Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-52/2023 13.01.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Behbudzadə Rauf Elman oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X3, zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Goranboy rayonunun Xoylu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Şəmkir rayonunun Qapanlı kəndində qeydiyyatda olan və Goranboy rayonunun Xoylu kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy Rayon Polis şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 13 yanvar 2023-cü il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Goranboy Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı Həbib Hacıyevin 02 yanvar 2023-cü il tarixli qərarından və rədd materialına əsasən tərtib edilmiş 12 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 11 dekabr 2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddətdə, müxtəlif vaxtlarda Goranboy rayonu Xoylu kəndi sakini X6 məxsus əkin sahəsindən dəmir dirəkləri oğurlamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X7 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, vətəndaş X2 RPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus əkin sahəsindən dəmir dirəklərinin oğurlanmasını bildirmişdir. X1 ərizəsi əsasında araşdırma aparılmış və araşdırmanın nəticəsi olaraq 02 yanvar 2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd olunmuşdur. Araşdırma zamanı X6 300 (üç yüz) manat maddi ziyan dəydiyi müəyyən olunmuşdur. Həmin qərar əsasında aparılmış əməliyyat axtarış tədbirləri nəticəsində həmin oğurluq əməlinin Şəxs tərəfindən törədilməsi müəyyən edilmiş və barəsində İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, o, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Goranboy rayonu Xoylu kəndi ərazisində yerləşən X6 məxsus torpaq sahəsində olan 30 ədəd dəmir dirəkləri oğurlayaraq 120 manat pul müqabilində satmışdır. Hazırda maddi vəziyyəti zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməyə imkan vermir. Əməlindən peşmandır. Yekunda məhkəmədən barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X9 izahatında göstərdi ki, Goranboy rayonu Xoylu kəndində 1 ha pay torpaq sahəsi vardır. Həmin pay torpaq sahəsinin ətrafları dəmir setka və dəmir dirəklərə əhatə olunmuşdur. xx.xx.2022-ci il tarixdə pay torpaq sahəsinə nəzarət edib evinə qayıtmışdır. xx.xx.2022-ci il tarixdə pay torpaq sahəsinə gedən zaman torpaq sahəsini əhatə edən 30 ədəd hər birinin uzunluğu 2 metr olan dəmir dirəklərin setka ilə əhatə olunmuş hissəsinin olmadığını və oğurlandığını görmüşdür. Həmin oğurlanan dəmir dirəklərin dəyəri təxminən 300 (üç yüz) manat olmuşdur. Hazırda Şəxs ilə barışmamış və ona dəymiş ziyan ödənilməmişdir. Odur ki, Şəxs barədə ağır tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 02 yanvar 2023-cü il tarixli qərardan görünür ki, X4 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, X4 Goranboy rayonu Xoylu kəndində 1 ha pay torpaq sahəsinin dəmir setka ilə əhatə olunmuş 300 (üç yüz) manat dəyərində 30 ədəd dəmir dirəkləri oğurlayan naməlum şəxsin (şəxslərin) müəyyənləşdirilib barəsində inzibati tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir; “İnzibati qaydada tutma haqqında” 12 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 16:35-də inzibati qaydada tutulmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs özgənin əmlakını oğurlayaraq İXM-in 227ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tədqiq olunmuş digər materiallarla tam təsdiqini tapmışdır. Belə ki, İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf edib əməlindən peşman olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. İXM-in 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Həmçinin, iş materiallarında olan 02 yanvar 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Şəxs zərərçəkmiş şəxs Vidadi Əliyevə 300 (üç yüz) manat maddi ziyan vurmuşdur. Belə olan halda maddi ziyan - 300 (üç yüz) manat mələğində pul vəsaiti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tutularaq X6 ödənilməlidir. Qərarın həmin hissədə icrası Şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qeyd olunanlara əsasən, İXM-in 40.0.1, 43, 48-51, 114-115 və 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 12 yanvar 2023-cü il tarixdən, saat 16:35-dən hesablansın. Qərarın icrası Goranboy rayon Polis Şöbəsinin MSY-yə həvalə edilsin. Zərərçəkmiş şəxs X6 vurulmuş maddi ziyan-300 (üç yüz) manat mələğində pul vəsaiti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tutularaq X6 ödənilsin. Qərarın vurulmuş maddi ziyanın ödənilməsi hissəsində icrası Şəxs yaşayış yeri üzrə Goranboy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-52/2023
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-52/2023
13.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver