Məhkəmə qərarları › İş №3(045)-508/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-508/2024

02.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-508/2024 02.07.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Goranboy rayonu Xoylu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Goranboy rayonu Xoylu kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Goranboy Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 02 iyul 2024-cü il tarixdə Goranboy Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. MN seriyalı ******* nömrəli, 02 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, borclu Əsgərov X5 rayon Məhkəməsinin 2(045)-935/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən qızıl-zinət əşyalarını tələbkara qaytarmaqdan qəsdən yayınmışdır. Beləliklə, İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokola əlavədən görünür ki, Goranboy Rayon Məhkəməsinin 2(045)-935/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 1380 manat dəyərində olan (583 əyyarlı 23 qram ) boyunbağı 1000 manat dəyərində olan (916 əyyarlı 8,6 qram) onluq kulon 1400 manat dəyərində olan (583 əyyarlı 20 qram 1 karat brilliant qaşlı) üzük sırğa dəsti 800 manat dəyərində olan (750 əyyarlı 0.50 sot brilliant qaşlı) nişan üzüyü və uşağına məxsus 300 manat dəyərində olan (585 əyyarlı hər biri 4 qram) iki ədəd qolbağı və ya bu əmlaklar qətnamə icra olunan vaxt mövcud olmadıqda onların ümumi dəyəri 4880 manat məbləğində pul vəsaiti eləcədə ödənilmiş 68.80 manat dövlət rüsumunun 50 manat mediasiya xərcinin və 110 manat məbləğində vəkil xidməti haqqının əvəzi alınaraq iddiaçı X2 verilməsi qərara alınmışdır. Borclu Şəxs icra sənədində göstərilən qızıl-zinət əşyalarının borcunun ödənilməsi üçün bildiriş verilmiş və borcu ödəməyi tələb edilmişdir. Lakin, borclu məhkəmə qətnaməsində göstərilən 4880 manat məbləğində qızıl-zinət əşyalarına olan borcunu ödəməydiyi üçün borclu Şəxs xəbərdarlıq edilməsinə baxmayaraq O, yenədə qərəzli olaraq borcunu ödəməmişdir. Bu günki tarixdə borclu Şəxs şöbəyə dəvət edilmiş və iş üzrə izahatı alınmışdır. O, bildirmişdir ki, qızıl-zinət əşyalarının onda olmadığnı və məhkəmə qərarı üzrə qeyd olunan olan qızıl-zinət əşyalarının dəyəri yəni 4880 manat məbləğində olan borcundan hər ay 100 manat ödəniş edə bildiyini və əlavə vaxt verilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Goranboy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, icra sənədi üzrə üzərinə düşən məsuliyyəti anlayır və borcunu ödəməkdən imtina etmir. Hazırda həmin məbləği tam şəkildə tələbkara ödəməyə maddi imkanı çatmır. Belə ki, onun aylıq gəliri müharibə iştirakçılığına görə aldığı 80 manat müavinət və müəllim işləməyinə görə aldığı 460 manat əmək haqqıdan ibarətdir. Eyni zamanda hər ay 180 manat məbləğində aliment ödəyir. Buna görə icra sənədi üzrə yaranmış borcunu tam şəkildə ödəməyə maddi imkanı çatmır, hər ay borcundan 100 manat ödəniş edə bilər və ya aylıq ümumi gəlirindən icra qaydasında hər ay tutma həyata keçirilsin. Yekunda məhkəmədən onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, qızıl-zinət əşyaları onda olmadığına və zərərçəkmişin özündə olduğuna görə həmin əşyaları təqdim edə bilmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında göstərdi ki, Goranboy rayon Məhkəməsinin icra sənədinə əsasən Şəxs ona məxsus qızıl-zinət əşyaların və ya onların dəyəri 4880 manat pulun alınaraq ona verilməsi qət edilmişdir. Borclu məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırır. Belə ki, borclu göstərilən borcdan bugünədək heç bir ödəniş etməmişdir. Odur ki, Şəxs barəsində ciddi inzibati tənbeh tədbiri təyin edilməsini məhkəmədən xahiş etdi İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy Rayon Məhkəməsinin 2(045)-935/2023-002 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 1380 manat dəyərində olan (583 əyyarlı 23 qram ) boyunbağı 1000 manat dəyərində olan (916 əyyarlı 8,6 qram) onluq kulon 1400 manat dəyərində olan (583 əyyarlı 20 qram 1 karat brilliant qaşlı) üzük sırğa dəsti 800 manat dəyərində olan (750 əyyarlı 0.50 sot brilliant qaşlı) nişan üzüyü və uşağına məxsus 300 manat dəyərində olan (585 əyyarlı hər biri 4 qram) iki ədəd qolbağı və ya bu əmlaklar qətnamə icra olunan vaxt mövcud olmadıqda onların ümumi dəyəri 4880 manat məbləğində pul vəsaiti eləcədə ödənilmiş 68.80 manat dövlət rüsumunun 50 manat mediasiya xərcinin və 110 manat məbləğində vəkil xidməti haqqının əvəzi alınaraq iddiaçı X2 verilməsi qət edilmişdir; Goranboy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli tarixli “İcraata başlamaq haqqında” qərarının surətindən və həmin tarixli e161650/2024-9-9-0003 nömrəli bildirişin surətindən görünür ki, borclu Əsgərov X5 Rayon Məhkəməsinin 2(045)- 935/2023-002 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədini üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş M/V seriyalı 119106 nömrəli vəsiqənin surətindən görünür ki, Şəxs müharibə veteranıdır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi halların mövcud olmadığı qənaətinə gəlir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. İş materiallarından göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müəyyən olunmuş sabit gəlirləri (müvinət və əmək haqqı) mövcuddur. Qanun yol verir ki, borclunun öhdəliyini yerinə yetirməsi üçün əmlakı yoxdursa və ya kifayət etmirsə icra məmuru tələbi borclunun əmək haqqına yönəltsin. Belə ki, “İcra Haqqında” Qanununun 63.1-ci maddəsinə əsasən tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə aşağıdakı hallarda yol verilir: - vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə; - icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadıqda; - tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə. Odur ki, yuxarıda qeyd edilənlər və qanununun tələbləri Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməməsini təsdiq edir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə məhkəmə iclasında borclu Şəxs tərəfindən Goranboy Rayon Məhkəməsinin 2(045)-935/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönələn hərəkətlərin edilməsi müəyyən edilməmişdir. Bu isə onun tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tördilməsini istisna edir. Buna görə də məhkəmə borclu barədə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanuni və əsaslı hesab edir. İXM-in: 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclu Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur və bu səbəbdən tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-in: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Goranboy Rayon Məhkəməsinin 2(045)-935/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Əməlində inzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 02 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar