Məhkəmə qərarları › İş №3(045)-526/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-526/2024

08.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-526/2024 08.07.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy Rayon Məhkəməsinin hakimi X5 oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Goranboy rayonunun Şahməmmədli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, orta təhsilli, Goranboy rayonunun Şahməmmədli kəndində yaşayan Şəxs barəsində Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiallara inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə MN seriyalı, ******* saylı, 08 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə, gecə radələrində, kirvəsi Kitay adlı şəxsin Goranboy RPŞ-yə gətirildiyini və onun buraxılmasını tələb etmiş və bu səbəbdən özündən asılı olmayaraq aqressivləşmiş və ünvanlı, ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. O, etdiyi hərəkətlərdən dolayısı polis əməkdaşları onu nizam-intizama dəvət etmiş, lakin o öz hərəkətlərinə davam etmişdir. Etdiyi əməldən peşmandır. Odur ki, məhkəmədən ona yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X6 bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:15-də Goranboy RPŞ-nin inzibati binasının qarşısında ünvanlı-ünvansız nalayiq ifadələr işlətməklə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin PPXB-nın polis nəfəri, polis serjantı X7 bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 23:15 radələrində Goranboy RPŞ-nin 1 saylı stasionar postunda Elçin Cabbarovla birlikdə xidmətdə olarkən RPŞ-nin qarşısında küçədə bir nəfər şəxsin uca səslə nəlayiq ifadə işlətdiyini eşitmişlər, onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib, onu nizam intizama dəvət etdikdə adı sonradan onlara məlum olan Şəxs onlara dostunun atası Kitay adlı şəxsin polis əməkdaşları tərəfindən şöbəyə gətirilməsini, onu buraxmalarını deyərək ünvanlı və ünvansız söyünclər söymüşdür. Onlar vətəndaşı təkrar nizam-intizama dəvət etmişlər, lakin o, öz qərəzli hərəkətlərə davam edərək polisin qanuni tələbinəə qəsdən tabe olmamışdır. Daha sonra onlar həmin şəxsi növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin PPXB-nın polis nəfəri, polis serjantı X8 digər şahid X3 göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X4 hüquqlarını müdafiə etdiyi şəxsin barəsində İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Goranboy RPŞ-nin PPXB-nın polis nəfəri, polis serjantı Təbib Qasımov tərəfindən rəhbərliyə ünvanlanmış 07 iyul 2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 23:15 radələrində Goranboy RPŞ-nin 1 saylı stasionar postunda Elçin Cabbarovla birlikdə xidmətdə olarkən RPŞ-nin qarşısında küçədə bir nəfər şəxsin uca səslə nəlayiq ifadə işlətdiyini eşitmişlər, onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib, onu nizam intizama dəvət etdikdə adı sonradan onlara məlum olan Şəxs onlara dostunun atası Kitay adlı şəxsin polis əməkdaşları tərəfindən şöbəyə gətirilməsini, onu buraxmalarını deyərək ünvanlı və ünvansız söyünclər söymüşdür. Onlar vətəndaşı təkrar nizam-intizama dəvət etmişlər, lakin o, öz qərəzli hərəkətlərə davam edərək polisin qanuni tələbinəə qəsdən tabe olmamışdır. Daha sonra onlar həmin şəxsi növbətçi hissəyə təhvil vermişlər. İş materiallarında olan inzibati xəta haqqında MN seriyalı, ******* №-li, 07 iyul 2024cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:15-də Goranboy RPŞ-nin inzibati binasının qarşısında ünvanlı-ünvansız nalayiq ifadələr işlətməklə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır; İş materiallarında olan inzibati qaydada tutma haqqında 07 iyul 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə, saat 23:15-də Şəxs inzibati qaydada tutulmuşdur; İş materiallarında olan 08 iyul 2024-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, həmin tarixdə Şəxs ağır dərəcəli sərxoş olmuşdur. Məhkəmə MN seriyalı, ******* №-li, 07 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində iş üzrə icraat aparılan Şəxs izahatını, şahid ifadələrini dinləyib, işin faktiki hallarını nəzərdən keçirib belə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclası zamanı tam sübuta yetirilmişdir. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh tədbiri ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayış üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməsini, müharibə veteranı olmasını və əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta törədərkən sərxoş olmasını onun məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Eyni zamanda, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini nəzərə alıb, barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh növünun aşağı həddə tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109-115, 128-130-cu maddələrini rəhbər tutub, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 07 iyul 2024-cü il tarixdən saat 23:15-dən hesablansın. Qərarın icrası Goranboy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar