Məhkəmə qərarları › İş №3(045)-522/2025

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №3(045)-522/2025

18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 3(045)-522/2025 18.03.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy Rayon Məhkəməsinin hakimi Mustafayev Taleh Məhəmmədəli oğlu, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bərdə Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materialı məhkəmə iclasında baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİ: Bərdə Rayon Prokurorluğu tərəfindən Şəxs MMC barəsində İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılaraq araşdırma aparılmış və baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, hüquqi şəxs "xxxx" onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi, direktoru X2 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq "xxxx" MMC-nin Gəncə filialında sanitar müfəttişi işləyən X1 həmin vəzifənin icra edilməsi üçün onunla əmək müqaviləsi bağlamayaraq və həmin müqavilənin bildirişini elektron informasiya sisteminə daxil etməyərək, 2024-cü ilin yanvar ayından 31 iyul 2024-cü il tarixədək Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən onu "xxxx" MMC-nin Gəncə filialında sanitar müfəttişi vəzifəsinin yerinə yetirilməsinə cəlb etmiş bununla da, İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati xətasını törətmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, "xxxx" MMC barəsində İXM-in 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında material aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərardan və əlavə olunmuş iş materiallarından görünür ki, inzibati xəta hadisəsi, yəni X1 əmək fəaliyyətinə cəlb olunması "xxxx" MMC-nin Gəncə şəhərinin inzibati ərazi dairəsində yerləşən Gəncə filialında baş vermişdir. İXM-in: 109.1 və 109.1.7-ci maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir; 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Qeyd olunanlara əsasən Şəxs MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında material baxılması üçün aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bərdə Rayon Prokurorluğu tərəfindən Şəxs MMC barəsində İXM-in 192.1-ci maddəsi ilə başlanmış “inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında” qərar baxılması üçün aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar