Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-489/2024 25.06.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy Rayon Məhkəməsinin hakimi X4 oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Gədəbəy rayonunun Faxralı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, orta təhsilli, Goranboy rayonunun Fəxralı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiallara inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə MN seriyalı, ******* №-li, 24 iyun 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli 24 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, o, Goranboy rayonunun Fəxralı kəndində yaşayır. O, xx.xx.2024-cü il tarixdə şəxsi istifadəsində olan “Vaz 2107” minik markalı avtomobili ilə Goranboy şəhərində hərəkətdə olarkən yol patrul xidməti əməkaşları onu saxlatmışlar. O, yol patrul xidmət əməkdaşlarından onu nə əsasa saxlatdıqlarını soruşmuş və avtomobilin sənədlərinin yoxlanmasında mane olmuşdur. Daha sonra isə onun avtomobili etibarnaməsiz idarə etməsi məlum olduğundan polis əməkdaşları tərəfindən avtomobili duracağa yerləşdirilməsində mane olmuşdur. O, nə ünvanlı nə də ünvansız nalayiq ifadə işlətməmişdir. Etdiyi əməldən peşmandır. Odur ki, məhkəmədən ona yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X2 bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Goranboy şəhər, S.Civəzadə küçəsində Goranboy RPŞ-nin DYPB-nın əməkdaşlarının tələblərinə tabe olmayaraq ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin DYPB-nın yolpatrul xidməti baş inspektoru, polis baş leytenantı X3 bildirdi ki, o, xx.xx.2024-cü il tarixdə RPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı X5 ilə birlikdə “KİA” markalı, **-YP- *** dövlət qeydiyyat nişanlı xidməti patrul avtomaşını ilə Goranboy şəhər ərazisində xidmətdə olan zaman VAZ 2107 markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomaşının, S.Civəzadə küçəsində beton ara kəsmədən geriyə dönmə əməliyyatı aparmaq istəyən zaman avtomaşının arxa təkərlərini yerində fırladıb dönərək avtomaşının arxasını fırladıb yüksək sürətlə hərəkətə başlayan zaman həmin avtomaşın tərəflərindən saxlanılmışdır. Yoxlama zamanı “VAZ 2107” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomaşını Goranboy rayonunun Faxralı kənd sakini Şəxs tərəfindən etibarnaməsi olmadan idarə etdiyi məlum oldu. Onlar həmin avtomaşını Mühafizə olunan duracağa yerləşdirilməsini təmin edəcəklərini bildirdikdə həmin şəxs avtomaşını təhvil verməyərək sürüb getmək istəyəndə onlar həmin şəxsi məcburi saxlamışlar və sürücü onlara tabesizlik göstərməyə başlamışdır. Həmin şəxs dəfələrlə nizam-intizama dəvət olunsa da o öz əməllərini davam etdirmişdir. Verilən suala cavab olaraq bildirdi ki, Şəxs nalayiq ifadələr işlətməsinin şahidi olmamışdır. İş materiallarında olan Goranboy RPŞ-nin DYPB-nın yol-patrul xidməti baş inspektoru, polis baş leytenantı Elşən İsmayılov tərəfindən rəhbərliyə ünvanlanmış 24 iyun 2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə RPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı X5 ilə birlikdə “KİA” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti patrul avtomaşını ilə Goranboy şəhər ərazisində xidmətdə olan zaman VAZ 2107 markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomaşının, S.Civəzadə küçəsində beton ara kəsmədən geriyə dönmə əməliyyatı aparmaq istəyən zaman avtomaşının arxa təkərlərini yerində fırladıb dönərək avtomaşının arxasını fırladıb yüksək sürətlə hərəkətə başlayan zaman həmin avtomaşın tərəflərindən saxlanılmışdır. Yoxlama zamanı “VAZ 2107” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomaşını Goranboy rayonunun Faxralı kənd sakini Şəxs tərəfindən etibarnaməsi olmadan idarə etdiyi məlum oldu. Onlar həmin avtomaşını Mühafizə olunan duracağa yerləşdirilməsini təmin edəcəklərini bildirdikdə həmin şəxs avtomaşını təhvil verməyərək sürüb getmək istəyəndə onlar həmin şəxsi məcburi saxlamışlar və sürücü onlara tabesizlik göstərməyə başlamışdır. Həmin şəxs dəfələrlə nizam-intizama dəvət olunsa da o öz əməllərini davam etdirmişdir. Onların köməkliyi ilə avtomaşını duracağa yerləşdirərək sürücü Şəxs RPŞ-nin PPXB-nın əməkdaşları Növbətçi hissəyə təhvil verən zaman Şəxs RPŞ-nin inzibati binasında nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin şəxs dəfələrlə nizam-intizama dəvət olunsa da o öz əməllərini davam etdirmişdir. İş materiallarında olan inzibati xəta haqqında MN seriyalı, ******* №-li, 24 iyun 2024cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Goranboy şəhər, S.Civəzadə küçəsində Goranboy RPŞ-nin DYPB-nın əməkdaşlarının tələblərinə tabe olmayaraq ictimai qaydanı pozmuşdur. İş materiallarında olan inzibati xəta haqqında MN seriyalı ******* nömrəli 24 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Goranboy şəhər, S.Civəzadə küçəsində Goranboy RPŞ-nin DYPB-nın əməkdaşlarının tələblərinə tabe olmayaraq ictimai qaydanı pozmuşdur. İş materiallarında olan 24 iyun 2024-cü il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs həmin tarixdə, saat 12:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsi, şahidi dinləyib və inzibati xəta haqqında material üzrə toplanmış digər sübutları tədqiq edib, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında material olan Şəxs xx.xx.2024-cü il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması faktı öz təsdiqini tapsa da, xırda xuliqanlıq etməsi faktı öz təsdiqini kifayət qədər sübutlarla tapmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə olan şübhələr onun xeyrinə həll olunur. Belə olan halda, məhkəmə hesab edir ki, Şəxs göstərilən vaxtda xırda xuliqanlıq etməsi faktı öz təsdiqini tapsa da, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması şübhəsi hüquqpozanın xeyrinə həll olunmalıdır. Eyni zamanda Şəxs yalnız xırda xuliqanlıq hərəkətlərinə görə - Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb oluna bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədənin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi əməli etiraf edib peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olmadı. Beləliklə, məhkəmə Şəxs məhz hansı tənbeh növünün tətbiq edilməsini müzakirə edərkən, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıb barəsində həbs növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 109-115, 128-130-cu maddələrini rəhbər tutub, QƏRARA ALDİM: Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 24 iyun 2024-cü il tarixdən saat 12:30-dan hesablansın. Qərarın icrası Goranboy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(045)-489/2024
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-489/2024
25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver