Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-506/2024 03.07.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1963-cü il tarixdə Goranboy rayonu, Qurbanzadə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Goranboy rayonu, Qurbanzadə kəndində qeydiyyatda olan və həmin üvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy rayon Polis Şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy RPŞ-nin TB-nin baş təhqiqatçısı Mübariz Quliyevin 23 iyun 2024-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın icrasının Goranboy RPŞ-nin İTB-yə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X4 tərəfindən MN seriyalı ******* nömrəli, 01 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Goranboy rayonu, Qızılhacılı qəsəbəsində fərdi yaşayış evində ailə münaqişəsi zəmnində Zərərçəkmiş şəxs dərəcəsi təyin ediləyən xəsarət yetirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞnin İTB-nin polis sahə rəisi X4 izahatında göstərdi ki, Goranboy rayonunun Qızılhacılı qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış HK-1-1226 və 1227 nömrəli material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Lakin həmin material üzrə X1 və Şəxs əməlində Azərbaycan Respublikası İXMnin 157-ci maddəsinin tərkibi olduğu üçün onun əməli İXM-nin 157-ci maddəsi ilə tövsif olunmuşdur. X1 və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir. Həmin qərar əsasında Şəxs barəsində onun tərəfindən MN seriyalı ******* nömrəli, 01 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 157-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə o, yaşadığı Goranboy rayonunun Qızılhacılı qəsəbəsində yerləşən evdə olan zaman Zərərçəkmiş şəxs ata evinə gəldikdən sonra ata evində müəyyən təmizlik işləri görməyə başlamışdır. Bu zaman baldızı Zərərçəkmiş şəxs səbəbini bilmədən əsəbləşərək heç bir əsaslı səbəb olmadan onu və ailə üzvlərini nəlayiq sözlərlə söyüb təhqir etməyə başlamışdır. Həmin vaxt o, dəfələrlə baldızı Zərərçəkmiş şəxs sakitləşdirməyə çalışmışdır. Lakin baldızı Zərərçəkmiş şəxs sakitləşməmişdir. Bundan sonra o, əsəbləşərək baldızı Zərərçəkmiş şəxs qolundan tutaraq çölə çıxarmışdır. O, baldızı Zərərçəkmiş şəxs heç bir xəsarət yetirməmişdir. Yekunda təqsiri olmadığı üçün iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə o, yaşadığı Bakı şəhərindən çıxıb Goranboy rayonunun Qızılhacılı qəsəbəsində yerləşən ata evinə gəlmişdir. O, ata evinə gəldikdən sonra ata evində müəyyən təmizlik işləri görməyə başlamışdır. Bu zaman bacısı Aybəniz Məmmədova və yeznəsi Şəxs onun orada təmizlik işləri görməyinə mane olmağa başlamışdır. Həmin vaxt aralarında anlaşılmamazlıq və söz-söhbətlər başlamışdır. Bundan sonra bacısı Aybəniz Məmmədova onun baş, ayaq, əl və bədəninin müxtəlif nahiyyələrindən ağac və əllə vurmuşdur. Şəxs isə onun qolundan tutaraq onu ata evindən çölə çıxardaraq qovmuş və baş nahiyəsinə bir dəfə vurmuşdur. Hazırda Şəxs ilə barışmamışdır və ondan şikayətçidir. Məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy RPŞ-nin TB-nin baş təhqiqatçısı Mübariz Quliyevin 23 iyun 2024-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün qərarın icrası RPŞ-nin İTB-yə həvalə edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin 443 nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarət (lər) - döş qəfəsinin arxa səthinin, sağ və sol bazunun, sağ əlinarxa səthinin qançırları bərk KÜT əşyanın (larm) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş tarixdə yəni xx.xx.2024-cü il tarixdə kənar şəxslər tərəfindən ağacla vurulma zamanı əmələ gələ bilərdi və sğlamlığa zərər vurmayan xəsarət olduğu üçiin dərəcəsi təyin edilmir; Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında materialları araşdırıb hesab edir ki, təqsirliliyi sübuta yetirilmədiyi üçün Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs Zərərçəkmiş şəxs döyməsi öz təsdiqini tapmamışdır. İnzibati xəta haqqında protokolda xx.xx.2024-cü il tarixdə Goranboy rayonu, Qızılhacılı qəsəbəsində fərdi yaşayış evində Şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməsi göstərilsə də, bu hal məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmır. Belə ki: - Zərərçəkmiş şəxs izahatında Şəxs sonuncunun qolundan tutuaraq baş nahiyəsindən vurduğunu göstərsə də iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin 443 nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən göründüyü kimi Zərərçəkmiş şəxs döş qəfəsinin arxa səthinin, sağ və sol bazunun, sağ əlinarxa səthinin qançırları, o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə vurulma zamanı əmələ gələ bilərdi. Həmçinin, adı çəkilən rəyə əsasən Zərərçəkmiş şəxs baş nahiyəsində xəsarətlər aşkar edilməmişdir. Halbuki, Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında Şəxs onun başına xəsarət yetirdiyini göstərmiş və Şəxs ümumiyyətlə vurmadığını bildirmişdir; Araşdırma aparmış orqan Şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməsi, yəni İXM-in 157ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsinə gələrkən yalnız zərərçəkmiş şəxsin izahatını və məhkəmə-tibbi ekspertizanın rəyini əsas götürmüşdür. Lakin zərərçəkmiş şəxs məhkəmə iclasında ziddiyyətli izahat vermişdir. Məhkəmə bu hala dair qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır və həmin sübutların məcmusu şəxsin təqsirli olub-olmaması məsələsini həll etməlidir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraatda sübut edilməli olan hallardan biri də məhz inzibati xəta törətməkdə şəxsin təqsiridir (İXM-in 75.0.3-cü maddəsi). İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İXM-in 8-ci maddəsi - Təqsirsizlik prezumpsiyası prinsipi). Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 noyabr 2016-cı il tarixli qərarın əsasən cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144- 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İXM-in: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində başlanmış icraata xitam verilməlidir. Qeyd olunanlara göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-506/2024
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-506/2024
03.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver