Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 3(045)-54/2023 16.01.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy Rayon Məhkəməsinin hakimi X1, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xətalara dair iş materiallarını nəzərdən keçirib, Müəyyən etdim: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin Yol-Patrul Xidməti Alayından İXP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. İnzibati protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, İXP ******* nömrəli, xx.xx.2023-cü il tarixli protokol və ona əlavə edilmiş sənədlər natamam olduğundan geri qaytarılmalıdır. İş materiallarında görünür ki, inzibati xəta haqqında protokolda zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə Şəxs barəsində protokol tərtib edilməsi qeyd edilmiş, lakin iş üzrə zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə dair ekspert rəyi materiallara əlavə edilməmişdir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlirəm ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xətalara dair iş materialları geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması arəsində qərardad qəbul edilir. Məhkəmə göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128,129-cu və 109.1.6-cı maddəsinin tələblərini rəhbər tutub, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin Yol- Patrul Xidməti Alayından daxil olmuş inzibati xətalara dair iş materialları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin Yol-Patrul Xidməti Alayına geri qaytarılsın. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(045)-54/2023
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №3(045)-54/2023
16.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver