtı sərxoş olduğu üçün özünü təqsirli bilir. O, yalnız sərxoş olduğu üçün əməlindən peşmandır. Odur ki, məhkəmədən ona yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X6 bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Goranboy RPŞ-nin qarşısında və inzibati binada ictimai qaydanı pozmuş və onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin PPXB-nın polis nəfəri, polis serjantı Şahid2 bildirdi ki, o, xx.xx.2024-cü il tarixdə post yoldaşı polis serjantı Şahid1la birlikdə Goranboy rayon Xoylu kəndində xidmətdə olan zaman həmin kənddə yerləşən “OBA” marketin qarşısında üç nəfər şəxsin bir-biri ilə mübahisə edib dalaşdıqlarını görmüşlər. Onlar həmin şəxslərə yaxınlaşmış, həmin şəxslərə özlərini təqdim etmişlər. Adları sonradan onlara məlum olan Xoylu kənd sakinləri xx.xx.1998-ci il təvəllüdlü X4, xx.xx.1984-cü il təvəllüdlü X2 və xx.xx.1969-cu il təvəllüdlü Şəxs barələrində qanuni tədbir görülməsi üçün Goranboy rayon polis şöbəsinin NH-nə təhvil vermək üçün gətirərkən həmin şəxslər rayon polis şöbəsinin qarşısında yüksək səslə ünvanlı və ünvansız nəlayiq ifadələr işlətməyə və bir-biriləri iiə mübahisə etməyə başlamışlar. Onlar həmin şəxslərə yaxınlaşaraq nizam intizamlı olmağa dəvət etmişlər, lakin buna baxmayaraq həmin şəxslər öz qanunsuz hərəkətlərini davam etdirmişlər. Daha sonra həmin şəxslər RPŞ-nin inzibati binasına dəvət edilərək NH-yə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin PPXB-nın polis nəfəri, polis serjantı Şahid1 bildirdi ki, o, xx.xx.2024-cü il tarixdə post yoldaşı polis serjantı Şahid2la birlikdə Goranboy rayon Xoylu kəndində xidmətdə olan zaman həmin kənddə yerləşən “OBA” marketin qarşısında üç nəfər şəxsin bir-biri ilə mübahisə edib dalaşdıqlarını görmüşlər. Onlar həmin şəxslərə yaxınlaşmış, həmin şəxslərə özlərini təqdim etmişlər. Adları sonradan onlara məlum olan Xoylu kənd sakinləri xx.xx.1998-ci il təvəllüdlü X4, xx.xx.1984-cü il təvəllüdlü X2 və xx.xx.1969-cu il təvəllüdlü Şəxs barələrində qanuni tədbir görülməsi üçün Goranboy rayon polis şöbəsinin NH-nə təhvil vermək üçün gətirərkən həmin şəxslər rayon polis şöbəsinin qarşısında yüksək səslə ünvanlı və ünvansız nəlayiq ifadələr işlətməyə və bir-biriləri iiə mübahisə etməyə başlamışlar. Onlar həmin şəxslərə yaxınlaşaraq nizam intizamlı olmağa dəvət etmişlər, lakin buna baxmayaraq həmin şəxslər öz qanunsuz hərəkətlərini davam etdirmişlər. Daha sonra həmin şəxslər RPŞ-nin inzibati binasına dəvət edilərək NH-yə təhvil verilmişdir. İş materiallarında olan Goranboy RPŞ-nin PPXB-nın polis nəfəri, polis serjantı Şahid2 tərəfindən rəhbərliyə ünvanlanmış 22 iyun 2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə post yoldaşı polis serjantı Şahid2la birlikdə Goranboy rayon Xoylu kəndində xidmətdə olan zaman həmin kənddə yerləşən “OBA” marketin qarşısında üç nəfər şəxsin bir-biri ilə mübahisə edib dalaşdıqlarını görmüşlər. Onlar həmin şəxslərə yaxınlaşmış, həmin şəxslərə özlərini təqdim etmişlər. Adları sonradan onlara məlum olan Xoylu kənd sakinləri xx.xx.1998-ci il təvəllüdlü X4, xx.xx.1984-cü il təvəllüdlü X2 və xx.xx.1969-cu il təvəllüdlü Şəxs barələrində qanuni tədbir görülməsi üçün Goranboy rayon polis şöbəsinin NH-nə təhvil vermək üçün gətirərkən həmin şəxslər rayon polis şöbəsinin qarşısında yüksək səslə ünvanlı və ünvansız nəlayiq ifadələr işlətməyə və bir-biriləri iiə mübahisə etməyə başlamışlar. Onlar həmin şəxslərə yaxınlaşaraq nizam intizamlı olmağa dəvət etmişlər, lakin buna baxmayaraq həmin şəxslər öz qanunsuz hərəkətlərini davam etdirmişlər. Daha sonra həmin şəxslər RPŞ-nin inzibati binasına dəvət edilərək NH-yə təhvil verilmişdir. İş materiallarında olan inzibati xəta haqqında MN seriyalı, ******* №-li, 22 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Goranboy RPŞ-nin qarşısında və inzibati binada ictimai qaydanı pozmuş və onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan 22 iyun 2024-cü il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 22 iyun 2024-cü il tarixdə, saat 08:15-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 22 iyun 2024-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, həmin tarixdə, saat 02:50-də, Şəxs sərxoş olmuşdur. İş materiallarında olan Goranboy rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(045)-411/2024 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayış üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta törədərkən sərxoş olması, inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə, Şəxs özünü təqsirli bilməməsi barədə izahatını inandırıcı hesab etmir və bunu inzibati məsuliyyətdən yayınmaq üçün verilən izahat kimi qiymətləndirir. Eyni zamanda, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə məsuliyyətini yüngülləşdirici halların olmamasını nəzərə alıb, inzibati xətanın törədərkən isə sərxoş olmasını və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı bir il ərzində təkrar törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirib, barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh növünun aşağı həddə tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə eyni zamanda hesab edir ki, Şəxs həbsetməsinin əvvəlini inzibati qaydada tutulduğu gündən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 109-115, 128-130-cu maddələrini rəhbər tutub, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 22 iyun 2024-cü il tarixdən, saat 08:15-dən hesablansın. Qərarın icrası Goranboy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar