Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 3(045)-534/2025 02.04.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında protokolun geri qaytarılmasına dair) Hakim Mustafayev Taleh Məhəmmədəli oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 590.2-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 02 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1 tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli 31 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən protokol onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, Şəxs barəsində tərtib olunmuş protokolda inzibati xətanın bilavasitə obyekti hesab edilən predmetin, yəni odlu silahın növünü, markasını, yivli və ya yivsiz olmasını, öz təyinatının itirib-itirməməsini, texniki cəhətdən sazlığını və atış üçün yararlı olubolmamasını (odlu silahın digər texniki göstəriciləri barədə məlumatlar) müəyyən etmək üçün odlu silah Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinə təqdim edilməmiş, İdarənin müvafiq rəyi (arayışı) əldə edilməmiş və ümumiyyətlə, bu istiqamətdə iş üzrə hüquqi əhəmiyyət kəsb edən hallar müəyyən edilməmişdir. Belə ki, iş üzrə əhəmiyyət kəsb edən məhz bu hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi hüquq pozuntusuna, yəni onun əməlinə düzgün hüquqi qiymət verilməklə, cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsi məsələsi həll edilməlidir. İXM-in: 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.10-cu maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilir; Bundan əlavə protokolda silahın əldə edilməsinə xüsusi icazənin olub-olmadığını təsdiq edən sənəd və fotoşəkillər əlavə edilməmişdir. İXM-in 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol natamam şəkildə tərtib olunduğundan, Şəxs İXM-in 590.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1 tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli 31 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 590.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1 tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli 31 mart 2025-ci il tarixli protokol onu tərtib etmiş orqana geri qaytarılsın. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-534/2025
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №3(045)-534/2025
02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver