Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-532/2025 01.04.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X14 Məhəmməd oğlunun sədrliyi, Zeynalzadə Aysel İlham qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi polis baş leytenantı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Goranboy rayonu Dəliməmmədli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy şöbəsində mütəxəssis vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala Goranboy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 19 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli, 19 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, 19 mart 2025-ci il tarixdə Goranboy şəhəri S.Vurğun küçəsi 8-də yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy şöbəsinin inzibati binasında Feyziyev Elxana qarşı nalayiq ifadələr işlətmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy şöbəsinin 19 mart 2025-ci il tarixli aktında göstərilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy şöbəsində müfəttişi Şəxs şöbə rəisi tərəfindən verilmiş tapşırığa aqressiv yanaşaraq, subardinasiya qaydasını kobud şəkildə pozmuş və xidməti otaqda nalayiq ifadələr işlədərək şöbə rəisinə hücum çəkmişdir. Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X8 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək göstərdi ki, Gündüz Məmmədov Şəxs otağına gələrək Elxan Feyziyevin əmri ilə Şəxs otağı boşaltmasını bildirmişdir. Bu göstərişin həqiqətən də Elxan Feyziyev tərəfindən və nə səbəbə verildiyini bilmək üçün Şəxs xx.xx.2025-ci il tarixdə, saat 14:20 radələrində şöbə rəisi Elxan Feyziyevin otağına Gündüz Məmmədovla birlikdə getmişdir. Elxan Feyziyəvdən rəsmi şəkildə bu tələbini yazılı bildirməsini xahiş etmişdir. Bundan sonra Elxan Feyziyevin otağında Məmmədov X5 vəzifəsinin dəyişdirilməsi ilə bağlı suallar verdikdə Elxan Feyziyev ona qarşı şər ataraq haqqında həqiqətə uyğun olmayan ifadələr işlətmişdir. Daha sonra Elxan Feyziyev onun üzərinə gedərək nalayiq ifadələr işlətmişdir. Şəxs da qarşılığında Elxan Feyziyevi söymüşdür. Bu hadisə barədə akt tərtib olunmuşdur. xx.xx.2025-ci il tarixdə Goranboy RPŞ-yə bu barədə məktub daxil olmuşdur. Sonda Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, Gündüz Məmmədov onun otağına gələrək ona Elxan Feyziyevin əmri ilə otağı boşaltmasını bildirmişdir. Bu göstərişin həqiqətən də Elxan Feyziyev tərəfindən və nə səbəbə verildiyini bilmək üçün o, xx.xx.2025-ci il tarixdə, saat 14:20 radələrində şöbə rəisi Elxan Feyziyevin otağına Gündüz Məmmədovla birlikdə getmişdir. Elxan Feyziyəvdən rəsmi şəkildə bu tələbini yazılı bildirməsini xahiş etmişdir. Bundan sonra Elxan Feyziyevin otağında o, Elxan Feyziyevə onun vəzifəsinin dəyişdirilməsi ilə bağlı suallar verdikdə Elxan Feyziyev ona qarşı şər ataraq haqqında həqiqətə uyğun olmayan ifadələr işlətmiş, onu rüşvət almaqda günahlandırmışdır. Daha sonra Elxan Feyziyev onun üzərinə gələrək, onu vurmuş, nalayiq ifadələr işlətmişdir. O da qarşılığında Elxan Feyziyevi söymüşdür. O rəisin səsini yazmışdır, həmin fleş kartı məhkəməyə təqdim edir. Təqsirli olmadığı üçün barəsində olan inzibati xəta haqqında iş üzrə materialın icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy RŞ-nin HHXÇB-nin baş məsul icraçısı gizir X4 bildirmişdir ki, hadisə baş verən zaman orada olmuşdur, otağın dəyişdirilməsi ilə bağlı Şəxs Elxan Feyziyevdən yazılı göstəriş verməsini xahiş etmişdir. Elxan Feyziyev belə bir göstəriş veriləcəyini bildirmişdir. Bundan sonra onların arasınla anlaşılmazlıq baş vermişdir. X16 Məmmədovun üzərinə irəliləmişdir. Səs-küy artdıqdan sonra otağa digər işçilər daxil olmuşlar. Otaqda nalayiq ifadələr işlətmiş, həmin ifadələri eşitmişdir. Kimin birinci təhqirə keçməsi dəqiq yadında deyildir. Otağa daha sonra Rüstəmov Nicat və Nəsibov Elvin daxil olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy RŞ-nin HHXÇB-nin zabiti X9 bildirmişdir ki, hadisə baş verən zaman Elxan Feyziyevin otağının önündə dayanmışdır. Səs-küy gəldikdən sonra içəriyə daxil olmuşdur. Hadisə zamanı hər iki tərəfin səsi gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy RŞ-nin SHSB--nın müfəttişi X1 bildirmişdir ki, hadisə baş verən zaman Elxan Feyziyevin otağının önündə sənədləri imzalatmaq üçün dayanmışdır, bu zaman içəridə səs-küy esidib otağa daxil olmuşdur. Orxanı içəridən çıxartmışdır. X13 Məmmədova zərbə vurduğunu görməmişdir. İşçilərdən Orxanın şöbə müdirini təhqir etdiyini, onun tutuaşdığını eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy RŞ-nin SHSB--nın rəisi X6 bildirmişdir ki, hadisə baş verən zaman öz otağında olmuşdur, vətəndaş qəbul etmişdir. Digər otaqdan səs-küy gəldiyini eşitmişdir. Otağından çıxdıqda digər əməkdaşların Şəxs otaqdan çıxartdıqlarını görmüşdür. Hər iki otaq bağlı olduğu üçün kimin nalayiq ifadələr işlətdiyini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy RŞ-nin SHSB-nın giziri X2 bildirmişdir ki, hadisə baş verən zaman öz otağında olmuşdur, səs-küyə dəhlizə çıxdığı zaman Şəxs rəisə, yəni Elxan Feyziyevə qarşı nalayiq ifadə işlətdiyini eşitmişdir. X13 Məmmədova güc tətbiq etdiyini görməmişdir. Sadəcə səslər eşitmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs 19 mart 2025-ci il tarixdə Elxan Feyziyevə qarşı xırda xuliqanlıq hərəkətləri etməsi, yəni ictimai qaydanı pozması məhkəmə iclasında araşdırılan digər sübutlarla təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən polkovnik-leytenant X7 rayon Polis Şöbəsinə ünvanladığı 3-43-22/2-390/2025 saylı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon Şöbəsinin həqiqi hərbi xidmətə çağırış bölməsinin mülki əməkdaşı Şəxs xx.xx.2025-ci il tarixdə şöbə rəisinə qarşı subordinasiya qaydalarını kobud şəkildə pozaraq şöbə rəisinin xidməti otağında nalayiq ifadələr işlətmiş və şöbə rəisinə hücum çəkmişdir. Odur ki, Şəxs barəsində qanunamüvafiq tədbir görülməsinə dair göstəriş verilməsini xahiş etmişdir; İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, komissiyanın sədri şöbə rəisinin müavini- Səfərbərlik Hazırlığı və Səfərbərlik bölməsinin rəisi kapitan X6, komissiyanın üzvləri: həqiqi hərbi xidmətə çağırış bölməsinin baş məsul icraçısı gizir X4, Səfərbərlik Hazırlığı və Səfərbərlik bölməsinin zabiti gizir X2, həqiqi hərbi xidmətə çağırış bölməsinin zabiti gizir X9, səfərbərlik hazırlığı və səfərbərlik bölməsinin müfəttişi X1 akt tərtib etmişlər ki, həqiqətən xx.xx.2025-ci il tarixdə Goranboy rayon şöbəsinin həqiqi hərbi xidmətə çağırış bölməsinin müfəttişi Şəxs şöbə rəisi tərəfindən verilmiş tapşırığa aqressiv yanaşaraq, subardinasiya qaydalarını kobud şəkildə pozmuş və xidməti otaqda nalayiq ifadələr işlədərək şöbə rəisinə hücum çəkmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş MN seriyalı ******* nömrəli, 19 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, 19 mart 2025-ci il tarixdə Goranboy şəhəri S.Vurğun küçəsi 8-də yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy şöbəsinin inzibati binasında Feyziyev Elxana qarşı nalayiq ifadələr işlətmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş fleş kartda olan səs yazısından müəyyən olunur ki, Goranboy şəhəri S.Vurğun küçəsi 8-də yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy şöbəsinin inzibati binasında ictimai qayda pozulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Goranboy RPŞ-yə verdiyi izahatından görünür ki, Şəxs şöbə rəsinin onu söydüyünü, bunun müqablində onun da həmin söyüşləri ona dediyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş tutma protokolundan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 16:59-da inzibati qaydada tutulmuş, xx.xx.2025-ci il saat 00:46-da azad edilmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməməsi barədə izahatına tənqidi yanaşır və həmin izahatın inzibati məsuliyyətdən yaxa qurtarmaq məqsədilə verilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən İXMlə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 19 mart 2025-ci tarixdə saat 14:20 radələrində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy şöbəsinin inzibati binasında ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy şöbəsinin Goranboy rayon şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Elxan Feyziyevin ünvanına nalayiq ifadələr işlətmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozmaq kimi hərəkətlərə yol verməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, törədilən əməlin ictimaiyyət arasında mənfi qarşılanmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 06 (altı) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs xx.xx.2025-ci il tarixdən saat 16:59-dan xx.xx.2025-ci il saat 00:46-dək inzibati qaydada tutulduğu 1 (bir) gün müddət nəzərə alınmaqla, həmin müddət ona təyin edilmiş inzibati həbs müddətindən çıxılsın və üzərində 05 (beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri saxlanılsın. Həbsetmənin əvvəli 01 aprel 2025-ci il tarixdən saat 17:15-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Goranboy rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi gündən 10 gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(045)-532/2025
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-532/2025
01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver