Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-532/2023 31.07.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy Rayon Məhkəməsinin hakimi X5 oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Goranboy rayonunun Sarov kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, orta təhsilli, Goranboy rayonunun Sarov kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə MN seriyalı, ******* №-li, 31 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə 03:30 radələrində Goranoy rayonunun Dəliməmmədli kəndi ərazisində dostunun avtomobili ilə müəyyən hərəkətlər etmişlər. O sərnişin kimi dostunun yanında əyləşmişdir. Polis əməkdaşları onlara yaxınlaşarkən, o avtomobildən düşmüş, sürücü çıxıb getmiş, o da içkili olduğundan onlara qarşı hörmətsizlik etmişdir. Ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X4 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Şəxs polisin qanuni tələblərinə tabe olmamışdır. O raporta əsasən MN seriyalı, ******* saylı, 31 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin polis nəfəri X7 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 03:35 radələrində Goranboy rayon Dəliməmmədli şəhəri ərazisində dislokasiya üzrə post yoldaşı polis serjantı Eltun Şahverdiyevlə xidmətdə olarkən hərəkətdə olan zaman özünü təqdim etməyən vətəndaş bizə yaxınlaşaraq **-EX-*** dövlət qeydiyyat nişanlı, VAZ 2106 markalı avtomobilin sahibinin şəhərin mərkəzi küçəsində yüksək sürətlə avtomobil idarə etdiyini və təhlükəli manevrlər etdiyini, bununla da sakinlər arasında narahatlıq yaratdığını bildirmişdir. Məlumatı aldıqdan dərhal sonra şəhərin mərkəzi küçəsinə getmiş, VAZ 2106 markalı avtomobilin mərkəzi dairədə dayandığını görmüş və həmin avtomobilə yaxınlaşarkən həmin avtomobilin yan tərəfində dayanan avtomobildən bir nəfər vətəndaş düşərək onlara yaxınlaşmış və uca səslə “Siz kimsiniz ki, yaxınlaşıb avtomobili necə sürməyimizə müdaxilə edirsiniz" deyə müraciət etmişdir. Onların etdiyi hərəkətlərin vətəndaşlar arasında narazlığa səbəb olduğunu bildirən zaman avtomobildə sərnişin qismində olan, adı sonradan onlara məlum olan Goranboy rayon Sarov kənd sakini Şəxs yenidən uca səslə qışqıraraq “Siz PPX əməkdaşlarısız, Sizin bizə müdaxilə etməyə ixtiyarınız yoxdur, biz Dəliməmmədli uşaqlarıyıq necə istəyirik elədə hərəkət edə bilərik, Siz bizə heçnə deyə bilməzsiz, mən nə bilim bu nə maşınıdı, bəlkə də siz dələduzsuz” demişdir. Onlar bunla bağlı dəfələrlə vətəndaşa müraciət edərək, polisin xidməti fəaliyyətinə müdaxilə etməməli olduğunu və onların işinin asayişin qorunması olduğunu izah etsələrdə vətəndaş qərəzli hərəkətlərinə davam etmiş və bunun qarşılığında onlara gedin işinizlə məşğul olun siz kimsiniz ki, avtomobil saxlayıb bizə irad bildirirsiniz söyləmiş və ona mərdiməzar deyərək təhqir etməyə başlamışdır. Onu dəfələrlə nizam-intizama dəvət etsə də o, öz hərəkətlərinə davam edərək, qanuni tələblərə tabe olmayaraq küçədə uca səslə ünvanlı və ünvansız nəlayiq ifadələr işlətməyə başlamışdır. Onun şöbəyə getməli olduğu bildirilsə də müqavimət göstərmiş, sərxoşluğa görə müayinədən keçməkdən imtian etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin polis nəfəri X1 şahid X3 ifadəsinə oxşar eyni məzmunılu ifadə vermişdir. İş materiallarında olan Goranboy PRŞ-nin rəisi Məmməd Hüseynova ünvanlanmış X3 raportundan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 03:35 radələrində Goranboy rayon Dəliməmmədli şəhəri ərazisində dislokasiya üzrə post yoldaşı polis serjantı Eltun Şahverdiyevlə xidmətdə olarkən hərəkətdə olan zaman özünü təqdim etməyən vətəndaş bizə yaxınlaşaraq **-EX-*** dövlət qeydiyyat nişanlı, VAZ 2106 markalı avtomobilin sahibinin şəhərin mərkəzi küçəsində yüksək sürətlə avtomobil idarə etdiyini və təhlükəli manevrlər etdiyini, bununla da sakinlər arasında narahatlıq yaratdığını bildirmişdir. Məlumatı aldıqdan dərhal sonra şəhərin mərkəzi küçəsinə getmiş, VAZ 2106 markalı avtomobilin mərkəzi dairədə dayandığını görmüş və həmin avtomobilə yaxınlaşarkən həmin avtomobilin yan tərəfində dayanan avtomobildən bir nəfər vətəndaş düşərək onlara yaxınlaşmış və uca səslə “Siz kimsiniz ki, yaxınlaşıb avtomobili necə sürməyimizə müdaxilə edirsiniz" deyə müraciət etmişdir. Onların etdiyi hərəkətlərin vətəndaşlar arasında narazlığa səbəb olduğunu bildirən zaman avtomobildə sərnişin qismində olan, adı sonradan onlara məlum olan Goranboy rayon Sarov kənd sakini Şəxs yenidən uca səslə qışqıraraq “Siz PPX əməkdaşlarısız, Sizin bizə müdaxilə etməyə ixtiyarınız yoxdur, biz Dəliməmmədli uşaqlarıyıq necə istəyirik elədə hərəkət edə bilərik, Siz bizə heçnə deyə bilməzsiz, mən nə bilim bu nə maşınıdı, bəlkə də siz dələduzsuz” demişdir. Onlar bunla bağlı dəfələrlə vətəndaşa müraciət edərək, polisin xidməti fəaliyyətinə müdaxilə etməməli olduğunu və onların işinin asayişin qorunması olduğunu izah etsələrdə vətəndaş qərəzli hərəkətlərinə davam etmiş və bunun qarşılığında onlara gedin işinizlə məşğul olun siz kimsiniz ki, avtomobil saxlayıb bizə irad bildirirsiniz söyləmiş və ona mərdiməzar deyərək təhqir etməyə başlamışdır. Onu dəfələrlə nizam-intizama dəvət etsə də o, öz hərəkətlərinə davam edərək, qanuni tələblərə tabe olmayaraq küçədə uca səslə ünvanlı və ünvansız nəlayiq ifadələr işlətməyə başlamışdır. Sonra Şəxs Goranboy rayon polis şöbəsinə gətirərək Növbətçi Hissəyə təhvil vermişlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs sərxoşluq vəziyyətinin müayinəsindən keçməkdən imtina etmişdir. Məhkəmə MN seriyalı, ******* №-li, 31 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində iş üzrə icraat aparılan Şəxs izahatını, şahid ifadələrini dinləyib, işin faktiki hallarını nəzərdən keçirib belə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclası zamanı tam sübuta yetirilmişdir. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh tədbiri ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayış üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Eyni zamanda, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə onun şəxsiyyətini qiymətləndirib, inzibati xətanın xarakterini nəzərə alaraq barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh növünun tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109-115, 128-130-cu maddələrini rəhbər tutub, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 31 iyul 2023-cü il tarixdən saat 17:05-dən hesablansın. Qərarın icrası Goranboy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(045)-532/2023
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-532/2023
31.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver