Məhkəmə qərarları › İş №3(045)-528/2025

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-528/2025

19.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-528/2025 19.03.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X10 Məhəmməd oğlunun sədrliyi, Məmmədova Nurcan İlham qızının katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin Yol Patrul Xidməti Alayının Vİİİ Tağım YPX inspektoru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 332.2. və 332.4-cü maddələri ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin Yol Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında materiala Goranboy Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli İXP ******* saylı protokolda göstərilmişdir ki, Şəxs idarə etdiyi Honda İnsight (Hibrid) minik markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobilini xx.xx.2025-ci il tarixdə saat 08:30-da sürücülük hüququ və etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etmiş, zərərə çəkmiş şəxsə maddi ziyan vurulmasına səbəb olmuşdur. Bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 332.2. və 332.4-cü maddələri ilə inzibati xəta törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, Honda İnsight (Hibrid) minik markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobilini xx.xx.2025-ci il tarixdə saat 08:30-da sürücülük hüququ və etibarnamə olmadan idarə etmiş və bu zaman Vaz 2109 markalı ** BR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə arxadan toxunmuşdur. Hadisə zamanı xəsarət alan olmamışdır. Əməlindən peşimandır. Zərəçəkmişlə barışmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş vəzifəli şəxs- Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin Yol Patrul Xidməti Alayının Vİİİ Tağım YPX inspektoru X7 izahat verərək bildirmişdir ki, Şəxs Honda İnsight (Hibrid) minik markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobilini xx.xx.2025-ci il tarixdə saat 08:30-da sürücülük hüququ və etibarnamə olmadan idarə etmiş, X2 idarə etdiyi Vaz 2109 markalı ** BR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili arxadan vurmuşdur. X1 maddi ziyan dəymişdir. Şəxs törətdiyi xətaya dair inzibati protokol tərtib edilmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə xx.xx.2025-ci il tarixli alkotester məlumatlndan görünür ki, Şəxs ayıq olduğu müəyyən olunmuşdur. İş materiallarında olan Şəxs izahatından görünür ki, o Honda İnsight (Hibrid) minik markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobilini xx.xx.2025-ci il tarixdə saat 08:30da sürücülük hüququ və etibarnamə olmadan idarə etmiş və bu zaman X2 idarə etdiyi Vaz 2109 markalı ** BR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toxunmuşdur. Elektron məhkəmə informasiya sistemində Şəxs məlumatlarından müəyyən olunur ki, Şəxs üçüncü qrup əlillik dərəcəsi vardır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 332.2. və 332.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə tədqiqatının nəticəsi olaraq müəyyən edilmişdir ki, Şəxs Honda İnsight (Hibrid) minik markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobilini xx.xx.2025-ci il tarixdə saat 08:30-da sürücülük hüququ və etibarnamə olmadan idarə etmiş, X2 idarə etdiyi Vaz 2109 markalı ** BR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili arxadan vurmuşdur. X1 maddi ziyan dəymişdir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndinin tələbinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini), sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi razılıq və ya yol (marşrut) vərəqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görəqırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin dispozisiyasına görə bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi və ya zərər çəkən şəxsə maddi zərər vurulması – həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol, eləcə işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o, həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Şəxs üçüncü qrup əlil olmasını, əməli etiraf etməsini və peşiman olmasını məhkəmə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, fərdi əməklə məşğul olmasını, həmçinin məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmasını zəruri hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 332.2-ci maddələrində nəzərdə tutulmuş inzibati məsuliyyət tədbirinin tətbiq edilməsi üçün iş materialları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin Yol Patrul Xidməti Alayına göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar