Məhkəmə qərarları › İş №3(045)-525/2025

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №3(045)-525/2025

18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 3(045)-525/2025 18.03.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy Rayon Məhkəməsinin hakimi X2 inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş EQ 26578356 saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə baxaraq müəyyən etdi : X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş EQ 26578356 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, X3 tərəfindən verilmiş şikayət və şikayətə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İş materiallarından görünür ki, X3 şikayət ərizəsində EQ 26578356 saylı inzibati tənbeh vermə haqqında qərarın tarixini qeyd etməmiş, EQ 26578356 saylı inzibati tənbeh vermə haqqında qərar şikayətinə əlavə edilməmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş EQ 26578356 saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 130-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş EQ 26578356 saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət ərizəsi və şikayətə əlavə olunmuş sənədlər geri qaytarılsın. Hakim Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar