Məhkəmə qərarları › İş №3(045)-543/2025

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-543/2025

17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-543/2025 17.04.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X6 Məhəmməd oğlunun sədrliyi, Zeynalzadə Aysel İlham qızının katibliyi, Barəsində inzibati protokol tərtib edilmiş Şəxs iştirakı ilə, xx.xx.1997-ci il tarixdə Goranboy rayonun, Zeyvə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Goranboy rayonun, Zeyvə kəndində qeydiyytada olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Goranboy Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Goranboy Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-cı il tarixli, MN ******* saylı protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-cı il tarixdə, Goranboy rayonun, Zeyvə kəndində 4 nəfərlə birlikdə qumar oyunları təşkil etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilərək bildirdi ki, Goranboy rayonu, Zeyvə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Goranboy rayonu, Zeyvə kindində çayxanada çay satır. 03 mart 2025-ci il tarixdə həmkəndliləri X2, X3, X1 və X4 onun işlətdiyi çayxanaya gəlmişlər. Həmkəndliləri ona qumar oynamaq istədiklərini bildirmişlər. O da qumar oyunlarının azarkeşi olduğu üçün onlara razılıq vermişdir. Onlara özü də qumar oynamaq istədiyini bildirmişdir. Bundan sonra onlar masa arxasında əyləşib 50 qəpikdən qumar oynamağa başlamışlar. Bir qədər qumar oynadıqdan sonra polis əməkdaşları çayxanaya daxil olmuş və video çəkiliş etməklə onları saxlayaraq polis şöbəsinə dəvət etmişlər. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş 11 mart 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Toplanmmış materialda cinayət hadisəsi olmadığına görə toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, X2, X3, X1, X4 və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi inzibati qaydada tədbnir görülməsi üçün qərarın sürəti Goranboy RPŞ-nin İTB-yə göndərilmiş, X2, X3, X1, X4 və Şəxs qumar oynayan zaman masadan götürülmüş 36 ədəd kart və 25 manat pul vəsaiti maddi sübut kimi tanınsın və saxlaması üçün Goranboy RPŞ-nin maddi sübutların saxlanması otağına təvil verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş xx.xx.2025-cı il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-cı il tarixdə, Goranboy rayonun, Zeyvə kəndində 4 nəfərlə birlikdə qumar oyunları təşkil etmişdir. Məhkəmə, işə əlavə olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə tədqiqatının nəticəsi olaraq müəyyən edilmişdir ki, Şəxs Şəxs xx.xx.2025-cı il tarixdə, Goranboy rayonunun Zeyvə kəndində X2, X3, X1, X4 ilə birlikdə qumar oyunları təşkil etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinin dispozisiyasına görə qumar oyununda iştirak etmə, yəni qumar oynamaq – həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol, eləcə də işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o, həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini və onun təqsirinin dərəcəsini nəzərə alır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh edilməli, iş üzrə maddi sübut qismində tanınmış 36 ədəd kart və 25 manat pul müsadirə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinib, Goranboy RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan 36 ədəd kart və 25 manat pul müsadirə edilməklə, 3000 (üç min) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar