Məhkəmə qərarları › İş №3(045)-545/2025

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №3(045)-545/2025

04.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 3(045)-545/2025 04.04.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy Rayon Məhkəməsinin hakimi X5 inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 25105682 nömrəli qərarından X4 tərəfindən verilmiş şikayətə baxaraq müəyyən etdi : X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 25105682 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, X4 tərəfindən verilmiş şikayət və şikayətə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə Elektron məhkəmə informasiya sistemində X4mim şəxsi məlumatlarından görünür ki, X1 rayonu Narıncılar kəndində qeydiyyatdadır. Göründüyü kimi, - Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət verən şəxsin yaşayış yeri üzrə məhkəməyə verilməli olduğundan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 25105682 nömrəli qərarından X4 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 109, 130-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 25105682 nömrəli qərarından verilmiş şikayət ərizəsi və şikayətə əlavə olunmuş sənədlər geri qaytarılsın. Hakim Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar